Gəncənin 2504 illik yubileyinə yekun vuruldu

 

Gəncənin 2504 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərə yekun vuruldu. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsindən verilən məlumata görə, tədbirlər çərçivəsində  atlar, dəvələr üstündə quraşdırılmış kəcavələrdən səsgücləndiricilər vasitəsilə əhalini xəbərdar edən carçılar küçə xiyabanlardan keçərək bayram tədbirlərinin keçiriləcəyi yerləri vaxtını diqqətə çatdırmış, hamını bu əziz bayramda iştirak etməyə səsləmişlər. Şəhərin rəhbər orqanlarının təmsilçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə əklil gül dəstələri qoymuş, Onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra tədbir iştirakçıları Cavad xanın, eləcə , dahi söz ustası Nizami Gəncəvinin məzarlarını ziyarət etmiş, üzərinə tər çiçək dəstələri düzmüşlər.

Tədbir Nizami Gəncəvinin şəhərin mərkəzində ucaldılmış heykəli önündə keçirilən poeziya dəqiqələri ilə davam etdirilmişdir. Burada Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şair, əməkdar incəsənət xadimi Məmməd Alimin əsərlərinin motivləri əsasında qələmə aldığı "Gül zəhər" tamaşası nümayiş etdirilmişdir.

Axşam görkəmli Azərbaycan yazıçısı alimi Mir Cəlal Paşayevin ev-muzeyində gənc skripkaçı, beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun, Azərbaycan Dövlət Kamera Orkestrinin digər tanınmış musiqi kollektivlərinin çıxışı olmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2010.- 24 sentyabr.- S. 12.