Milli kitabxana MDB məkanın ən böyük kitab xəzinələrindəndir

 

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası MDB məkanında  ən böyük kitab xəzinələrindən biridir. Hazırda kitabxanada yeni xidmət sahələri yaradılır. Bunlar informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi   ilə əlaqədar olaraq yaradılan şöbələrdir. Kitabxanada mövcud şöbələrin fəaliyyəti də genişləndirilir. Not-musiqi şöbəsinin fondunda 121 mindən artıq not nəşrləri, 244 min nüsxə ədəbiyyat toplanılıb. Keyfiyyətli musiqi təqdim etməkdən ötrü şöbəyə yeni texnikalar alınıb. Hər bir oxucu bura gəlib sərbəst şəkildə musiqi dinləyə, ona lazım olan ədəbiyyatla yaxından tanış ola, diferensial xidmətdən istifadə edə bilər. Hazırda fonotekada olan qrammofon vallarının disklərə köçürülməsi prosesi aparılır. Milli kitabxananın nadir kitabların saxlandığı şöbəsində də yeniliklər var. Əvvəllər nadir kitablardan, nəinki aparmağa, hətta zədələnməməsi üçün oxumağa da icazə verilmirdi. Artıq oxuculara nadir kitablar fondunda kitabların elektron forması təqdim olunur. Hər bir oxucu burada həmin nadir kitablardan lokal şəbəkədə istifadə edə bilər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 12 oktyabr.- S. 12.