Bilik yeganə meyardır

 

YAP Gəncə şəhər təşkilatında bu il tələbə adına layiq görülənlərlə görüş keçirildi

 

Dünən YAP Gəncə şəhər təşkilatı şəhər icra hakimiyyətinin təşəbbüsü ilə partiyanın şəhər təşkilatının qərargahında 2009-2010-cu tədris ilində Gəncə şəhər orta məktəblərinin  yüksək balla respublikanın ali məktəblərinə daxil olan məzunları ilə görüşü keçirildi. Görüşdə partiyanın idarə heyəti şura üzvləri, şəhərin görkəmli ziyalıları, məktəb rəhbərləri, valideynlər gənclər iştirak etdilər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq yüksək nəticələrə nail olan tələbələri təbrik etdi. O bildirdi ki, təhsil cəmiyyətdə ən vacib prioritet sahələrdən biridir bu gün sosial xarakter daşıyır: "Fərəhlə qeyd etməliyik ki, indi Azərbaycan dünyada digər sahələrlə yanaşı,  təhsil sahəsində  ən qabaqcıl ölkələr sırasındadır. Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin gələcək inkişafının sağlam gəncliyin yetişməsindən asılı olduğunu nəzərə alaraq, 90-cı illərdə Azərbaycan mühitinə maarif işığı gətirmiş, bütün pillələrdə təhsil probleminin həllinə çalışmışdır. Bu gün ulu öndərimizin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın diqqəti köməyi sayəsində yeni məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir, informasiya kommunikasiya texnologiyaları ilə təmin olunur, müxtəlif istiqamətlər üzrə ciddi islahatlar aparılır. Son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi, inkişafyönümlü proqram layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət qayğısı sayəsində mümkün olmuşdur. Prezidentin "Ən yaxşı ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında sərəncamları təhsil işçilərinin məsuliyyətini, daha yaxşı işləmək əzmini daha da artırmışdır".

İ.İsmayılov onu da bildirdi ki, bu il 2786 məzundan 2386 nəfəri attestat almış, 31,28 faizi ali məktəblərə qəbul olunublar. Abituriyentlərdən 36 nəfəri ən yüksək nəticələr əldə edibdir: "Bu il məktəbi bitirən 2786 məzundan ali məktəblərə qəbul imtahanlarında 2202 nəfər iştirak etmişdir. Onlardan 689 nəfəri ali məktəblərə qəbul olmuş, 145 nəfəri 500-dən yuxarı, 36 nəfəri 600-dən çox bal toplamışdır".

Tədbirdə görkəmli akademik, AzETBMİ-nin direktoru Sidiqə Məmmədova, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev, GDU-nun rektoru, professor Elman Məmmədov başqaları çıxış edərək elmə, təhsilə göstərdikləri diqqət, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya  dərin minnətdarlıqlarını bildirdilər, tələbələrə isə təhsillərində  uğurlar arzuladılar.     

Həmçinin, həmin gün 18 yaşı tamam olmuş yüksək nəticələrə nail olan tələbələrdən Nərmin Mustafayeva,  Abbas Ələsgərov, Turqut Əhmədov qüdrətli güclü siyasi təşkilat olan YAP-ın sıralarına qəbul olunmaq haqqında müraciətlərini bildirdilər.

46 saylı məktəbin məzunu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə 680 balla daxil olan Qurbanova Aybəniz Elman qızına elmin çətin yollarında ona bələdçilik edəcək ən qiymətli hədiyyə - noutbuk  təqdim edildi.

 

 

RƏFİQƏ

 

Səs.- 2010.- 2 sentyabr.- S. 7.