Sosial infrastrukturun inkişafına dövlət dəstəyi

 

İnfrastrukturun yeniləşməsi ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir

 

Son illər Azərbaycan regionlarının inkişafı üçün müvafiq Dövlət Proqramları qəbul edilib və onların icrası məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsində artıq bölgələrimizin siması dəyişmiş, infrastruktur yeniləşdirilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında da bu barədə demişdir: "Azərbaycanda regionların inkişafı proqramı uğurla icra edilir və regionlarda gedən quruculuq-abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər".

Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyənləşdirilmiş məqsədə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli şəkildə yararlanmaqla qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir, infrastruktur şəbəkəsi genişləndirilir, sahibkarlığın inkişafına göstərilən diqqət daha da artırılır, ixracyönümlü məhsul istehsalı stimullaşdırılır. Bütün bunlarla yanaşı, əhalinin məşğulluğu, yoxsulluğun səviyyəsinin azaldılması məsələləri də diqqət mərkəzində saxlanılır.

İkinci regional Dövlət Proqramının əsas hədəfləri sırasında ədalətli rəqabət mühitinin formalaşdırılması, vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılması, sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, bank, sığorta, lizinq xidmətlərinin inkişaf etdirilməsi, bankların regional filial şəbəkəsinin genişləndirilməsi, poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması, bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, yol təsərrüfatının yeniləşdirilməsi, elektrik enerjisi, istilikqaz təchizatı sisteminin müasirləşdirilməsi, meliorasiyairriqasiya tədbirlərinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması xüsusi əhəmiyyət daşıyır. Elə bunun nəticəsidir ki, son illərdə ölkəmizin siması xeyli dəyişib. Bütün sahələrdə olduğu kimi, infrastruktur islahatları da yüksək səviyyədə həyata keçirilib, insanların problemləri əhəmiyyətli şəkildə azaldılıb. Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərinin müəyyənləşməsində sadə insan faktoru əsas götürüldüyündən ölkənin bütün regionlarında sosial infrastrukturların yeniləşdirilməsi geniş vüsət alıb. İndi ucqar rayonlarda belə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi böyük vüsət alıb, insanlar müasir yeniliklərə asan çıxış imkanları əldə ediblər.

 

Əhalinin rifah halı və iqtisadi durumu yüksəlir

 

Bölgələr, əsasən də, ölkənin şəhərləri müasir, inkişaf etmiş yaşayış məntəqəsinə çevrilib. Kəndlərdə və qəsəbələrdə də canlanma yaranıb. İstifadəyə verilən mədəni müəssisələr, səhiyyə ocaqları, təhsil obyektləri, nəqliyyat şəbəkələri imkan verir ki, insanlar xüsusi çətinlik çəkmədən öz tələbatlarını ödəyə bilsinlər.     Xatırladaq ki, dövlətimizin artan imkanları daxili yolların da yenidən qurulmasına və təmirinə imkan yaradır. İndi, nəinki beynəlxalq əhəmiyyətli, hətta rayonlar və kəndlərarası yollarda da genmişmiqyaslı işlər həyata keçirilir. Ölkə daxilində 1000 kilometr respublika əhəmiyyətli şəhərdaxili və kəndarası avtomobil yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib. Şəhər və rayon mərkəzlərində xüsusi layihəli yaşayış binaları, kənd yerlərində fərdi evlərin tikintisi vüsət alıb. Şəhid ailələrinin və əlillərin mənzil təminatı əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Bu ilin perspektivləri nikbinlik doğurur. Əhalinin gəlirlərinin artması sosial qayğı siyasətinin məntiqi nəticəsidir. Belə ki, uşaq qidalarının, əlillərin istifadə etdikləri texniki vasitələrin, o cümlədən, protezlərin, eləcə , demək olar ki, bütün əczaçılıq məhsullarının qiyməti ucuzlaşıb. Dövlət həmin məhsulların maya dəyərinin aşağı düşməsinə şərait yaratmaqla, insanların öz büdcələrinə qənaət etmələrinə imkan yaradıb.

Dövlət səhiyyə obyektlərində tibbi xidmətin pulsuz olması haqda Prezidentin Sərəncamı insanların sağlamlığı üçün atılan ən mühüm addımlardandır. Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasının mühüm həlqəsi olan sosial siyasətin əsas prinsipi yoxsulluğun tamamilə ləğv edilməsi, yaşayış standartlarının yüksəldilməsidir. Bunun üçün kifayət qədər maddiintellektual resurslar var. Dövlət başçısının yürütdüyü sosial-iqtisadi tərəqqi kursunun ümummilli inkişafını təmin edən dinamikası imkan verəcək ki, qarşıdakı illərdə əhalinin yaşayış resursları artsın, mədəni-mənəvi ehtiyacları daha da yüksək səviyyədə ödənilsin. Bir sözlə, Azərbaycanın sürətli inkişafı ölkənin yeniləşməsində və xalqın rifahının təmin edilməsində öz böyük rolunu oynayır.

 

Qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilib

 

2010-cu ilin bu kontekstdə daha uğurludaha perspektivli il olacağını təkcə yerli ekspertlər deyil, həm də nüfuzlu beynəlxalq ekspertlər və maliyyə institutları da qeyd edirlər. Cari ilin dövlət büdcəsinin 15 milyard dollar olmasına baxmayaraq, ekspertlər belə sürətli inkişaf şəraitini və ümumi daxili məhsulun artım tempini nəzərə alaraq gələn il büdcənin daha çox artacağını vurğulayırlar.     İşsizlikyoxsulluq problemlərinin həlli istiqamətində atılan addımlar, onların uğurlu nəticələri göz qabağındadır. 2003-cü ildən bu günə 850 min yeni yeri yaradılıb ki, bunun da 650 mini daimidir. Eyni zamanda, yeni yerlərinin böyük əksəriyyəti regionlardadır. Prezident İlham Əliyev ölkənin inkişafının bölgələrin tərəqqisindən bilavasitə asılı olduğunu hər zaman bəyan edir. Qeyri-neft sektorunun inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faizdən artıq olması da bunu deməyə əsas verir. İşsizliyin aradan qaldırılması, öz növbəsində, yoxsulluq probleminin həllinə də öz müsbət təsirini göstərir. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə hazırkı iqtisadi inkişaf tempi saxlanılarsa, yaxın illərdə ölkəmizdə yoxsul olmayacaq. Dövlətin maliyyə imkanları genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əmək haqları, pensiyalar artırılır, müxtəlif kateqoriyadan olan vətəndaşlara kompensasiyalar verilir.

Qeyd olunanlar iqtisadi siyasətin əsasında əhalinin sosial durumunun yaxşılaşdırılmasına söykəndiyini bir daha təsdiqləyir. Bütün bunlar onu göstərir ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri olan əhalinin sosial təminatının güclənməsi işi əzmlə yerinə yetirilir. Ən əsası odur ki, 2010-cu ildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqın sosial vəziyyətinin daha da yaxşılaşması tendensiyası daha böyük sürət alıb - bütün bu qeyd olunanlar bunu deməyə tam əsas verir.

Qeyd: Yazı Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi" layihəsi çərçivəsində hazırlanıb.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 16 sentyabr.- S. 8.