YAP qaliblər
partiyasıdır
Bəlli olduğu kimi, Milli Məclisə
seçkilərlə bağlı
təbliğat-təşviqat kampaniyası artıq start götürüb. Bununla bağlı, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı 51
saylı Qusar seçki dairəsindən
YAP namizədi Azər
Camal oğlu Badamovun təşviqatı
ilə əlaqədar
bir sıra görüşlər keçirib.
Namizədin ilk təşviqat günü
kifayət qədər
uğurlu olub. Azər Badamovun seçicilərlə ilk görüşü Qusarın
Düztahir kəndində
keçirilib. Əvvəlcədən
müəyyən edilmiş
yerdə, açıq
səma altında keçirilən bu görüşə 250 nəfərdən
çox seçici qatılıb. Görüşdə
Milli Məclis üzvlüyünə namizədin
vəkilləri və
seçki qərargahının
nümayəndələri də
iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının
sədri David İbrahimxəlilov açıb.
O, vurğulayıb ki, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament
seçkiləri ilə
bağlı təbliğat-təşviqat
kampaniyası ilk gündən gözlənildiyi
kimi, çox uğurlu başlayıb.
51 saylı Qusar seçki dairəsindən
Milli Məclis üzvlüyünə namizəd
Azər Badamov haqqında geniş məlumat verən D.İbrahimxəlilov
millət vəkili seçiləcəyi təqdirdə,
A.Badamovun göstərilən
etimadı yüksək
səviyyədə doğruldacağına
əmin olduğunu bildirib.
YAP Qusar rayon
təşkilatının sədri
David İbrahimxəlilov
partiyanın təbliğat-təşviqat
kampaniyasına yüksək
səviyyədə hazırlaşdığını
və bu səbəbdən, partiyanın
növbəti dəfə
seçkilərdə böyük,
inamlı qələbə
qazanacağına əmin
olduğunu bildirib.
O bildirib ki, Qusarda Yeni Azərbaycan
Partiyası namizədlərinin
təbliğat-təşviqat kampaniyası ilk gündən böyük uğurla həyata keçirilir. D.İbrahimxəlilov
vurğulayıb ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə "güclü
dövlət, yüksək
rifah" şüarı
ilə gedir.
Görüşdə çıxış
edən Milli Məclis üzvlüyünə
namizəd Azər Badamov millət vəkili seçiləcəyi
təqdirdə, görəcəyi
işlər, eyni zamanda, partiyanın seçki platforması barədə ətraflı
məlumat verib. A.Badamov bildirib ki, ona etimad
göstəriləcəyi təqdirdə,
seçicilərin etimadını
axıradək doğrultmağa
çalışacaq. Görüşdə
namizədin vəkili Mehrəli Məmmədəliyev
çıxış edərək,
A.Badamov layiqli namizəd olduğunu söyləyib, kənd sakinlərini A.Badamova səs verməyə çağırır. Görüşdə
kənd sakinləri onları maraqlandıran suallarla Milli Məclis üzvlüyünə
namizədə müraciət
ediblər. Görüşdə
çıxış edən
kənd sakinləri A.Badamovun fəaliyyətinə
yaxından bələd
olduqlarını və
bu səbəbdən ona səs verəcəklərini
vurğulayıblar.
Yeni Azərbaycan Partiyasının namizədi
A.Badamov həmin gün - oktyabrın
15-də Qusar rayonunun Gican kəndində də seçicilərlə
görüş keçirib.
Bu görüşdə
isə, 150 nəfərdən
artıq seçici iştirak edib. Görüşdə Milli
Məclis üzvlüyünə
namizəd A.Badamov, namizədin vəkilləri
və seçki qərargahının nümayəndələri
seçicilər qarşısında
çıxış ediblər.
Oktyabr ayının
16-da Milli Məclis üzvlüyünə namizəd
A.Badamov rayonun daha üç məntəqəsində seçicilərlə
görüşəcək.
Naib NİFTƏLİYEV
Səs.- 2010.- 16 oktyabr.- S. 10.