Heydər Əliyev Fondu humanist əməllərini uğurla
davam etdirir
Təhsilin inkişafına
dəstək Heydər
Əliyev Fondunun fəaliyyətinin prioritet
istiqamətlərindəndir
Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları,
əlilliyi olan uşaqların cəmiyyətə
inteqrasiyası mövzularında
uşaqların biliklərinin
və həmyaşıddan-həmyaşıda
bacarıqlarının artırılmasına
töhfə verəcək
yay düşərgəsi
təşkil etmişlər.
Sentyabrın 10-dan Nabrandakı "Atlant" istirahət mərkəzində təşkil
edilmiş düşərgənin
açılış mərasimində
Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayev, YUNİSEF-in
nümayəndəsi Natiq
Umarov, "Dan" İctimai Birliyinin sədri Gülarə Teymurova və başqaları çıxış
edərək son illər ölkəmizdə
uşaqların hərtərəfli inkişafına
göstərilən diqqət
və qayğıdan danışmışlar.
Vurğulanmışdır ki, uşaqların
hüquq və azadlıqlarının qorunması,
onların keyfiyyətli
təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət
və layiqli vətəndaş kimi formalaşması Azərbaycan
Respublikasının dövlət
uşaq siyasətinin prioritet istiqamətlərini
təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə
Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla
bağlı məsələlərə
xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının
daha da artmasına
səbəb olmuşdur.
Diqqətə çatdırılmışdır
ki, təhsilin inkişafına dəstək
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Fondun reallaşdırdığı
ən möhtəşəm
layihələrdən biri
"Yeniləşən Azərbaycana
yeni məktəb"
layihəsidir. Son illərdə bu proqram çərçivəsində
300-ə yaxın məktəb
binası tikilmişdir.
Artıq layihənin ikinci mərhələsinə
başlanılmışdır. Bu layihə çərçivəsində yüzlərlə məktəb
yenidən bərpa olunmuş, ən müasir avadanlıq və kompyuterlərlə təchiz edilmişdir.
Fondun prezidentinin təşəbbüsü
ilə hazırlanmış
"Uşaq evləri
və internat məktəblərinin inkişaf
Proqramı"na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat
məktəbi və uşaq evi yenidən
qurulmuş, əsaslı
təmir edilmiş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu müəssisələrdə kimsəsiz
uşaqlar üçün
ev şəraitinə
yaxın mühit yaradılmışdır. Xüsusi
olaraq vurğulanmışdır
ki, Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər
bir işin təməlində insanlara
olan sevgi dayanır. Xalq bu məhəbbəti görür və qiymətləndirir. Məlumat verilmişdir
ki, beşgünlük
düşərgənin əsas
məqsədi təlim
bacarıqları öyrətməklə
əlil uşaqların
cəmiyyətə inteqrasiyasını
asanlaşdırmaq və
həmyaşıdları arasında
ünsiyyət vasitələrinə
yiyələnmək vərdişlərini
artırmaqdır. Düşərgəyə
Xaçmazdan və Bakı şəhərinin
rayonlarından olan
13-17 yaşlarında 50-yə yaxın yeniyetmə və gənc cəlb olunmuşdur. Düşərgədə 14 valideyn,
14 texniki işçi
və mütəxəssislər
çalışmışdır. Burada müxtəlif tədbirlər, o cümlədən idman oyunları keçirilmiş,
filmlər nümayiş
etdirilmiş və müzakirələr aparılmışdır.
Bir sözlə, uşaqların mənalı
istirahəti üçün
hər cür şərait yaradılmışdır.
Qeyd edilib ki, belə tədbirlər
bundan sonra da təşkil olunacaq və bu düşərgələrə
daha çox yeniyetmə və gənc cəlb ediləcək.
MƏTLƏB
Səs.- 2010.- 14 sentyabr.- S. 4.