Qubadlının işğalından 17 il keçdi

 

17 il Vətən həsrəti ilə yaşayan qubadlılar doğma diyara qayıdacaqları günü gözləyirlər

 

Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi.

Ermənistanın iki rayonu ilə (Qafan Gorus) həmsərhəd olan bu rayonun əhalisinin uzun illər alın təri zəhmətlə topladıqları var-dövlət, yaratdıqları imarətlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. Əldə olunan videogörüntülər bir daha təsdiq edir ki, işğalçılar o torpaqda daşı-daş üstdə qoymayıblar. Evləri söküb, son daşına qədər aparıblar. Qubadlı, həqiqətən, viran edildi.

YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev bildirdi ki, Qubadlının işğal olumasını ermənilər həddən artıq çox istəyirdilər. Çünki Qubadlı Qarabağla Ermənistan arasında əsas ərazilərdən biri idi. Azərbaycanın bütün bölgələrindən ora könüllü döyüşçülər gəlirdi. Eyni zamanda, orada kifayət qədər ərazini yaxşı tanıyanlar var idi onlar döyüşçülərimizə kömək edirdilər. Ermənilərə həmin cəbhədə xaricdən çox güclü yardım olunurdu: "Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələb istəyi ilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı ilə az vaxtda ordu daxilində qarşıdurmanı aradan qaldırdı. Eyni zamanda, Azərbaycanın cənubunda baş qaldıran separatizmin qarşısını aldı".

A.Haqverdiyevin dediyinə görə, Qubadlı əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasında dövlət tərəfindən xüsusi diqqət qayğının göstərildiyini vurğuladı: "Bir fakt maraqlı idi ki, rayon işğal olunandan sonra Qubadlı məcburi köçkünləri üçün 14 müasir tipli yeni məktəb tikilibdir. Hazırda rayonun təhsil sistemində 31 orta məktəb, iki əsas bir ibtidai məktəb fəaliyyət göstərir. 2008-2009-cu illərdə Qubadlı 1 saylı, Saray kənd, Xanlıq 1 saylı kənd, Hal kənd, Mahmudlu kənd məktəbləri, Mahmudlu musiqi məktəbi tikilib istifadəyə verilibdir. Onların hər biri müasir avadanlıqlarla təchiz olunub. Bu il məktəblərin bir neçəsində təmir işləri aparılır. Həmçinin, Sumqayıt şəhəri 11-ci mikrorayonda 26 saylı binanın dam örtüyünün, giriş qapılarının, kanalizasiya xətlərinin sanitar qovşağının təmiri başa çatdırılıb, 15-ci məhəllədəki 5 saylı, 41-ci məhəllədəki 14 15 saylı yataqxanalarda pilləkən qəfəslərinə qapılar qoyulmaqla əsaslı təmir işləri aparılıbdır".

A.Haqverdiyev onu da bildirdi ki, rayon uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Ümumilikdə isə Qubadlı 230 şəhid verib, 146 nəfər əlil olub. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə üz-üzə qalıb. Aşağı Mollu Həmzəli kəndlərinin hər birində IX, Əliquluuşağı kəndində V, "Gavur dərəsi" deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, V əsrdə tikilmiş Göy Qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altına keçib. Hazırda bu abidələrin taleyi məlum deyil. Qubadlının işğalı nəticəsində, həmçinin, 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarixi- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, 94 kənd qəsəbə, 205 mədəni-məişət obyekti, 12 tarixi abidə isə yandırılıb talan edilib. Bu gün rayon əhalisinin 21,1 min nəfəri əmək qabiliyyətlidir. Son illər ardıcıl görülən tədbirlər nəticəsində iqtisadi fəal əhalinin 10532 nəfərinin, yaxud 49 faizinin məşğulluğu təmin edilibdir. Bu, respublika göstəricisindən xeyli yüksək deməkdir. Rayonlarda məskunlaşan köçkünlərin Bakı Sumqayıt şəhərlərinə, Abşeron rayonunun yaşayış məntəqələrinə miqrasiyası müşahidə olunur. Bu meyil əsasən, kənd rayonlarında torpaqların yerli əhali tərəfindən özəlləşdirilməsi ilə bağlı köçkünlərin kənd təsərrüfatı ilə məşğul ola bilməməsinin nəticəsidir. Rayonlarda məskunlaşan 4085 nəfərin 1965 nəfəri, yaxud 48 faizi son illərdə Bakı Sumqayıt şəhərlərinə miqrasiya etmişdir. Rayon üzrə 31600 nəfər məcburi köçkünün kommunal xərcləri dövlət tərəfindən ödənilir. Hər ilin əvvəlində kommunal xərcləri ödəniləcək ailələrin siyahısı tərtib edilərək müvafiq orqanlara göndərilir. Məcburi köçkünlərin su, işıq, qaz digər kommunal xərclərlə bağlı problemi yoxdur. Bununla belə, verilmiş imtiyazlardan israfçılıqla istifadə edilməməsi, su, qaz, elektrik enerjisi sərfinə ayrılmış limitin gözlənilməsi üçün əhali ilə müntəzəm aparılır. Sayğacların qoyulması rayonların yerli strukturları tərəfindən aparılır. Bu sahədə problem yarandığı hallarda rayonun müvafiq strukturları işə müdaxilə edir operativ qaydada həmin problem həll edilir. Ötən dərs ilində istifadəyə verilən daha 2 yeni, əsaslı təmir olunan 3 məktəb, bütövlükdə, təhsil sisteminin maddi bazasının imkanlarını daha da artırılıbdır. Rayonda ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi təbliği ilə bağlı ardıcıl aparılır. Ümummilli liderin Qubadlı rayonu ilə bağlı fikirləri, görüşləri, fotoşəkilləri digər tarixi sənədləri toplamaq, maarifləndirmə işində istifadə etmək üçün 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılıbdır".

YAP Qubadlı rayon təşkilatının sədri onu da bildirdi ki, bütün bunlar bir daha təsdiq edir ki, Qubadlı əhalisinə dövlət tərəfindən zəruri qayğı göstərilir. Ancaq Qubadlı torpağı bu gün düşmən tapdağı altındadır. O torpaqda babalarımızın qəbirləri uyuyur, tarixi abidələrimiz yerlə yeksan olunub. Neçə-neçə günbəzlər, körpülər, məscidlər, türbələr işğalçı ermənilər tərəfindən tamamilə məhv edilib. Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili xarici siyasət məcburi köçkünlərdə, o cümlədən, qubadlılarda nikbin əhval-ruhiyyə yaradıb. Onlar yaxın illərdə torpaqlarımızın azad olunacağına inanır səbirsizliklə "Böyük qayıdış"ı gözləyirlər.

 

 

R.Hüseynova

 

Səs.- 2010.- 1 sentyabr.- S. 5.