YAP qaliblər və qələbələr
partiyasıdır
YAP rayon təşkilatları parlament seçkilərilə
bağlı hazırlıq işlər görür
Xalqımız növbəti
seçki kampaniyasına hazırlaşır. Əvvəlki
seçkilərdə olduğu kimi, növbəti parlament
seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan
Partiyasının rayon təşkilatlarında da ciddi
hazırlıq işləri gedir. Hazırlıq işlərinin
uğurla həyata keçirilməsi, bir daha onu təsdiqləyir
ki, ölkənin güclü iqtidarda olan siyasi partiyası
seçkiləri qələbə ilə başa vuracaq. Bunu
YAP rayon təşkilatlarında görülən işlər
də sübut edir.
Fərrux Haqverdiyev: "Əminik ki, xalq parlament
seçkilərində də YAP-ın namizədlərinə
səs verəcək"
"Yeni Azərbaycan
Partiyasının rayon təşkilatlarında, əvvəlki
seçkilərdə olduğu kimi, bu seçkilərə də
ciddi hazırlıq işləri gedir. Hazırlıq işlərinin
uğurla həyata keçirilməsi, bir daha onu təsdiqləyir
ki, ölkənin iqtidarda olan siyasi partiyası - Yeni Azərbaycan
Partiyası seçkiləri qələbə ilə başa
vuracaq. Bunu YAP rayon təşkilatlarında görülən
işlər də sübut edir". Bu fikirləri "Səs"
qəzetinə verdiyi açıqlaması zamanı deyən
YAP Xızı rayon təşkilatının sədri Fərrux
Haqverdiyev parlament seçkilərinə ciddi hazırlıq
işlərinin görüldüyünü söylədi.
F.Haqverdiyev seçkinin ölkədəki siyasi-iqtisadi və
sosial atmosferə təsir edə bilən siyasi proses
olduğunu bildirdi: "Seçki prosesi məsuliyyətli, həm
də çətin bir işdir. İlk illərdə, əlbəttə,
seçkilərin keçirilməsində, hazırlıq
işlərinin aparılmasında müəyyən çətinliklər
olub. Amma Yeni Azərbaycan Partiyası dörd prezident,
üç parlament, üç bələdiyyə və
iki referendumda iştirak etmiş
böyük siyasi qüvvə kimi dərin təcrübəyə,
mükəmməl seçki texnologiyasına malikdir."
F.haqverdiyevin sözlərinə
görə, əldə olunan uğurlar Yeni Azərbaycan
Partiyasını işə məsuliyyətlə
yanaşmasından irəli gəlir: "Partiyamız hər
bir seçkidə ortaya yeni texnologiya qoymağa
çalışır ki, seçkilər daha şəffaf, ədalətli
və demokratik keçirilsin. Hərçənd ki, opponentlərimiz
həmişəki kimi, diqqəti cəlb etmək məqsədilə
böhtan kampaniyası aparır. Amma bunun heç bir təsiri
yoxdur. Çünki xarici dövlətlər artıq Azərbaycanın
seçki təcrübəsindən istifadə edirlər, bəhrələnirlər".
F.Haqverdiyev müxalifətin seçkiərəfəsi
boğazdan yuxarı fikirlər söyləməsini
mənasız adlandıraraq, bildirdi ki, artıq cəmiyyət
əsl həqiqətləri yaxşı görür.
Ona görə də, əminliklə deyə
bilərik ki, sosial
bazası, dəstəyi olmayan müxalifət
budəfəki seçkilərdə də məğlub olacaq. Xalqın inamını, etimadını
qazanmış Yeni Azərbaycan
Partiyası qarşıdakı parlament
seçkilərində də parlaq qələbə
qazanacaq: "Qeyd etməliyəm ki, xalq sevgisi YAP-ın
uğurlarını və qələbələrinin təməl
daşını təşkil edir.Ölkə Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyevin gördüyü
qlobal miqyaslı işlər xalqın partiyaya olan inamını daha da artırır.
Bütün bunlar isə növbəti parlament
seçkilərində də xalqın güvənc və ümid etdiyi partiyanın
irəli sürdüyü namizədlərə
səs verəcəyinə tam əminlik
yaradır."
Məzahir Bayramov: "Parlament seçkilərində
ölkəmizin demokratik dəyərlərə sadiq olduğu
bir daha öz təsdiqini tapacaq"
Yeni Azərbaycan
Partiyasının Tovuz rayon təşkilatının sədri
Məzahir Bayramov qarşıdakı parlament seçkilərinə
hazırlıq işləri ilə bağlı "Səs"
qəzetinə verdiyi açıqlamasında bildirdi ki, ölkəmizdə
formalaşmış seçki ənənəsi bu dəfə
də özünü göstərəcək:
"Çünki artıq ölkəmizdə
formalaşmış olan mükəmməl seçki ənənələri
özünün bütün parametrləri ilə demokratik dəyərlərlə
tam uyğunluq təşkil edir. Beynəlxalq təcrübədən
yararlanmaqla Azərbaycanda demokratik seçki mühitinin
yaradılması və bu istiqamətdə mühüm nəticələrin
hasil edilməsi dövlətimizin qarşısında duran ən
ümdə vəzifələrdən hesab olunurdu. Elə, bu
baxımdan da, gün-gündən
inkişaf edən cəmiyyətimizdə seçki
qaydalarının müasir prinsiplərə
uyğunlaşdırılması da, görülən işlərin
bariz nümunəsi kimi dəyərləndirilir. Digər bir
aspektdən Azərbaycanda bu günə qədər
keçirilmiş seçkilərdə vətəndaşların
öz iradələrini tam sərbəst formada ifadə etmək
üçün bütün addımlar atılıb. Buna
misal kimi 1993-cü ildən bu günə qədər ölkəmizin
ərazisində keçirilmiş seçkilərin mahiyyətində
və məzmununda edilmiş dəyişikliklərin də
günün tələblərinə uyğun olmasını
göstərmək kifayət edir. Çünki ulu öndər
Heydər Əliyevin müəyyənləşdirmiş
olduğu demokratik dəyərlərə sadiqlik və
inkişaf baxımından Azərbaycanda keçirilmiş
seçkilərin mahiyyətində, hələ ki, ciddi bir uyğunsuzluğa
rast gəlinməyib".
YAP Gədəbəy rayon təşkilatı
seçkidə uğurlu nəticə əldə edəcək
Ramazan Muradov: "Azərbaycanın uğurlu
inkişafında YAP-ın rolu böyükdür"
R.Muradov Gədəbəy rayonunun 57954 seçicisinin 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz Seçki Dairə Komissiyaları üzrə 61 məntəqəsində səs verəcəklərini bildirdi. YAP Gədəbəy rayon təşkilatının seçkilərə hazırlıq istiqamətində apardığı təşviqat işləri nəticəsində ciddi işlərin aparıldığını vurğulayan R.Muradov rayon təşkilatı qərəgahının yaradıldığını bildirdi. Onu da söylədi ki, Yeni Azərbaycan Partiyasının seçkiərəfəsi Azərbaycanın şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə ümumrespublika müşavirələri parlament seçkilərinə hazırlıq işləri ilə bağlı tapşırıqları seçkidə böyük uğurlar əldə etməyə imkan verir. Eyni zamanda, YAP Mərkəzi Aparatı tərəfindən parlament seçkilərinə dair fəaliyyət proqramı hazırlanaraq, rayon təşkilatlarına təqdim edilib: "Bu gün işlərimizi YAP Mərkəzi Aparatının Fəaliyyət Proqramına əsasən qurmuşuq. Artıq rayon ərazisində seçki qərargahları texniki avadanlıqlarla təchiz olunublar ki, bu, bütün hallarda seçkilərin şəffaflığına zəmanət verir. Qətiyyətlə deyə bilərəm ki, YAP Gədəbəy rayon təşkilatı bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirəcək".
R.Hüseynova
Səs.- 2010.- 2 sentyabr.- S. 7.