Gəncə şəhəri
"Azərbaycanın Əfsanələr
Paytaxtı" elan olunub
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsdiq
olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı
Paytaxtları" Proqramına
əsasən 2010-cu il
üçün Gəncə
şəhəri "Azərbaycanın
Əfsanələr Paytaxtı"
elan edilib.
Təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq Gəncə şəhərində
təntənəli mərasimlər,
respublika və beynəlxalq səviyyəli
elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr,
sərgilər və sair tədbirlər təşkil edilir.
Tədbirlər planına əsasən,
Cavad xanın məqbərəsi önündə
"Gəncə Qalasında
son döyüş"
adlı vətənpərvərlik
mövzusunda ədəbi-bədii
kompozisiya təqdim edilmiş, Bakı şəhəri 26 saylı
Uşaq Musiqi Məktəbinin kollektivi Gəncə şəhərində
olmuş, "Ustad sinfin dərsləri"
təşkil edilmişdir.
Nizami adına Kitabxanada 26 saylı Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin iştirakı
ilə konsert proqramı keçirilmiş,
Gəncə Dövlət
Dram Teatrında Gəncənin "Azərbaycanın
Əfsanələr Paytaxtı"
elan edilməsi ilə əlaqədar təntənəli mərasim
təşkil edilmişdir.
Daha sonra Gəncə və Bakı şəhərlərində keçirilmiş
şənliklərdə Gəncə
sənətkarlarının əl işlərindən
(misgərlik, tətbiqi
sənət, xalçaçılıq,
metal üzərində
işləmələr) ibarət
sərgilər, Gəncə
mətbəxi, şirniyyat
növləri nümayiş olunmuşdur. Əfsanələr paytaxtı
Gəncədə "Azərbaycan
kinosu həftəsi"
çərçivəsində şəhərin "Nizami"
kinoteatrında Azərbaycan
kinofilm studiyasının
istehsalı olan "Qala" filmi nümayiş etdirilmişdir.
Mir Cəlal Paşayevin Ev-Muzeyi Kompleksində yerləşən Gəncə
Elmi-Ədəbi Tədqiqat
Mərkəzində Azərbaycan
Yazıçılar Birliyinin
Gəncəbasar bölməsi
və Gəncə Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
təşkil edilmiş
"Gənc qələmlər"
adlı tədbirdə
gənc qələm sahibləri şəhər ziyalıları
ilə görüşmüşdür.
Gəncə Dövlət Kamera Orkestrində Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi,
dövlət mükafatçısı,
görkəmli pianoçu,
cazmen, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi münasibəti ilə "Orena" caz ansamblının və "Qaya" dövlət vokal ansamblının iştirakı ilə konsert təşkil olunmuşdur.
Bakı şəhərində keçirilmiş
I Ümumrespublika Daxili
Turizm sərgisində
Gəncə şəhərinin
dekorativ tətbiqi sənət ustalarının
(xalça, çini üzərində miniatür
sənəti, Gəncə
səbəti, ağac
və metal üzərində oyma və s.) əl
işləri, eləcə
də, Gəncə mətbəxi (paxlava, zilviyyə,
şirin çörək,
"nazik" və s.) nümunələri nümayiş etdirilmişdir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri
Orkestri və 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Gəncənin
"Azərbaycanın Əfsanələr
Paytaxtı" elan edilməsi münasibəti
ilə Nizami adına Kitabxanada konsert proqramı ilə çıxış
etmişlər.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində nəşr
olunan "Bakı"
qəzetinin əməkdaşları
Gəncənin görməli
yerləri, Gəncə
mətbəxi və s. barədə çəkilişlər aparmışdır.
Gəncə şəhərində
xarici ölkələrdən
gələn qonaqlar üçün ekskursiyalar
təşkil olunmuş,
onlara Gəncənin yaranması, "Gəncə"
sözü haqqında
əfsanə və rəvayətlər barədə
məlumat verilmişdir.
Zümrüd
Səs.- 2010.- 22 sentyabr.- S. 12.