Gənc istedadın sənət naxışı

 

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.

 Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrə və tarixi köklərə malik olduğunu təsdiqləyən faktordur, Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayının kifayət qədər olduğunu göstərir. Bu gün sənətin mahir ifaçıları olan xanəndələr məhz mövcud olan irsdən bəhrələnir, onu yeni bir formada təqdim edirlər. Bu sənətin hər bir daşıyıcısı muğamın nə dərəcədə ağır və məsuliyyətli olduğunu dərindən dərk edir, bütövlükdə, istedad və zəhmətlərini həsr edirlər. Təbii ki, mövcud olan irs bu janrın böyük sənətkarlar nəslinin olduğunu təsdiqləyir. Bu gün muğam sənətinə yol açan hər kəs də məhz onlara müraciət edir, nəhəng sənətkarlar nəslinin sənət tərcümeyi-halı və ifaçılıq məktəbinin yaradıcılıq yolunu özlərinə bir məktəb seçirlər. Qəzetimizin qonağı olan gənc xanəndə Nazir Əsədov kimi. O da sənətə məhz belə sənətkarların yaradıcılıq irsindən bəhrələnərək yol açıb. Xanəndəlik sənətinin pillələrinə qədəm qoyan Nazir Əsədov muğam aləminə - bu sənətə dövlət tərəfindən göstərilən yüksək qayğı və diqqətin olduğu zamanda qədəm qoyub. Özünün dediyi kimi, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri artıq dünya səviyyəsində verilmişdi:"Muğam sənətinə iyirmi birinci yüzillikdə yeni bir formada yanaşma bu sənətə gənclərin geniş şəkildə yol açması ilə nəticələndi. Bildiyimiz kimi, bu sənətin ən yüksək dəyəri 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən verilmişdir. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" olaraq rəsmi şəkildə qəbul edib. Təbii ki, bu sənətə beynəlxalq səviyyədə verilən qiymət və Azərbaycanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən muğam sənətinə diqqətin ayrılması biz gəncləri bu sənətə daha da ruhlandırdı. Beynəlxalq Muğam Mərkəzinin inşası, Beynəlxalq Muğam Festivalının, Muğam Televiziya müsabiqəsinin keçirilməsi gənclərə böyük təkan verdi. Mən də bu sırada olan gənclərdənəm. Muğam sənətinin gələcəyinə inam böyükdür. Azərbaycan muğam sənətinin nadir inciləri hesab olunan "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun" kimi muğamlar bu musiqi sənətinin tarixini təsdiqləyən  muğamlarımızdır. Təbii ki, bu muğamların nəfis bir şəkildə bugünümüzə qədər gəlib çatmasında bu sənətin bilicilərinin rolu əhəmiyyətli dərəcədədir. Bu sənət növü Azərbaycanın müxtəlif bölgələrində yayılmış və möhtəşəm bir şəkildə muğamsevərlərə təqdim olunur. Belə ki, bu sənətin əsasında böyük dəstgahlar dayanır. Bu dəstgahlar fərqli bir şəkildə Qarabağ, Bakı və Şamaxı muğam ifaçılığı məktəbinin yaradıcıları və davamçıları tərəfindən təqdim edilir. Mən də bir gənc olaraq bu sənətin böyük nümayəndələrinin səslərini əxz edə-edə muğama gəlməyə qərar vermişəm. Ailəmizdə gözəl səsə, avaza malik olan şəxslər var və bu şəcərədə muğam sənətini xalqa təqdim edən neçə-neçə isimlər xalq tərəfindən tanınır. Həm onların yaradıcılıq yolu, həm klassik sənət  məni muğama bağladı və 2005-ci ildən başlayaraq Azərbaycan xalq artisti Alim Qasımovun məktəbində dərs alıram, onun sənət təcrübəsini əxz etməyə çalışıram. Deyim ki, mənim Bakıya gəlişim yaxınlarımın və dostlarımın təkidi ilə baş tutub. Bakıya gəlməyim və böyük sənətkar tərəfindən qəbulum bəlkə də Tanrının taleyimə və sənət yoluma olan bir naxışıdır."

Alim Qasımova öz istedadını təqdim etməsini isə, Nazir Əsədov yaddaşının zaman-zaman yaşanılacaq səhifəsinə həkk edib: "Apardı sellər Saranı" mahnısını oxuyaraq məni də səsinin axarına salıb hansı imkanlara malik olduğumu öyrəndi. Bu, Alim Qasımovun sənətdə özünəməxsus bir manevridir. Bu tanışlıq, özümü təqdim məni Alim Qasımov sənət məkanına gətirib çıxarır. Sənəti mükəmməl bilib, xalqın sevimli sənətkarına çevrilmək ən böyük arzumdur".

Alim Qasımov Nazirə bir gənc müğənni olaraq böyük ümid bəsləyir. Onun bu məktəbdə sədası, səsi olacaq iki-üç sənətkardan biri  olacağını deyib. Elə bu etimad bir sənətkarın yetişməsi üçün çox böyük mənəvi dayaq və qüvvədir. Muğamları ifa, təbii ki, ifaçıdan qeyri-adi musiqi yaddaşı və duyumu, eləcə də zövq, ən əsası isə səs tələb edir ki, bu və ya digər sənət dəyərləri Nazirdə özünü tapır. Peşəkar musiqiçi kimi yetişməsinə cəhd edən Nazir artıq Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsidir. Alim Qasımov kimi fitri istedadın yanında ilk sənət məktəbini keçən Nazir peşəkar xanəndə kimi yetişmək arzusundadır. Bu yol  onun üçün nə vaxtsa əlçamaz görünmüşsə də, bu gün o, sənət qapılarını açaraq arzuların cəm olduğu məkana doğru addımlayır. Mövcud muğam repertuarını öyrənmək, ona etimad və qayğı göstərənlərin qarşısında özünü doğrultmaq Naziri çox imtahanlarla  qarşılaşdıracaq.Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.

 Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrə və tarixi köklərə malik olduğunu təsdiqləyən faktordur, Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayının kifayət qədər olduğunu göstərir. Bu gün sənətin mahir ifaçıları olan xanəndələr məhz mövcud olan irsdən bəhrələnir, onu yeni bir formada təqdim edirlər. Bu sənətin hər bir daşıyıcısı muğamın nə dərəcədə ağır və məsuliyyətli olduğunu dərindən dərk edir, bütövlükdə, istedad və zəhmətlərini həsr edirlər. Təbii ki, mövcud olan irs bu janrın böyük sənətkarlar nəslinin olduğunu təsdiqləyir. Bu gün muğam sənətinə yol açan hər kəs də məhz onlara müraciət edir, nəhəng sənətkarlar nəslinin sənət tərcümeyi-halı və ifaçılıq məktəbinin yaradıcılıq yolunu özlərinə bir məktəb seçirlər. Qəzetimizin qonağı olan gənc xanəndə Nazir Əsədov kimi. O da sənətə məhz belə sənətkarların yaradıcılıq irsindən bəhrələnərək yol açıb. Xanəndəlik sənətinin pillələrinə qədəm qoyan Nazir Əsədov muğam aləminə - bu sənətə dövlət tərəfindən göstərilən yüksək qayğı və diqqətin olduğu zamanda qədəm qoyub. Özünün dediyi kimi, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri artıq dünya səviyyəsində verilmişdi:"Muğam sənətinə iyirmi birinci yüzillikdə yeni bir formada yanaşma bu sənətə gənclərin geniş şəkildə yol açması ilə nəticələndi. Bildiyimiz kimi, bu sənətin ən yüksək dəyəri 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən verilmişdir. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" olaraq rəsmi şəkildə qəbul edib. Təbii ki, bu sənətə beynəlxalq səviyyədə verilən qiymət və Azərbaycanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən muğam sənətinə diqqətin ayrılması biz gəncləri bu sənətə daha da ruhlandırdı. Beynəlxalq Muğam Mərkəzinin inşası, Beynəlxalq Muğam Festivalının, Muğam Televiziya müsabiqəsinin keçirilməsi gənclərə böyük təkan verdi. Mən də bu sırada olan gənclərdənəm. Muğam sənətinin gələcəyinə inam böyükdür. Azərbaycan muğam sənətinin nadir inciləri hesab olunan "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun" kimi muğamlar bu musiqi sənətinin tarixini təsdiqləyən  muğamlarımızdır. Təbii ki, bu muğamların nəfis bir şəkildə bugünümüzə qədər gəlib çatmasında bu sənətin bilicilərinin rolu əhəmiyyətli dərəcədədir. Bu sənət növü Azərbaycanın müxtəlif bölgələrində yayılmış və möhtəşəm bir şəkildə muğamsevərlərə təqdim olunur. Belə ki, bu sənətin əsasında böyük dəstgahlar dayanır. Bu dəstgahlar fərqli bir şəkildə Qarabağ, Bakı və Şamaxı muğam ifaçılığı məktəbinin yaradıcıları və davamçıları tərəfindən təqdim edilir. Mən də bir gənc olaraq bu sənətin böyük nümayəndələrinin səslərini əxz edə-edə muğama gəlməyə qərar vermişəm. Ailəmizdə gözəl səsə, avaza malik olan şəxslər var və bu şəcərədə muğam sənətini xalqa təqdim edən neçə-neçə isimlər xalq tərəfindən tanınır. Həm onların yaradıcılıq yolu, həm klassik sənət  məni muğama bağladı və 2005-ci ildən başlayaraq Azərbaycan xalq artisti Alim Qasımovun məktəbində dərs alıram, onun sənət təcrübəsini əxz etməyə çalışıram. Deyim ki, mənim Bakıya gəlişim yaxınlarımın və dostlarımın təkidi ilə baş tutub. Bakıya gəlməyim və böyük sənətkar tərəfindən qəbulum bəlkə də Tanrının taleyimə və sənət yoluma olan bir naxışıdır."

Alim Qasımova öz istedadını təqdim etməsini isə, Nazir Əsədov yaddaşının zaman-zaman yaşanılacaq səhifəsinə həkk edib: "Apardı sellər Saranı" mahnısını oxuyaraq məni də səsinin axarına salıb hansı imkanlara malik olduğumu öyrəndi. Bu, Alim Qasımovun sənətdə özünəməxsus bir manevridir. Bu tanışlıq, özümü təqdim məni Alim Qasımov sənət məkanına gətirib çıxarır. Sənəti mükəmməl bilib, xalqın sevimli sənətkarına çevrilmək ən böyük arzumdur".

Alim Qasımov Nazirə bir gənc müğənni olaraq böyük ümid bəsləyir. Onun bu məktəbdə sədası, səsi olacaq iki-üç sənətkardan biri  olacağını deyib. Elə bu etimad bir sənətkarın yetişməsi üçün çox böyük mənəvi dayaq və qüvvədir. Muğamları ifa, təbii ki, ifaçıdan qeyri-adi musiqi yaddaşı və duyumu, eləcə də zövq, ən əsası isə səs tələb edir ki, bu və ya digər sənət dəyərləri Nazirdə özünü tapır. Peşəkar musiqiçi kimi yetişməsinə cəhd edən Nazir artıq Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsidir. Alim Qasımov kimi fitri istedadın yanında ilk sənət məktəbini keçən Nazir peşəkar xanəndə kimi yetişmək arzusundadır. Bu yol  onun üçün nə vaxtsa əlçamaz görünmüşsə də, bu gün o, sənət qapılarını açaraq arzuların cəm olduğu məkana doğru addımlayır. Mövcud muğam repertuarını öyrənmək, ona etimad və qayğı göstərənlərin qarşısında özünü doğrultmaq Naziri çox imtahanlarla  qarşılaşdıracaq.

 

 

Zümrüd

 

Səs.- 2010.- 4 sentyabr.- S. 12.