Özəl sektorun inkişafı ölkənin
iqtisadi inkişafında
başlıca rol oynayır
Prezident İlham Əliyev: "Azərbaycan
xalqının daha da yaxşı yaşaması
üçün əlimizdən gələni edirik"
Azərbaycanda davamlı olaraq
həyata keçirilən
kompleks dövlət siyasəti qeyri-neft sahəsində istehsalın
genişlənməsinə, sahibkarlığın, kənd
təsərrüfatı və
digər sahələrdə
çoxşaxəli iqtisadiyyatın
dayanıqlı inkişafına
zəmin yaradıb. İqtisadi artım tempinə görə yenə dünyada lider mövqedən çıxış
edən Azərbaycanda
həyata keçirilən
dövlət siyasəti
beynəlxalq təşkilatlar,
araşdırma institutları,
ekspertlər tərəfindən
də etiraf edilməkdədir. Azərbaycanda
makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin güclənməsi
ölkənin iqtisadi inkişafına təkan verib. Dövlət Bayrağı Meydanının
yaradılması münasibətilə
tədbirdə Azərbaycanın
beynəlxalq aləmdə
yüksək imicə
malik ölkəyə
çevrildiyini qeyd edən Prezident İlham Əliyev əsas məqsədin respublikamızın daha da güclənməsinə,
xalqımızın daha
yaxşı yaşamasına
yönəldiyini vurğulayıb.
Azərbaycanın dünya birliyi
üçün etibarlı
tərəfdaşa çevrildiyini
bildirən Prezident İlham Əliyev qazanılan nailiyyətlər
əsasında gələcəkdə
yeni layihələrin icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan
asılı olmadığını
və təhlükəsizliyini
təmin etdiyini diqqətə çatdırıb.
Ölkənin iqtisadi inkişafında
neft amilindən səmərəli istifadə
olunması, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilən dövlət
proqramları dövlət
siyasətinin əsasını
təşkil etməkdədir.
Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı çərçivəsində qeyri-neft sektorunun, sənayenin inkişafı
ölkənin strateji inkişafı ilə şərtlənir.
Sənayenin neft sektorunda məhsul istehsalı 2,3 faiz, qeyri-neft sektorunda 9,7 faiz artmışdır. Bununla yanaşı, ölkə iqtisadiyyatı üçün
xüsusi əhəmiyyətə
malik sənayedə təsərrüfat subyektləri
tərəfindən istehsal
olunan mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz
artıb. 2010-cu ilin ötən dövrü ərzində əldə olunan uğurlu nəticələrin ümumi
statistikası Azərbaycan
hökumətinin çevik
və işlək fəaliyyət mexanizmlərinə
əsaslandığını söyləməyə əsas
verir. Habelə, qlobal böhranın respublikamız üçün
tamamilə geridə qalmasını dünyanın
nüfuzlu beynəlxalq
qurumları da öz hesabatları ilə bunu təsdiqləyir.
Azərbaycan iqtisadiyyatındakı
dinamik inkişaf tendensiyasının davamlı
olması, Dünya İqtisadi Forumunun reytinqində mövqeyini daha da möhkəmləndirir.
Bu gün Azərbaycanın öz hesabına yaşayan ölkələrdən biri
olduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayır ki, bizim siyasətimiz, bütün addımlarımız
Azərbaycanın milli
maraqlarının qorunmasına
yönəldilibdir: "Azərbaycan
xalqının daha da yaxşı yaşaması üçün
əlimizdən gələni
edirik. Görülən
işlər həm statistik rəqəmlərdə
öz əksini tapır, eyni zamanda, biz bunu
gündəlik həyatda
da görürük".
Ölkəmizdə özəl bölmənin
inkişafına böyük
diqqət və qayğı göstərilməsi
nəticəsində sahibkarlığa
dövlətin maliyyə
dəstəyi, güzəştli
kreditləşmə siyasəti
bu sahənin inkişafının daha da güclənməsinə
əsaslı şərait
yaradır. Bütövlükdə
iqtisadiyyatda özəl
bölmənin xüsusi
çəkisinin artması
şəraitində istehsalın
həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib. Məlumata görə, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtələrin),
6,6 faizi isə sənaye xarakterli xidmətlərin hesabına
yaranıb. Məhsulun
76,8 faizi mədənçıxarma,
17,9 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış
hava ilə təchizat, 0,6 faizi isə su təchizatı,
çirkli suların və tullantıların təmizlənməsi bölmələrində
istehsal olunub. Sənaye məhsullarının
böyük əksəriyyəti
istehlakçılara göndərilib.
Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, ötən yeddi ayda sənayenin mədənçıxarma bölməsinin
məhsullarından neft
hasilatı 1,8 faiz artaraq, 29,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 0,7 faiz azalaraq 10 milyard kubmetr təşkil etmişdir. İqtisadi sektorda islahatların genişləndirilməsi,
qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur
təminatının yaxşılaşdırılması
nəticəsində əsas
kapitala yönəldilən
vəsaitin 78,6 faizini daxili, 21,4 faizini isə xarici mənbələrdən yönəldilən
vəsaitlər təşkil
edir. Daxili mənbələrdən yönəldilən vəsaitlərin
71,6 faizi dövlət
mülkiyyətinə məxsus
müəssisə və
təşkilatların, 28,4 faizi qeyri-dövlət mülkiyyətinə məxsus
müəssisələrin hesabına
gerçəkləşib. Ölkədə regional layihələrin reallaşdırılması,
bölgələrin tarazlı
inkişafına hesablanan
dövlət proqramları,
qeyri-neft sektorunun daha da möhkəmlənməsi
ardıcıl dövlət
siyasətinin mahiyyətini
təsdiqləyir. Ölkədə
sosial problemlərin həlli istiqamətində
yoxsulluğun aradan qaldırılması, infrastrukturun
bütün sahələrdə
yeniləşdirilməsi bazar
iqtisadiyyatı prinsipləri üzərində
qurulub. Bunun nəticəsidir ki, özəl sektorun inkişafı, iqtisadiyyatın liberallaşdırılması
uğurlu iqtisadi siyasət Azərbaycanda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə
güclənməsi, ölkənin
iqtisadi inkişafında
başlıca rol oynamaqdadır. Ölkənin iqtisadi inkişafında neft strategiyasının səmərəli
istifadə insanların
sosial problemlərinin həllinə, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir. Azərbaycanda
xarici ticarətdə dövlət inhisarının
ləğv edilməsi,
bu fəaliyyət sferasının liberallaşdırılması,
bazar mexanizmlərindən
istifadə geniş imkan yaradır.
2010-cu il dövlət
büdcəsindən maliyyələşdirilməsi
nəzərdə tutulan
inşaat işlərini
həyata keçirmək
üçün büdcədən
3549 milyon manat ayrılması nəzərdə
tutulan vəsaitin
1450,8 milyon manatından
istifadə edilib. Əsas kapitala yönəldilən sərmayənin
ümumi həcmində müəssisə və təşkilatların
vəsaitləri 51,9, bank
kreditləri 5,4, büdcə
vəsaitləri 33,8, büdcədən
kənar fondların vəsaitləri 5,3, əhalinin
şəxsi vəsaitləri
3,3, digər vəsaitlər
isə 0,3 faiz təşkil etmişdir.
Cari ilin yeddi ayı ərzində xarici mənbələrdən əsas
kapitala yönəldilən
vəsaitin həcmi
976 milyon manat təşkil edərək
əvvəlki ilin müvafiq dövründəkindən
37,4 faiz çox olub.
ELŞAD HACIYEV
Səs.- 2010.- 3 sentyabr.- S. 3.