Milli Teatr Festivalının yeni mərhələsi
2010-cu il fevral ayının
22-də start götürmüş Milli Teatr Festivalının ikinci mərhələsi artıq başa çatmışdır. Mədəniyyət
və Turizm Nazirliyindən verilən məlumata görə, festivalın birinci mərhələsində altı
teatr, ikinci mərhələsində isə
on bir teatr
iştirak etmişdir.
Tamaşalar
Bakının müxtəlif
teatrlarında, Azərbaycan
Teatr Xadimləri İttifaqının və
Sumqayıt Dövlət
Musiqili Dram Teatrının səhnələrində oynanılmışddır.
Dövlət Gənc Tamaşaçılar Teatrının
foyesində Azərbaycan
teatrının 137 illik
tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilmişdir.
Növbəti mərhələ isə oktyabr ayının 11-dən başlayaraq dekabrın 10-dək
davam edəcək.
Bakı və Sumqayıt şəhərlərində
200 nəfərdən ibarət
yaradıcı
kollektivlərin iştirakı nəzərdə tutulmuşdur.
Qeyd olunan müddət ərzində Bakı və Sumqayıt şəhərlərində Qax
Gürcü Dram Teatrı, "Yuğ"
Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə
Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
çıxışları planlaşdırılmışdır.
2010-cu il milli teatr festivalının cədvəlinə
əsasən üçüncü
mərhələnin ilk
günündə Qax Dövlət Kukla Teatrı "Turp" (rus xalq nağılı
əsasında) tamaşasını
təqdim etdi. Bu gün Qax
Dövlət Gürcü
Dram Teatrı B.Tomasın "Çarlinin
xalası", "Yuğ"
Teatrı A.P.Çexovun
"Birinci akt" tamaşalarını oynayacaqdır.
Silsilə olaraq təqdim
olunacaq tamaşalar sırasında "Yuğ"
Teatrı M.Servantesin
"Psix", Azərbaycan
Dövlət Pantomima Teatrı Z.Zeynalovun "Maska", Qazax Dövlət Dram Teatrı B.Vahabzadənin
"Kimdir haqlı?",
İrəvan Dövlət
Azərbaycan Dram Teatrı K.Abdullanın
"Unutmağa kimsə
yox" tamaşalarını təqdim
edəcəkdir.
Zümrüd
Səs.- 2010.- 12 oktyabr.- S. 12.