Qələbənin 65 illiyinə həsr
edilmiş yeni nəşrlərin
təqdimatı
Respublika Veteranlar Şurasında alman
faşizmi üzərində qələbənin
65 illiyinə həsr edilmiş üç kitabın - Əmiralı Əmirəliyevin
"Mənalı ömür yolu", Aleksandr Qritçenkonun "Azərbaycanın oğul və qızlarının qəhrəmanlığı",
Tofiq Seyidzadə və Əhməd Türk Sədərəklinin birgə qələmə
aldıqları "408 sədərəkli Vətən uğrunda" kitablarının təqdimat mərasimi
keçirilib. Tədbiri Respublika Müharibə, Əmək, Silahlı
Qüvvələr və Hüquq
Mühafizə Orqanları Veteranları Şurasının sədri
Əlövsət Baxışov açaraq
ölkəmizdə veteranlara dövlət
tərəfindən göstərilən qayğıdan
danışıb. Şura sədrinin birinci müavini, tədbirin
təşkilatçısı Surxay
Tağızadə kitabların müəllifləri və
onların kitabları haqqında məlumat verib.
Respublika
Veteranlar Şurası bürosunun
və rəyasət heyətinin üzvü
A.Qritçenko 1941-1945-ci illər
müharibəsində şanlı qələbənin
qazanılmasında Azərbaycan xalqının rolundan
bəhs edən, Bakıda və Moskvada nəşr
olunan 70-dən artıq kitabın müəllifidir.
T.Seyidzadə və Ə.T.Sədərəklinin
"408 sədərəkli Vətən uğrunda"
kitabında Azərbaycanın hər bir
bölgəsindən qəhrəman oğulların alman faşizminə qarşı
döyüşlərdə və arxa cəbhədə
fədakarlıq göstərməsindən söz
açılır. Tofiq Seyidzadənin
axtarışları nəticəsində ərsəyə gələn
kitabda Vətən yolunda
canından keçmiş insanlar
haqqında qısa tərcümeyi-hal da daxil edilib. Bir
çox ölkələrin arxivlərinin
araşdırılması nəticəsində əldə olunan dəyərli dəlillər müəllifin
yaradıcılıq yolundakı nailiyyətləridir. Respublika Veteranlar Şurasının büro
üzvləri Bahadır Hüseynov, Musa Bağırov, şuranın məsul katibi Əlfayım İsmayılov, Azərbaycan
Dillər Universiteti veteranlar
şurasının sədri Məhəmməd Teymurlu,
Bakı şəhər Veteranlar
Şurasının sədri Məmməd Qarayev,
Azərbaycan Milli Elmlər Akademiyası
Torpaqşünaslıq və Aqrokimya
İnstitutunun laboratoriya
müdiri, professor Paşa Zamanov, "Gənclik"
nəşriyyatının direktoru Adil Abdullayev, "Vətən"
nəşriyyatının direktoru Şəddad
Cəfərov, şair-publisist
Köçəri İsgəndərli və digər
çıxış edənlər gənc nəslin hərbi
vətənpərvərlik ruhunda tərbiyə
olunmasında belə kitabların əhəmiyyət
daşıdığını qeyd edib, müəlliflərə
yaradıcılıq uğurları arzuladılar. Sonda müəlliflər
Ə.Əmirəliyev, A.Qritçenko və
T.Seyidzadə tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlıqlarını
bildirərək, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm
əhəmiyyət kəsb edən əsərlərə bundan sonra da
yaradıcılıqlarında xüsusi
yer ayıracaqlarını qeyd
etdilər.
Zümrüd
Səs.- 2010.- 16 sentyabr.- S. 12.