Respublika Uşaq Kitabxanasının yeni binası
istifadəyə verilib
Firudin bəy
Köçərli adına Respublika Uşaq
Kitabxanasının yeni binasının açılış
mərasimi keçirilib. Açılışda mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, müavinləri Ədalət Vəliyev, Sevda Məmmədəliyeva, bir
sıra kitabxanaların direktorlar, bəstəkar Oqtay
Zülfüqarov və başqaları iştirak ediblər.
"Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"na
uyğun olaraq F. Köçərli adına Respublika Uşaq
Kitabxanası yeni binaya köçürülüb, kitabxana
müasir səviyyədə təmir edildi. 'Kitabxanada
nağıl otaqları, incəsənət otağı,
böyük və kiçik oxu zalları, elektron resurslar
Bölməsi, multimedia, internet zalları mövcuddur.
Kitabxananın avadanlıqları bütün müasir tələblərə
cavab verir. Kitabxananın çox böyük fondu var.
Açılış mərasimində
nazir digər kifabxanaların da belə əşaslı təmir
olunacağını bildirib. O, "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində
yenidən qurulan Köçərli adına. Respublika Uşaq
Kitabxanasını nümunə kimi qiymətləndirib.
Zümrüd
Səs.- 2010.- 23 sentyabr.- S. 12.