Heydər Əliyevin titanik fəaliyyəti Azərbaycanın müstəqilliyinin təməlini möhkəmlətdi

 

18 oktyabr tarixində "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib

 

Ötən əsrin son onilliyi Azərbaycanın tarixinə gələcək inkişafı naminə yazılan ən böyük hadisələrlə yadda qaldı. Azərbaycan özünün iqtisadi, siyasi həyatının yeni əsr üçün yaşanılacaq tarixinin təməlini qoydu. Sovet imperiyasının süquta uğraması respublikaların müstəqillik yolunda addım atması o dövrdə yeni bir ictimai-siyasi formasiyaya gedən yolu müəyyənləşdirdi. Azərbaycanı da  müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf etdi. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul olundu. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Azərbaycan Respublikası isə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuş bir dövlət olmuşdur.

Artıq yeni bir formasiyanın diqtəsi yeni vəzifələr, yeni idarəçilik üsulunun yaranmasını bütövlükdə, yenilikçi olaraq inkişaf yolu seçmək xalqa töhfələr verə biləcək layihələri reallaşdırmaq kimi vəzifələrin icrasını tələb edirdi. Ölkəmizin qarşısında tarixi vəzifələr əsas məsələ olaraq dayanırdı. Təəssüf ki, o dövrdəki iqtidar zamanın tələblərinə cavab verə bilmirdi. Bu isə tez-tez hakimiyyət dəyişikliyi ilə müşayiət olunur, torpaqlarımız "böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edilir, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilirdi. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə isə ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükələrlə qarşılaşdırmışdı.

Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.

Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi siyasi lideri xilaskarlıq missiyasını öz üzərinə götürdü. Zamanın tələbi nəticəsində ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına Sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında, Azərbaycanı azərbaycanlılara milləti özünə qaytarmış oldu. Xalqın təkidli tələbi çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyevin yüksək dühası siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.

Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu. Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu Öndərimizin titanik fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə "Avropa dövlətlərinin ailəsi" sayılan Avropa Şurasına qəbul edildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri Onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci il noyabrın 12-də müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Belə hadisələrin bir-birinin ardınca baş verməsi Azərbaycan tarixi üçün yeni mərhələnin başlanğıcı tək qəbul olunurdu eyni zamanda, dövlətin siyasi-iqtisadi manevrində  ölkənin dünyaya inteqrasiya olunmasına meydan açırdı.

Xalq dövlət tərəfindən müstəqillik böyük tarixi nailiyyəti milli sərvət kimi qəbul olundu. Bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirmək yolunda görülən işlərin təməli möhkəmlənirdi.

Artıq müstəqillik tarixindən 19 il ötür. Bu tarixin zaman məsafəsində görülən işlər isə bir əsrə bərabərdir. Bu tarixi qeyd edərkən qürur iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir onun əbədiliyi təmin edilir.

Azərbaycan bu gün həm siyasi, həm iqtisadi cəhətdən dünyanına qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz, nəinki regionda, həm dünyada lider mövqeyə çatıb. Müasir həyatımızda vacib hesab olunan müxtəlif obyektlərin bir-birinin ardınca açılması da ölkənin iqtisadi gücünü əks etdirən detallardır.

Bu gün Azərbaycan qüdrətli dövlətdir. İqtisadi inkişaf, siyasi məsələlərin həlli, beynəlxalq hüquq normaları, bütün bu amillər Azərbaycanın mövqeyini gücləndirir.

Ölkəni mövcud durumu, təbii proseslər onu göstərir ki, Azərbaycanın yaxın zamanda ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş torpaqlar azad ediləcəkdir. Bu gün işğal altındakı bütün torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa olunacaqdır. Azərbaycanın uğurlu inkişafı bu fikirləri qeyd etməyə əsas verir.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 17 oktyabr.- S. 3.