Yeni Azərbaycan Partiyası humanizm prinsiplərinə sadiqdir

 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiya üzvləri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Müharibə Əmək Əlilləri üçün Pansionatda olublar

 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiya üzvləri cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarla görüşlərini davam etdirir. Bu görüşlərdə parlament seçkiləri, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar digər məsələlər müzakirə olunan mövzulardan olur. Dünən bu qəbildən olan növbəti görüş Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Müharibə Əmək Əlilləri üçün pansionatın sakinləri ilə keçirildi. Pansionat sakinləri ilə görüşə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvləri Şahlar Əsgərov, Kərim Kərimov, Sabunçu rayon icra hakimiyyəti başçısı Əlibaba Əliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edirdi.

YAP İcra katibi Əli Əhmədov pansionat sakinlərini müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edərək, onlara salamlarını çatdırdı. Bildirdi ki, ölkəmizdə bu qəbildən olan insanlar üçün dövlətimiz tərəfindən ən yüksək səviyyədə şərait yaradılıb. Ona görə , bu cür pansionatlarda yaşayan insanlar özlərini daha rahat, daha firavan hiss edirlər. Ə.Əhmədov, ümumilikdə, ölkəmizdə heç bir vətəndaşın dövlətin himayəsindən kənarda qalmadağını bildirdi. Qeyd etdi ki, burada yaşayan insanlar üçün ən zəruri işlər görülüb, onların sağlamlığı zəruri tibbi preparatlarla təmin edilməsi üçün hər bir imkan yaradılıb: "Ölkəmizin yeganə güclü siyasi təşkilatı olan YAP tərəfindən , humanizm prinsipləri əldə rəhbər tutularaq, hər zaman vacib addımlar  atılıb. Davamlı şəkildə uşaq kimsəsizlər, eləcə , qocalar evlərində olan YAP nümayəndələri onların problemləri ilə maraqlanır. Zəruri ehtiyaclarının həll edilməsi üçün mühüm işlər görülür. YAP nümayəndələri tərəfindən ahıl insanlarla, qocalar evində yaşayan şəxslərlə, mütəmadi olaraq, bu cür görüşlərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Bu qocalar evindən YAP olaraq biz ildə bir neçə dəfə görüşlər keçiririk. Onların problemləri ilə maraqlanırıq. İmkan daxilində onların mövcud olan problemlərini öyrənib öz köməkliklərimizi göstəririk. YAP  tərəfindən bura, bir növ qeyri-rəsmi olsa, himayəyə götürülüb. Onu da qeyd edim ki, dövlətimiz bütün insanlara, o cümlədən , ahıllara həmişə böyük diqqət qayğı göstərir. Məhz bu qocalar evində , onların normal şəraitdə yaşaması üçün lazım olan bütün imkanlar şərait yaradılıb. İnanıram ki, bundan sonra da, bu siyasət uğurla davam etdiriləcək. Bir faktı da vurğulayım ki, bu yaxınlarda cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması buradakı insanların həyatına da, öz müsbət təsirini göstərəcəkdir. Bir daha qeyd edim ki, biz daimi olaraq, gəldiyimiz yerə bir daha gəlmişik ona görə , buranın sakinləri bizləri öz yaxınları doğmaları kimi qarşılayırlar. Onu da qeyd etməliyəm ki, burada yaşayan insanların gümrahlığı, əhval-ruhiyyəsinin yaxşı olması bizləri sevindirir. Bu dövlətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insana qayğısından xəbər verir. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi , ondan ibarətdir ki, ölkəmizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin. O cümlədən, qocalar evləri , bu diqqət qayğıdan kənarda qalmayıb".

Görüşdə pansionat sakinləri adından çıxış edən ahıl insanlar onlara göstərilən diqqət qayğıdan məmnunluqlarını bildirdilər. Qeyd etdilər ki, dövlətimiz tərəfindən həmişə onlara böyük sevgi qayğı göstərilib bundan sonra da bu humanist missiya uğurla davam etdiriləcək.

Qeyd edək ki, YAP tərəfindən pansionat sakinləri üçün müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi açılıb onlara müxtəlif texniki avadanlıqlar hədiyyə edilib.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 3 sentyabr.- S. 7.