Bölgələrin inkişafında turizm
önəmli yer tutur
Azərbaycan iqtisadiyyatının neftdən asılılığının
azaldılması üçün
inkişaf etdirilməsi
vacib olan perspektiv sahələrdən
biri də turizmdir
Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərini təşkil
edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının
azaldılması üçün
ekspertlər klaster yanaşmanı məqbul sayırlar. Klaster yanaşma zamanı
Azərbaycanda perspektivi
aydın görünən
bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür. Ölkəmizdə yüksək potensial və perspektivləri olan sahələrdən biri də turizm
sektorudur.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı" çərçivəsində
inkişaf etdirilməsi
nəzərdə tutulan
sahələrdən biri
də turizmdir. Prezident İlham
Əliyev 2009-2013-cü illər
ərzində proqramın
əsas sahələrindən
biri kimi sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasının,
yeni müəssisələrin
yaradılması üçün
hökumətin güzəştli
vergi-gömrük tarifləri
tətbiq edilməsinin
diqqət mərkəzində
dayandığını qeyd
edir.
Belə ki, sahibkarlar üçün güzəştli
vergi rejiminin yaradılması, ƏDV-nin
azadılması və
digər tədbirlər
həyata keçiriləcək. Yeni yaradılan
müəssisələrin ən
müasir avadanlıqlarla
təmin edilməsi üçün sahibkarlara
uzunmüddətli kreditlərin
verilməsi də bu tədbirlər sırasındadır.
Proqram çərçivəsində qeyri-neft sektoruna aid sahələrin inkişafına
dəstək verilməsi
nəzərdə tutulur. Bunlardan biri
və ən perspektivlisi də turizmdir. Digər sektorlardan fərqli
olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə
ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas
gəlirləri məhz
bu sektordan əldə olunur.
Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili
üçün hər
cür şəraitə
malikdir. Respublikamızın
əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı,
çoxsaylı dağ
çayları və
şirinsulu gölləri,
insanı heyrətə
gətirən şəlalələr,
yüzlərlə mineral və
müalicəvi bulaqlar,
narın qumlu dəniz çimərlikləri,
palçıq vulkanları,
tarixi-mədəni abidələr
və s. ölkədə
daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Son illər Azərbaycanda yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən,
infrastruktur sahələrin
inkişafı istiqamətində
irimiqyaslı yerli,
regional və beynəlxalq
layihələr həyata
keçirilməkdədir. Bu layihələr müxtəlif
istehsal və xidmət sahələrini əhatə etməklə
ölkənin sosial-iqtisadi
inkişafında mühüm
rol oynamaqdadır. Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri
də infrastruktur sahələrin təkmilləşdirilməsi
və müasir tələbata uyğunlaşdırılmasıdır.
Bu da təbiidir,
çünki köhnə,
müasir standartlara cavab verməyən infrastruktur sahələrlə
hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.
Bu gün infrastruktur layihələrinə dövlət
büdcəsindən ayırmaların
ilbəil yüksək
templə artması dövlətin bu məsələyə necə
böyük həssaslıqla
yanaşdığını göstərir. Nəqliyyat xidmətlərinin, yolların
və s. inkişafı sahibkarlıq,
turizm və s. sahələrin dirçəlişinə
təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək
rahat yolların çəkilməsi, ölkəmizin
Şərq-Qərb, Şimal-Cənub
kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında
yerləşməsi turizm
sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.
Belə ki, həm ölkə
daxilində, həm də beynəlxalq səviyyəli yolların
yenidən qurulması,
yeni yolların çəkilişi ölkənin
Avropa və Asiya arasında yerləşən nəqliyyat
qovşağı kimi
əhəmiyyətini daha
da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən
tranzit kimi istifadə edən xarici daşıyıcıların
sayı da çoxalır. Bu da turizmin inkişafında
mühüm rol oynayır.
Bütün bunlarla yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, ölkədaxili yeni yol çəkilişləri
regional inkişafa verilən
ən gözəl töhfədir.
Aydındır ki, kənd turizm mərkəzləri əsasən,
dağlıq rayonlarda-
Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ,
Şəki və s. rayonların ərazisində
yerləşir. Digər tərəfdən,
məlumdur ki, son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə
və dağlıq relyefə malik ərazilərlə nəqliyyat
əlaqələri yaradılıb.
Nəticədə bu bölgələrdə
yeni turizm mərkəzləri yaranıb.
Quba və Nabranda yaradılmış müasir
istirahət mərkəzləri
isə artıq dünya standartlarına cavab verən turizm mərkəzləridir.
Bu səbəbdən də, son illərdə təkcə daxili turistlər deyil, xarici turistlər də bu məkanlara
üz tutur. Burada ölkə başçısı cənab
İlham Əliyevin bir fikrini xatırlatmaq
yerinə düşərdi:
"Harada ki, müasir
yol var, o bölgədə mütləq
və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər,
istənilən infrastruktur,
gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və
ya bərbad durumdadırsa, oraya heç kim
gəlməyəcəkdir".
Turizmin, o cümlədən, kənd
turizminin inkişafı
nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı
ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə
ölkədə həyata
keçirilən infrastruktur
layihələrin turizmin
inkişafında, konkret
olaraq, regionlarda aparılan quruculuq işləri, yeni yol çəkilişlərinin
isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti
olduğunu bir daha sübut edir. Son illərdə
Azərbaycana gələn
turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir.
Son illərdə regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı çərçivəsində
aparılmış işlər
regionlarda istehsal sahələrinin və sosial infrastrukturların yaradılması sahəsində
müsbət dəyişikliklərə
səbəb olub.
Ölkə başçısı İlham
Əliyevin təsdiq etdiyi regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramında
ölkədə turizmin
dinamik yüksəlişinə
də xüsusi yer ayrılıb. Proqrama əsasən,
qarşıdakı illərdə
bu sahənin inkişafı ölkə
iqtisadiyyatının diversifikasiyası
baxımından həyata
keçirilən dövlət
siyasətinin aparıcı
istiqamətlərindən birini
təşkil edəcəkdir.
Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik
və orta sahibkarlığın dünya
iqtisadiyyatına inteqrasiyasının
sürətləndirilməsi, ixrac potensialının artırılmasında və
cəmiyyətin sosial
problemlərinin həllində
onların rolunun gücləndirilməsi öz
əksini tapıb.
Elçin Bayramlı
Səs.- 2010.- 14 oktyabr.- S. 8.