Yeni Azərbaycan Partiyası ətrafında
Azərbaycanın ən intellektual
gəncliyi cəmləşib
Ölkəmizdə,
bütün sahələrində olduğu kimi, gənclərlə
bağlı siyasətdə də yüksək uğurlar
olması göz qabağındadır. Təkcə son beş
ildə Azərbaycan gəncləri dünya və Avropa çempionatlarında
bilik və intellektual müsabiqələrdə böyük
uğurlara imza atıblar. Gənclərin ölkəmizin
ictimai-siyasi həyatında rolunun durmadan artması onların
bütün sahələrdə təmsil olmaları ilə
açıq şəkildə görünməkdədir. Bu
gün regionun və bütövlükdə, dünyanın
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası ətrafında cəmləşmiş Azərbaycan
gəncliyini öz gələcəyini məhz bu monolit təşkilatla
bir yerdə görərək, ölkəmizdə gedən
proseslərdə böyük aktivlik nümayiş etdirirlər.
Bizimlə həmsöhbət olan və bu il ilk dəfə səs
verəcək Yeni Azərbaycan Partiyasının gənc
üzvləri payızda keçiriləcək parlament
seçkilərində yüksək fəallıq
nümayiş etdirmək əzmindədirlər. Onlar ölkəmizin
yeganə güclü siyasi təşkilatı olan YAP-ın irəli
sürdüyü ən layiqli namizədə dəstək olmaqla
ölkəmizin inkişafında üzərlərinə
düşən vəzifələrin layiqincə yerinə
yetirilməsinə öz töhfələrini vermiş
olacaqlarını bildiriblər. Bu ilin payızında
keçiriləcək parlament seçkilərində ilk dəfə
səs verəcək Yeni Azərbaycan Partiyasının
üzvü Elvin Səlimov ölkəmizə gənclər
siyasətinin nəticəsi olaraq
idmançılarımızın əldə etmiş
olduğu əvəzsiz nailiyyətlərdən bəhs etdi.
Bildirdi ki, bu gün hər bir gənc ona qarşı olan diqqət
və qayğıdan razıdırlar. "Bu baxımdan da, gəncələr
ölkəmizdə hər bir sahədə böyük əzmlə
çalışır, onlara verilən yüksək qiymətin
nəticəsində dövlətimizin daha da güclənməsində
yaxından iştirak edirlər" deyən E.Səlimov Azərbaycan
gəncliyinin bu gün, sözün əsl mənasında,
böyük intellektə və uğura imza
atdığını bildirib. Qeyd edib ki, cənab Prezident
İlham Əliyevin rəhbərliyi altında gəncələrimiz
istənilən beynəlxalq əhəmiyyətli mötəbər
yarışlarda ən yüksək pillələrə
qalxırlar. "Bu isə dövlətimizin gəncələrlə
sıx bağlılığının bariz nümunəsidir"
deyən E.Səlimov ölkə daxilində gənclərin
rolunun əhəmiyyətindən danışdı. Yeni Azərbaycan
Partiyasının gənc üzvlərindən olan Vüqar
Muradov bu ilin payızında keçiriləcək parlament
seçkilərində ilk dəfə iştirak edəcəyini
və YAP-ın irəli sürdüyü namizədə dəstək
olacaqlarını bildirdi. Qeyd etdi ki, bu gün savadlı və
intellektli düşüncəyə malik olan gənclər YAP
sıralarında cəmləşiblər. "Onlar YAP-a
üzv olmaqla öz gələcək həyatlarının
stimullaşdırmış olublar" deyən V.Muradov Azərbaycan
gənclərini ölkəmizin ictimai-syasi həyatında fəal
olmağa səslədi. İlk səsverənlərdən
olacaq YAP-ın gənc üzvü Lalə Qəhrəmanova da,
gəncliyin böyük qüvvə olduğunu və
onların istənilən prosesdə olduğu kimi, payızda
keçiriləcək parlament seçkilərində də, əzmlə
iştirak edəcəkləri sözsüzdür. L.Qəhrəmanova
gəncələrin ölkəmizin inkişaf tendensiyasında
rolundan və əhəmiyyətindən bəhs edərək,
bildirdi ki, bu gün əldə olunan uğurlar gənclərin
firavanlığına xidmət edir. 18 yaşı bu il tamam
olmuş YAP-ın gənc üzvlərindən olan Məhin Qəniyeva
da parlament seçkilərində ilk dəfə iştirak edərək,
səs verəcəyindən qürurlandığını
bildirdi. Qeyd etdi ki, artıq səsvermə yaşının
çatması onun üçün böyük bir stimuldur.
Çünki bundan sonra o, istədiyi insana dəstək olmaqla
öz hüququnun nədən ibarət olduğunu müəyyənləşdirmək
niyyətində olduğu qənaətindədir.
Tapdıq
Səs.- 2010.- 2 sentyabr.- S. 6.