Respublika kitabxanalarının
informasiyalaşdırılması işi həyata keçirilir
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı"na uyğun olaraq
son illər Azərbaycan Respublikasının
kitabxana-informasiya sahəsində
informasiya texnologiyaları
geniş tətbiq olunmağa başlanıb.
Respublikanın şəhər
(rayon) kitabxanalarının
informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması işi artıq həyata keçirilir. Bu sahədə görülən
işlərin səmərəliliyinin
artırılması məqsədi
ilə kitabxana-informasiya
sahəsində çalışan
rəhbər işçilərin,
kitabxana mütəxəssislərinin
informasiya texnologiyalarından
istifadə bacarığına
yiyələnmələri zəruri
məsələlərdəndir. Mədəniyyət və Turizm
Nazirliyinin müvafiq əmri ilə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün
respublikanın 3 regionu
üzrə Sumqayıt,
Lənkəran, Gəncə
şəhərlərində təlimlər təşkil
edilməli və onların kompyuter bilikləri təkmilləşdirilməlidir.
Artıq
Sumqayıt şəhər
İnformasiya Texnologiyaları
Akademiyasında Respublika
Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzinin mütəxəssisləri
tərəfindən respublikanın
20 şəhər (rayon)
mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün
təlimlər keçirilmişdir.
Təlimləri uğurla
başa çatdıran
kitabxana rəhbərlərinə
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin
sertifikatları verilmişdir.
Zümrüd
Səs.- 2010.- 13 oktyabr.- S. 12.