Azaddemokratik seçkilərə doğru

 

Səsqəzeti parlament seçkiləri ilə bağlı bir neçə deputatlığa namizədin iştirakı ilə dəyirmi masa keçirdi

                 

Əvvəlcədən xəbər verildiyi kimi, "Səs" qəzeti  7 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq, deputatlığa namizədlər arasında ödənişli dəyirmi masalar keçirir. Ötən gün belə dəyirmi masalardan biri qəzetin konfrans zalında baş tutub. Dəyirmi masada Yeni Azərbaycan Partiyası tərəfindən 17 saylı Yasamal seçki dairəsindən namizədliyi irəli sürülmüş Samirə Quliyeva, Vəhdət Partiyası tərəfindən 85 saylı Şamaxı seçki dairəsindən namizədliyi irəli sürülmüş Tahir Kərimli, "İslahat" seçki blokunun 34 saylı Xətai 2-ci seçki dairəsindən namizədliyi irəli sürülmüş Teyyub Əliyev, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov, müstəqil olaraq 83 saylı Ağcabədi-Fizuli seçki dairəsindən namizədliyi irəli sürülmüş Vüqar Bayramov iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs"qəzetinin  şöbə müdiri İlham Əliyev ölkəmizdə demokratik şəffaf seçki prinsiplərindən bəhs etdi. Bildirdi ki, artıq noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat təşviqat kampaniyası böyük uğurla davam etdirilir. Bu dəyirmi masa da namizədliyi irəli sürülən şəxslərin öz seçki platformalarını açıqlamaları baxımından "Səs" qəzetinin yaratdığı növbəti imkanlardandır. Şöbə müdiri parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin seçki ilə bağlı müzakirələr qurmasının vacibliyini diqqətə çatdırdı.

 

85 saylı Şamaxı seçki  dairəsindən Vəhdət Partiyasının deputatlığa namizədi Tahir Kərimli:

 

- Parlament seçkilərinin təbliğat təşviqat kampaniyası dövründə belə bir dəyirmi masanı təşkil etdiyinə görə "Səs" qəzetinə öz minnətdarlığımı çatdırıram. Burada parlament seçkilərində namizədliyi irəli sürülmüş namizədlərin platformaları tezisləri geniş ictimaiyyətə çatdırılır. Seçki kampaniyası müddətində daha çox ictimaiyyətə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi çərçivəsində həll olunması, dövlətimizin apardığı, xüsusilə , qonşu dövlətlərlə balanslaşdırılmış siyasət kursu öz əksini tapıb. Eyni zamanda, iqtisadi islahatlarla bağlı məsələlər , namizədlərin platforamaların da başlıca yer verilən məsələlərdir. Bundan əlavə əmək haqlarının, təqaüdlərin, müavinətlərin artırılması, sosial müavinətlərin qaytarılması əhalini maraqlandıran digər problemlərin həlli üçün etmək lazımdırsa, namizədin platformasında  öz əksini tapıb. Bir məsələni qeyd edim ki, bizim seçki platformamızda yer alan mühüm məsələlərdən biri Azərbaycan ərazisində hər hansı üçüncü dövlətin hərbi bazasının olmasının yolverilməzliyi Azərbaycan ərazisində üçüncü dövlətə qarşı istifadə olunmasının qarşısının alınmasıdır. Bütün bu sadaladığımız prinsipləri həyata keçirmək üçün, şübhəsiz ki, Azərbaycan dövlətinin sabitliyi lazımdır. Bu sabitliyin isə yeganə təminatçısı cənab Prezident İlham Əliyevin hazırladığı siyasi kursdur. Mən bunu tərif üçün demirəm. İnandığım üçün deyirəm. Mənim seçkiqabağı platformamın birinci maddəsi bundan ibarətdir. Hesab edirəm ki, kimsə istər iqtidar düşərgəsində, istərsə də, müxalifət düşərgəsində söyləsə ki, mən prezident olacam və ölkədə sabitlik olacaq, buna inanmıram. İnanıram ki, belə vəziyyətdə neft kəmərini partladarlar, hansısa körpünü dağıdarlar, ölkədə xaos mövcud olar. Uzun illər siyasətlə məşğul olan bir insan kimi, bu qənaətdəyəm ki, bu, ölkəmizə lazım deyil. Çatışmayan cəhətlər varbu cəhətlər, problemlər həll olunmalıdır. Parlamentə deputat seçilərəmsə, mövcud sabitliyi, yürüdülən siyasəti müdafiə etməklə bağlı digər problemlərin həll olunmasına çalışacam. Mənim proqramımın digər müddəalarında isə ölkəmizdə qarşıya çıxan digər məsələlərin aradan qaldırılması ilə bağlı konkret təsirlər yer alıb. Çünki mən özüm vaxtilə bu islahatların əsasını qoymuşam. Təbii ki, bu platforma görüşdüyümüz insanlara müsbət təsir edib. 85 saylı Şamaxı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Burada məni yaxşı qarşılayırlar. Təəssüf edirəm ki, bəzən xoşagəlməz hadisələr baş verir. Mən seçkiyə qədər heç vaxt Şamaxıda başqaları kimi xeyriyyəçiliklə məşğul olmamışam. Seçki qanununa əsasən, bu, qadağandır. Yaxud platformalarında yazırlar ki, mən uğurlu biznesmenəm, sahibkarams. Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndində sahibkarlıqla deputatlığın bir yerə sığmazlığı haqqında müddəa var. Sahibkarlıqla deputatlıq başqa-başqa sahələrdir. İstəməzdim ki, kiminsə ünvanına təhqiredici bir söz söyləyim. Amma normal təbliğat- təşviqat kampaniyası aparmaq üçün yerli məmurlar mənə süni maneçiliklər yaradırlar. Bununla bağlı cənab Prezidentə müraciət etmişəm. MSK-ya müraciət edib, seçkidə iştirakımı dayandırmışam. Çünki 4400 seçki məntəqəsində "AVCİA" müşahidə aparır. Bu dairədən əgər indidən deputat müəyyən olunubsa, bu, dövlətimizə, seçkinin gedişinə ciddi zərbə deməkdir. Bu gedişlə  bütün respublika üzrə 4400 seçki məntəqəsində saxtakarlıq müşahidə ediləcəkdir. Çünki bu insan artıq indidən söyləyir ki, "mən deputatam". İnanıram ki, bütün haqsızlıqlar aradan qaldırılacaq və uğurlu seçki prosesi həyata keçiriləcək.

 

YAP-ın 17 saylı Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış Samirə Quliyeva:

 

- İlk öncə, bu görüşü keçirdiyinə görə "Səs" qəzetinə təşəkkürümü bildirirəm və parlament seçkilərində bütün namizədlərə uğurlar arzulayıram. Öz siyasi platformalarını təqdim etməklə insanların və seçicilərin etimadını qazanmaları üçün hər birinə uğurlar arzulayıram. Mən YAP tərəfindən 17 saylı Yasamal seçki dairəsindən namizəd olaraq gəncləri təmsil edirəm. Hal-hazırda YAP Gənclər Birliyinin sədr müavini vəzifəsində çalışıram. Qeyd edim ki, ölkə rəhbərliyi  gənclərə böyük diqqət və qayğı göstərir. Gənclər hər zaman Azərbaycan dövlətinin  prioritet məsələlərindən olub. Gənclərə diqqət hər zaman öndə olub və gənclərə yaradılan şərait buna gətirib çıxarır ki, bütün Azərbaycan gəncliyi  istər təhsil, istər idman, istər mədəniyyət sahəsində, ümumiyyətlə, hər sahədə öz sözünü deyə bilib, uğurlar qazanıb. Eyni zamanda, bu gün gənclərimiz Azərbaycanın adını dünya miqyasında yüksəkliklərə qaldırmaqdadır. Bu da dövlətin əsas sütunlarından biri sayılır.  Çünki gənclik bizim sabahımız deməkdir. Mənim namizədliyim YAP-dan irəli sürüldüyünə görə, partiyanın rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, YAP-ın sıralarında 520 mindən artıq insan cəmlənir. Bunların 40 %-ni  gənclər təşkil edir. Bu gün ölkəmizin ən bacarıqlı, bilikliintellektli gəncləri YAP-ın sıralarında təmsil olunub. Digər tərəfdən, təbii ki, hazırda ölkəmizdə parlament seçkiləri ilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası gedir. Bizqeydiyyata alındığımız seçki dairəsi ərazisində yaşayan seçicilərimizlə görüşürük və onların münasibətini öyrənirik. Ümumilikdə isə, parlament seçkilərinin təbliğat və təşviqat prosesində seçicilərin çox böyük aktivliyi müşahidə edilir. Çünki bu gün seçicilər öz namizədlərini daha yaxından tanımaq istəyir.  Sadəcə, bir məsələni bildirmək istəyirəm ki, görüşlərdə bir əminlik var ki, bu gün respublikada gedən iqtisadi inkişaf respublikada gedən abadlıq-quruculuq işləri insanların rifahının  yaxşılaşmasına gətirib çıxarır. Bu siyasət isə Azərbaycan gəncliyinə çox böyük imkanlar yaradır. Bütün bunlar isə Azərbaycanın gələcəyini təmin edən amillərdən biri kimi qiymətləndirilir. Ölkə ictimaiyyəti isə yekdilliklə həyata keçirilən siyasəti dəstəkləyir. İctimaiyyətdə YAP-ın namizədlərinə çox böyük rəğbət var. YAP-ın siyahısında namizədliyi qeydə alınan insanlar təhsil, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan xalqına xidmət edən insanlardır. Bu insanlar, həqiqətən də, xalqın sözünü deməyə layiq olan insanlardır. Çox sevindirici haldır ki, insanlar bunu qiymətləndirməyi bacarır və Azərbaycanın azadlıq qazandığı gündən bu günə kimi ölkədə baş verən müsbət hadisələrin inkişafını yüksək qiymətləndirirlər. YAP-ın namizədlərinə həmişə önəm və səs veriblər. Əminəm ki, 7 noyabr tarixində keçirilən seçkilərdə insanlar ən layiqli namizədlərə səs verəcəklər. YAP-ın bu günə kimi qazandığı uğurların kökündə bir məsələ durur ki, bu partiya, həqiqətən də, çox böyük sosial bazaya malikdir. Gücünü xalqdan, cəmiyyətdən alır. Mən tərəqqi medalçısıyam. İctimai fəaliyyətə 2000-ci ildə başlamışam. Və hər zaman YAP-ın siyasətini və onun Sədri cənab Prezidentimiz İlham Əliyevi dəstəkləmişəm. Bununla yanaşı,  ölkəmizdə həyata keçirilən islahatları dəstəkləmişəm. Millət vəkili seçilsəm də, seçilməsəm də öz xidmətlərimi var gücümlə həyata keçirəcəm.

 

"Səs" qəzetinin əməkdaşı:

 

- Ölkəmizdə hazırkı seçki mühtini necə qiymətləndirmək olar?

 

 “İslahat” seçki bloku tərəfindən 34 saylı Xətai 2- ci seçki dairəsindən namizədliyi irəli sürülmüş Teyyub Əliyev:

 

- İlk növbədə, “Səs” qəzetinə və onun rəhbərliyinə bu görüşü təşkil etdiyi üçün minnətdarlığımı bildirirəm. Burada müxtəlif fikirlər səsləndirilir. Naimzədliyim “İslahatseçki bloku tərəfindən  irəli sürülüb. Bu blokda 4 siyasi partiya təmsil olunub. Rəhbəri olduğum “Təkamül”, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Qurtuluş və “Ədalət” partiyası bu blokda təmsil olunub. Biz 106 dairədən namizədliyimizi irəli sürmüşük. Təəssüf ki, cəmi 31 dairədən namizədliyimiz qeydə alınıb. Nədənsə, YAP-ın bütün namizədləri qeydiyyatdan keçir, amma müxalifət namizədlərinin heç yarısı da qeydiyyatdan keçməyib. Bu, ilkin prosesə müəyyən qədər qiymət verməyə əsas verir. İctimai televiziya cəmi 4 dəqiqə vaxt ayırır. Sizin tərəfinizdən namizədlərə belə geniş şəraitin  yaradılması müsbət qiymətləndirilir. Çalışacağıq ki, bu şəraitdən istifadə edək. “Təkamül” partiyası olaraq konstruktiv mövqedən çıxış etmişik. Təbii ki, ölkədə müəyyən islahatlar aparılır. Bu islahatlar bütün sahələri əhatə edir. Hesab edirik ki, bütün islahatların yenidən genişlənməsinə və dərinləşməsinə ehtiyac var. Həm “İslahatbloku olaraq, həm “Təkamül” partiyası olaraq öz platformalarımızda bu istiqamətə xüsusi önəm vermişik. Hesab edirik ki, konstitusiya islahatlarına böyük ehtiyac var. Müxalifət hesab edir ki, proporsional seçki sisteminə böyük ehtiyac var. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Prezidentinə çox böyük  səlahiyyət verir. Bu səlahiyyətin bir hissəsi  konstitusiya islahatları yolu ilə Milli Məclisə verilir. Məsələn, proporsional seçki sisteminin tətbiq olunacağı təqdirdə, hökumətin formalaşması Milli Məclisdə başlayır. Bu zaman güc strukturlarının rəhbərlərinin təyinatı  səlahiyyəti prezidentdə qala bilir.  Mən indibina görüşləri” taktikasına  üstünlük verirəm və təbii ki, mətbuatın imkanlarından da istifadə edəcəyik. Bizdə aparılan təbliğat insanları başqa istiqamətdə düşünməyə vadar edir. Millət vəkilinin geniş səlahiyyəti yoxdur. Hansı bir millət vəkili deyə bilər ki, istisnalar olmaqla, o, seçicisinin tələblərini müxtəlif dairələrə çatdırır. Ona görə də millət vəkillərinin səlahiyyətlərinin artırılması istiqamətində ciddi düşünmək lazımdır. Bu gün heç bir icra strukturunazirlik millət vəkilinin sorğusuna cavab vermir.

 

“Səs” qəzetinin əməkdaşı:

 

- Bizim hazırladığımız dəyirmi masada Yeni Azərbaycan Partiyasından, eyni zamanda, konstruktiv müxalifətdən və müstəqil namizəd, ictimaiyyət nümayəndəsi dəyirmi masada iştirak edir. Həmişə çalışırıq ki, cəmiyyətin bütün təbəqələrinin debat xarakterli görüşlərini təşkil edək.

 

  83 saylı Füzuli-Ağcabədi seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov:

 

- Mən yalnız iqtisadi və sosial məsələlərə diqqət yetirmişəm. Platformamda iqtisadi məsələnin həllində, o cümlədən, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən olan problemlərin həlli ilə bağlı konkret mexanizmlər göstərilib. Xatırlatmaq istərdim ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəvəti ilə Qazaxıstanda antiböhran proqramının hazırlanmasında iştirak etmişik. Mən hazırda Yunanıstanda stabilləşdirmə proqramının hazırlanmasında iştirak edirəm. Vaşinqton Universitetinin məzunu və iqtisad elmləri namizədiyəm. Parlament seçkilərinə qatılmağımın əsas məqsədi iqtisadi islahatlara daha yaxından dəstək vermək istəyi ilə bağlıdır. Nəzərə alsaq ki, bu seçkilərə qatılmamışdan əvvəl hazırladığım kifayət qədər təkliflər paketi, o cümlədən, vergi, səhiyyə və digər sahələrlə bağlı təkliflər dövlət qurumları tərəfindən dəyərləndirilib. Bu baxımdan, Milli Məclisin  üzvü seçilərəmsə, iqtisadi təkliflər paketinin hazırlanması üçün geniş imkanlar qazanmış olaram.

    

“Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov:

 

- İlk növbədə, dəyirmi masanı təşkil etdiyinə görə, “Səs” qəzetinə və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Namizədlər mətbuat və televiziya vasitəsilə öz platformalarını açıqlayırlar. Bəziləri həddən artıq böyük vədlər irəli sürürlər. Belə olan halda, ictimaiyyət bunu təhqir kimi başa düşür. Düşünür ki, namizəd seçiciləri bəribaşdan aldatmağa çalışır və şəxsi məqsədlər üçün bu cür vədlər verir. Teyyub Əliyev öz danışığında belə bir fikir irəli sürdü ki, YAP-ın namizədlərinin hamısı təsdiq olunub. Amma bir məsələ var ki, YAP-ın üzvlərinin sayı 520 mindir. Bu gün YAP-ın irəli sürdüyü namizədlər ictimaiyyət arasında çox böyük nüfuza, rəğbətə malikdirlər. Bu baxımdan, mən inanıram ki, YAP-ın irəli sürdüyü namizədləri səs çoxluğu ilə qələbə qazanacaq. O ki qaldı bu gün cürbəcür vədlər verən və reallıqları görmək istəməyən namizədlərə, onların kimlər və məqsədlərinin nə olduğunu hər kəs çox gözəl bilir. Tahir Kərimli ifadəsində Ulu Öndər Heydər Əliyevin sabitlik və inkişaf haqqındakı fikrini səsləndirdi. Doğrudan da, bu, belədir.  Cənab Prezident islahatların həyata keçirilməsi üçün bir çox tədbirlər həyata keçirmişdir. Cənab Prezidentimizin belə  bir ifadəsi var ki, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bugünkü reallıq göstərir ki, hər bir azərbaycanlı cənab Prezidentimizin qərar və tövsiyələrindən faydalanır. Bu baxımdan, ictimaiyyət arasında YAP-a çox böyük inam və etibar var.

 

(Ardı var)

 

 

Aylana Rzayeva,

 

Tapdıq Qurbanlı

 

Səs.- 2010.- 23 oktyabr.- S. 11-12.