Yeni Azərbaycan
Partiyası seçki
kampaniyasına tam hazırdır
Əli Əhmədov:
"Deputatlığa namizədlərin
siyahısı açıqlanana
qədər üzərində
iş aparacağıq"
- YAP-ın seçki
hazırlıqları ilə
bağlı görülən
işlər nə yerdədir?
- Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır.
Seçkilərə bir
neçə gündən
sonra start veriləcək.
Ötən müddətdə görülən işlərin
nəticəsi olaraq partiyamız özünü
seçkilərə hazır
hesab edə bilər. İlk növbədə biz partiyamızın
bütün strukturlarında,
üzvlərimiz arasında
seçki ab-havası
yaratmağa nail ola bilmişik. Hər bir seçki kampaniyasının uğurlu
keçirilməsi üçün
bütövlükdə partiyanın,
partiya üzvlərinin
arasında yüksək
əhval-ruhiyyənin olması
çox vacibdir.
Yeni Azərbaycan Partiyası öz sıralarında 500
mindən çox Azərbaycan vətəndaşını,
seçicini birləşdirir.
Belə böyük kütləni
hərəkətə gətirmək,
bu qədər şəxs arasında seçki əhval-ruhiyyəsi
yaratmaq əhəmiyyətli
bir hazırlıq işlərinin həyata keçirilməsi nəticəsində
mümkün olur.
Digər
tərəfdən, biz malik
olduğumuz böyük
resursların seçkiyə
hazırlıq səviyyəsinə
çatdırılması üzərində işləmişik.
Biz həmçinin seçki taktikamızı
və bütövlükdə
kampaniyamızın strategiyasını
müəyyənləşdirmək istiqamətində əhəmiyyətli
işlər aparmışıq.
- YAP-ın namizədlər
siyahısı hazırdırmı?
- Partiyamız
bu istiqamətdə də əhəmiyyətli
işlər görüb.
Biz bütövlükdə namizədlərin müəyyənləşdirilməsinə
konseptual baxımdan yanaşırıq. Əlbəttə, bizim namizəd olmağa layiq çoxlu adamımız
var. Ancaq biz onlardan elələrini seçib namizədliklərini irəli
sürmək niyyətindəyik
ki, həmin namizəd seçicilərin
dəstəyini qazana bilsin. Biz həmişə
belə etmişik.
Güman edirəm ki, seçki kampaniyasına start verildikdən
sonra bu istiqamətdəki işlərimizi
tamamilə yekunlaşdırıb
öz siyahımızı
ictimaiyyətə açıqlayacağıq.
- YAP-ın konkret
olaraq siyahısı varmı?
- Siyahı
elan olunanda bilinəcək ki, orada kimlərin adları var. Bunu ən zəruri vaxtda edəcəyik. Təbii ki, siyahı təqdim olunana qədər bu siyahının üzərində iş aparacağıq. Digər partiyalarda da belədir. Bütün bunlar tamamilə normal haldır.
- Bəzi qəzetlərdə
hakimiyyətin olduğu
iddia edilən müəyyən siyahılar
dərc olunur. Həmçinin yazılır
ki, filankəsin bir siyahısı, filan şəxsin başqa bir siyahısı var, mübahisələr gedir.
Bunlarla bağlı nə demək istərdiniz?
- Mən
sizi əmin edirəm ki, yeganə siyahı olacaq - o da Yeni
Azərbaycan Partiyasının
siyahısı. Partiyanın,
partiyanın Sədrinin
rəyini ifadə edən bir siyahı
olacaq. O ki qaldı mətbuatda, ayrı-ayrı qəzetlərdə
müxtəlif siyahıların
dərc olunmasına, bunların həqiqətdən
uzaq olduğunu qeyd etməklə yanaşı, onu da bildirim ki,
həmin siyahılar onları dərc edən qəzetlərin uydurduğu siyahılardır.
Belə demək mümkünsə, onların
"siyahısı"dır.
- Bir müddət
əvvəl belə bir açıqlama verildi ki,
- YAP olaraq
biz həmişə gənclərin
partiyamızın daxilində,
həmçinin partiya
vasitəsilə ölkə
miqyasında fəallaşmasına
çox ciddi önəm veririk. Eyni yanaşmanı qadınlara, xanımlara münasibətdə də
edirik. Bu, 2009-cu ildə
keçirilmiş bələdiyyə
seçkilərində də
özünü qabarıq
şəkildə göstərdi.
YAP-ın təşəbbüsü
ilə gənclərin
və qadınların
bələdiyyə seçkilərinə
yaxından qoşulmasına
nail ola bildik. Nəticə etibarilə həm gənclər, həm də qadınlar hazırkı bələdiyyələrdə əvvəlkindən
qat-qat yüksək səviyyədə təmsil
olunublar. Bu, bizim mövqeyimiz, yanaşmamızdır.
Bu mövqe parlament seçkilərində də
nəzərə alınır.
Ancaq təbii ki, parlament və
bələdiyyə seçkiləri
bir-birindən fərqlidir.
Nəzərə alınmalıdır
ki, namizədin gənc, yaxud qadın olmasından daha əhəmiyyətlisi
onun seçilmə şansıdır. Biz arzu
edərdik ki, seçilmə şansı
olan namizədlərimizin
arasında gənclər
və qadınların
xüsusi çəkisi
artsın. Biz buna çalışırıq. Ancaq
buna nə dərəcədə nail olmaq
mümkün olacaq, bu, incə bir
məsələdir. Bütövlükdə
isə belə bir səy, yanaşma
var.
- Siz əvvəllər
bəyan etmişdiniz ki,
- Bəli.
Ancaq güman etmirəm ki, partiya üzvlərimiz bu çağırışımızın
əleyhinə gedəcəklər.
Belə addım atan özünü şüurlu şəkildə
partiyadan kənarda qoyacaq.
- AXCP və Müsavat
Partiyası birgə seçki bloku yaratmaqdadır. Bu blok
- Əlbəttə,
mətbuatdan AXCP və
Müsavat Partiyası
arasında blok yaratmaq istiqamətində diskussiyaların, məsləhətləşmələrin
aparılmasından xəbər
tutmuşam. Təbii ki, bu, onların
seçkiyə hazırlıq
istiqamətində atdığı
addımlardır. Ancaq
qeyd edim ki, Azərbaycanın müxalifət partiyaları
arasında YAP-a rəqib
ola biləcək nəinki ayrıca bir partiya yoxdur,
hətta bu partiyalar birləşsə
belə,
Bütün bunlarla yanaşı, Azərbaycan
Prezidentinin ölkədə
həyata keçirdiyi
siyasət, onun uğurları, bu siyasətin Azərbaycanın
inkişafı üçün
çox ciddi təməl yaratması, ölkənin iqtisadiyyatının,
sosial həyatının
əhəmiyyətli dərəcədə
dəyişməsi, simasının
yenilənməsi, müasirləşməsi
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, bugünkü iqtidarın insanlar tərəfindən
dəstəklənməsi deməkdir.
Təbii ki, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri
olması, ona olan ictimai dəstək
parlament seçkiləri
zamanı onun rəhbərlik etdiyi partiyaya verilən səslərdə ifadəsini
tapacaq. Beləliklə,
bütün bunlar YAP-ın resursları hesab edilir ki,
bunlarla müqayisədə
opponentlərimizin resursları
həddən artıq
zəif görünür.
Bu və
ya digər partiya bloklarının yaranması qarşıdan
gələn parlament seçkilərində YAP-ın
uğur qazanmasına hər hansı bir təhlükə yaratmaq imkanına malik deyil.
- Bir neçə
gün öncə Mətbuat Şurasının
sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatında "qara piar" sayıla biləcək yazıların
sayı artıb. Bu məsələyə münasibətiniz
necədir?
- Mən
ümumiyyətlə, nəinki
seçki kampaniyasının
gedişində, bütün
vaxtlarda ayrı-ayrı
insanların ləyaqətinə
toxunan yazıların
çap olunmasının
əleyhinəyəm. Xüsusilə
də seçki kampaniyası dövründə
belə üsullardan istifadə edilməsini buna əl atanların
zəifliyi sayıram.
Biz özümüzü zəif
hesab etmirik. Bu mənada Yeni Azərbaycan Partiyası olaraq bizim hansısa
"qara piar" elementlərindən istifadə
etməyə ehtiyacımız
yoxdur. Ancaq təəssüf hissi ilə bildirim ki, YAP-a, YAP tərəfindən
əvvəllər namizədliyi
irəli sürülmüş,
yəqin ki, bu il keçiriləcək
seçkidə də
namizədliyi irəli
sürüləcək namizədlərə
qarşı "qara piar" kampaniyasından istifadə ediblər. Bunu da bizim
opponentlərimiz edib. Bununla da onlar
dolayısı yolla özlərinin zəifliyini
etiraf etmiş olublar.
Digər tərəfdən,
hesab edirəm ki, Mətbuat Şurası "qara piar" kampaniyasının
əleyhinə "dişsiz"
bəyanatlar vermək
əvəzinə, bunun
qarşısını almaq
üçün təsirli
addımlar atmaq barədə düşünməlidir.
Şura bu mexanizmləri işləyib
hazırlaya bilər. Ancaq istənilən halda "qara piar"a qarşıyam.
Əli Əhmədov
Səs.- 2010.- 4 sentyabr.- S. 7.