"Azərbaycan mənim gözlərimlə"

 

Yenicə başlanmış bu dərs ilinin əvvəlində Litva Respublikasının bütün ümumtəhsil məktəblərində "Azərbaycan mənim gözlərimlə" adı altında müsabiqə elan olunub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqə 2010-cu ilin sentyabr-oktyabr aylarında keçirilir bu tədbirdə Litvanın ümumtəhsil məktəblərinin 7-12-ci siniflərdə oxuyan şagirdlər iştirak edirlər.

 Litvada 1442 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir təhsil əsasən Litva dilində aparılır. Amma, bununla yanaşı, burada dövlət yaxud bələdiyyə büdcəsindən maliyyələşdirilən polyak, rus, belarus, alman idiş dillərində orta məktəblər var. Odur ki, sözügedən müsabiqə bu məktəblərin şagirdlərinə aiddir. 1990-cı il martın 11-də Litvanın dövlət müstəqilliyinin bərpasından sonra, ilk dəfədir ki, bu istiqamətdə bütün ölkə miqyasında beynəlxalq maarifləndirmə layihəsi həyata keçirilir. Müsabiqəni Litva Azərbaycanlıları Cəmiyyəti Litva Respublikasının Təhsil Elm Nazirliyi, Litva Milli İcmalar Evi Litva gənclərinin turizm mərkəzi ilə birgə təşkil edib. Layihənin maliyyə dəstəyini isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi verib.

    Litva Respublikasının təhsil elm naziri Gintaras Steponaviçyus sözügedən müsabiqənin təşkil edilməsi barədə cəmiyyətin təşəbbüsü ilə bu ilin iyul ayında xüsusi sərəncam imzalayıb, müsabiqənin əsasnaməsini bu tədbirlə əlaqədar digər sənədləri təsdiq edib. Həmin sənədlər, həmçinin, müsabiqə ilə bağlı cəmiyyətin hazırladığı plakat, dəvətnamələr digər materiallar avqust ayının axırında Litvanın Təhsil Elm Nazirliyinin xəttilə ölkənin bütün ümumtəhsil məktəblərinə çatdırılıb. Əsasnamə müsabiqənin məqsədlərini təyin edir, onun təşkil edilməsi, müsabiqəyə təqdim olunmuş işlərin dəyərləndirilməsi qaliblərin mükafatlandırılması qaydalarını reqlamentləşdirir. Sənəddə, həmçinin, göstərilir ki, müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası bilgilərinin genişləndirilməsinə həsr edilir onu keçirməkdə məqsəd şagirdlərdə Azərbaycanın qədim keçmişinə, dövlətçilik tarixinə, mədəni irsinə, coğrafiyasına, təbiətinə maraq oyatmaq, informasiya texnologiyalarından istifadə yolu ilə şagirdlərə Azərbaycanla bağlı fikir düşüncələrini ifadə etmək üçün imkan yaratmaqdır. Müsabiqəyə təqdim olunacaq işləri şagirdlər müstəqil surətdə, ya da müəllimin rəhbərliyi altında müasir informasiya texnologiyalarından istifadə etməklə Power Point kompyuter proqramı əsasında hazırlayırlar. Bir müsabiqə işi 10-15 ədəd diapozitivdən ibarət olmalıdır həmin diapozitivlərdə Azərbaycan Respublikası təqdim olunmalıdır. Bir işi 3 nəfərə qədər müəllif yarada bilər. Bu məqsədlə Litva Azərbaycanlıları Cəmiyyətinin tövsiyəsilə litvalı şagirdlərə bu mövzular təklif olunub: Azərbaycanın qədim müasir tarixi, dövlətçilik ənənələri dövlət rəmzləri, Azərbaycan dili coğrafiyası, təbiəti təbii sərvətləri, adət ənənələri, xalq rəqsləri, milli geyimləri yeməkləri (eləcə , milli-etnik mədəniyyətin digər sahələri), ədəbiyyatı, musiqisi, incəsənəti, memarlığı, kinosu, idmanı, dünya sivilizasiyası xəzinəsinə töhfələr vermiş görkəmli xadimləri, Litva ilə əlaqələri s. Şagirdlərin daha fəal surətdə müsabiqəyə qatılmalarını təmin etmək üçün təşkilatçılar müxtəlif həvəsləndirici tədbirlər bədii proqramlar nəzərdə tutub. Bu tədbirlər çərçivəsində Litva paytaxtının mərkəzi zallarından birində bu ilin noyabr ayında ölkənin tanınmış elm, mədəniyyət, ictimaiyyət, incəsənət, siyasət xadimləri təhsil müəssisələri təmsilçilərinin iştirakı ilə yekun toplantı keçiriləcək. Müsabiqənin qalibləri həmin tədbirdə iştirak etmək üçün Vilnüsə dəvət olunacaq, burada diplomlar dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

 

 

Zümrüd

 

Səs.- 2010.- 17 sentyabr.- S. 12.