Güclü dövlət, yüksək rifah"

 

Parlament seçkilərinə bu şüarla gedən YAP-ın seçkilərdə qələbəsi şəksizdir

 

Noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin ikinci mərhələsinə bu gün start verilir. Bu gündən etibarən seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınmış deputatlığa namizədlərin təbliğat - təşviqat kampaniyası başlayır. Seçkilərdə iştirak edən deputat mandatı qazanmağa iddialı olan bütün siyasi partiyalara təbliğat - təşviqat kampaniyasını aparmaq üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb. Artıq bütün dairə məntəqə seçki dairələrində deputatlığa namizədlərin təbliğat - təşviqat plakatlarının yapışdırılması üçün lövhələr quraşdırılıb. MSK tərəfindən namizədliyi qeydə alınan deputatlığa namizədlər bu gündən digər təbliğat - təşviqat tədbirlərinə start verə bilərlər.

Parlament seçkilərində iştirak edəcək siyasi partiyalar arasında qeydiyyatdan keçən namizədlərinin sayına görə, Yeni Azərbaycan Partiyası  öndədir. Qeyd edək ki, seçkilərdə partiyanın 112 namizədi deputat olmaq üçün mübarizə aparacaq. Bu isə, ümumilikdə, müxalifət düşərgəsinin qeydə alınmış namizədlərindən beş dəfə çoxdur. Baxmayaraq ki, seçkilər ərəfəsində müxalifət düşərgəsində təmsil olunan partiyalar əksər seçki dairələrindən namizədlərini irəli sürərək, seçkilərdə geniş tərkiblə iştirak edəcəklərini iddia edirdilər, seçkilərin birinci mərhələsində - imzatoplama kampaniyası zamanı müxalifətin gözləntiləri özünü doğrultmadı. Demək olar ki, müxalifət partiyaları tərəfindən namizədliyi irəli sürülən şəxslərin əksəriyyəti   namizədliyini qeydə aldırmaq üçün tələb olunan 450 imzanı toplaya bilmədi. Cəmiyyətdə müxalifət partiyalarına inam və etibarın olmadığı həmin partiyaların namizədlərinin imzatoplama kampaniyası zamanı bir daha öz təsdiqini tapdı. Bunun nəticəsidir ki, ümumilikdə, müxalifət düşərgəsini seçkilərdə bloklar üzrə cəmi 23 nəfər namizəd təmsil edəcək. Seçkilərlə bağlı təbliğat - təşviqat kampaniyasının  başlanması ərəfəsində müxalifət partiyalarının "liderləri"nin və funksionerlərinin açıqlamalarından belə anlaşılır ki, seçkilərə bu dəfə də onlar "mitinq şoular"ı altında getmək niyyətindədirlər. Hər zaman fəaliyyətini "Köhnə hamam, köhnə tas" prinsipi ilə  quran müxalifət düşərgəsinin təmsilçiləri bəribaşdan cəhdlərinin uğursuz olacaqlarını yaxşı anladıqlarından seçkilərin təşviqatı ilə bağlı hər hansı yenilik etmək üzərində belə düşünməyi özləri üçün artıq hesab edirlər.

Seçkilərə yeganə olaraq partiya şəklində qatılan və namizədlərinin sayına görə, bütün siyasi qüvvələri üstələyən Yeni Azərbaycan Partiyası isə, hər zaman olduğu kimi, parlament seçkilərində də cəmiyyətə bir sıra yeniliklərini təqdim etməyə hazırdır. Builki seçkilərdə "Güclü dövlət, yüksək rifah" şüarı ilə gedən Yeni Azərbaycan Partiyası bu seçkilərdə də öz qələbəsinə əmindir. Çünki bu gün YAP Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənən və etimad göstərilən yeganə və ən böyük siyasi partiyadır. YAP - ın Azərbaycanın siyasi həyatında aparıcı qüvvə olmasının əsas səbəblərindən biri bu partiyaya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etməsidir. Qeyd edək ki, Azərbaycan Prezidentinin istər dövlət başçısı, istərsə də siyasi xadim kimi cəmiyyətdə olan nüfuzu, xalqın Ona inametibar etməsi cəmiyyətdə Onun rəhbərlik etdiyi partiyaya da inamı və dəstəyi gücləndirir. Bunu elə partiya üzvülərinin sayının 500 min nəfərdən çox olması da bir daha təsdiq edir.

YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov da partiyanın sosial bazasının seçkilərdə qələbənin təmin olunması baxımından  böyük rol oynadığını təsdiqləyib. "Bizim istinad etdiyimiz daha bir əhəmiyyətli resurs YAP-ın malik olduğu böyük ictimai dəstəkdir. Bunun bariz nümunəsi bu gün YAP sıralarında 520 mindən çox ölkə vətəndaşının cəmləşməsidir. YAP üzvü olan 520 mindən artıq insan həm real seçicilərdir. Ölkəmizdə keçirilən parlament seçkilərində iştirak edən seçicilərin sayı  iştirak səviyyəsi təxminən 40-45% civarında müəyyənləşir. Ölkəmizdə 5 milyon seçici mövcuddur ki, bunun da 40%-i təxminən 2 milyon  seçici deməkdir. Bir namizədin səs qazanaraq qalib gəlməsi üçün YAP üzvülərinin öz dost-tanışları ilə seçki məntəqələrinə gəlmələri kifayət edir. Bu baxımdan da 1, 5 milyon səsin təmin edilməsi isə YAP tərəfindən irəliyə sürülmüş namizədlərin uğur qazanması üçün çox əhəmiyyətli bir arqument rolunu oynamış olur".

Qeyd edək ki, hər hansı siyasi partiyanın seçkilərdə qələbəsinin təmin olunmasında həmin partiyanın praktikasında seçki təcrübəsinin böyük rolu olur. Çünki hər dəfə keçirilən seçkilər zamanı əldə olunan təcrübə siyasi partiyalar üçün qarşıdakı seçkilərdə daha aktiv fəal iştirak üçün yeni siyasi texnologiyaların formalaşdırılması ondan düzgün istifadə edilməsi zərurəti yaratmaqla yanaşı, həm bir növ özündən sonrakı seçkilər üçün baza rolunu oynayır. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında mühüm rol oynayan siyasi partiya olduğundan, bu vaxta qədər ölkədə keçirilən seçkilərdə öz qələbəsini təmin etməyi bacarıb. YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov da partiyanın seçkilərdə qələbə qazanmasında seçki təcrübəsinin rolunun böyük olduğunu təsdiqləyib. "Biz ölkəmizdə keçirilən bütün seçki kampaniyalarında mütəmadi iştirak etmişik bununla əlaqədar olaraq, YAP-ın seçki kampaniyasını keçirmək sahəsində çox böyük təcrübəsi mövcuddur. YAP, bir qayda olaraq, seçki kampaniyasına start verilməzdən xeyli əvvəl, seçkilərə hazırlaşmağa başlayır. Eyni zamanda, bütövlükdə, seçki kampaniyasının gedişində əldə edilən bütün uğurlar nailiyyətlər, o cümlədən, səs vermənin YAP-ın qələbəsinin təmin edilməsində özünü göstərən nəticələri seçki kampaniyasına kifayət qədər ciddi şəkildə hazırlaşması ilə əlaqədardır". 

Onu da qeyd edək ki, YAP builki parlament seçkilərinə bir sıra  yeni siyasi texnologiyalar   "Güclü dövlət, yüksək rifah" şüarı ilə gedir. Parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının özünə "Güclü dövlət, yüksək rifah" şüarını seçməsi təsadüfi deyil. Bu, ilk baxışda təbliğat üçün seçilmiş lakonik dərin mahiyyətli şüar təsiri bağışlasa da, əslində, ölkənin siyasi həyatında mühüm rolu yeri olan bir partiyanın bu şüarla meydana çıxması üçün həmin prinsiplərin reallıqla uzlaşması həyatda öz əksini tapması mühüm məsələdir.

Azərbaycan bu gün regionda öz inkişafına perspektivinə görə lider dövlətdir. Azərbaycanın regionun aparıcı qüvvəsinə çevrilməsinin əsas səbəblərindən biri əlverişli coğrafi məkanda yerləşməsi, eləcə , Şərqlə Qərb arasında körpü rolunu oynaması olsa da, gənc müstəqilliyini yenicə əldə etmiş ölkələr üçün bu şərtlərin təmin olunması o qədər yetərli deyil. Azərbaycanın regionun lider dövlətinə çevrilməsinin konkret səbəbləri var.

Bunlardan ən vacibi birincisi isə, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni parçalanmaqdan xilas etməsi "Yeni Neft Strategiyası"nın əsasını qoyması idi. Düzgün seçilən daxili   xarici siyasət, təbii ehtiyatların istifadəsi ilə bağlı uzaqgörənliklə düşünülmüş zamanında verilən zəruri qərarlar, atılan vacib addımlar, eləcə , ümummilli liderin qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf edən dövlətdən güclü dövlətə çevrilməsində mühüm rol oynayıb. Odur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının güclü dövlət prinsiplərindən danışması üçün kifayət qədər əsasları var.

Qeyd edək ki, güclü inkişaf etmiş ölkələrdə inkişafın səviyyəsi əhalinin sosial - iqtisadi durumu yaşayış səviyyəsi nəzərə alınmaqla qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə aparılan quruculuq - abadlıq işləri, regionların inkişafı sosial problemlərin həlli istiqamətində Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkədə yüzlərlə yeni yeri açılıb, ölkədə yoxsulluğun səviyyəsi 49%-dən 11%-ə düşüb. Yaxın vaxtlarda isə bu göstəricinin 7%-ə qədər azalacağı gözlənilir.

Bütün bunlarla yanaşı, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı siyasət aparılır. Artıq ölkədə maaş pensiyaların ildə bir neçə dəfə artırılması ənənəyə çevrilib bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla ölkədə bütün növ pensiyalar artırıldı. Həmçinin, dövlət başçısı tərəfindən dövlət qurumlarında çalışan büdcədən maliyyələşən bütün təşkilatlarda əməkhaqları artırıldı. Dünya ölkələrində qlobal böhranın təsirlərini, hələ qaldığı bir çox ölkələrin hələ böhran içində olmasına baxmayaraq, Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətdə davamlı addımların atılması Azərbaycanın inkişaf edən güclü dövlət olduğunu bir daha təsdiqlədi. Bu baxımdan da, bu gün Yeni Azərbaycan Partiyasının öz Sədrinin apardığı siyasətə nüfuzuna, eləcə xalqdan aldığı dəstəyə istinad edərək, "Güclü dövlət, yüksək rifah" şüarı ilə meydana çıxması üçün əsası var. Odur ki, parlament seçkilərində YAP-ın qələbəsi şəksizdir.

 

 

 

Vüsalə RAFİQQIZI

 

Səs.- 2010.- 15 oktyabr.- S. 10.