"Ləzgi rəqsi"nin partiturası nəşr olunub
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi Mədəniyyət
və Turizm Nazirliyinin maddi dəstəyi ilə Azərbaycanda ilk dəfə
olaraq professional və
milli musiqimizin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Ləzgi
rəqsi"nin (1932) partiturasını nəşr
etdirmişdir. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız
məlumata görə,
Üzeyir Hacıbəylinin
125 illiyinə həsr
olunmuş Beynəlxalq
Musiqi Festivalı çərçivəsində 2010- cu il 24 sentyabr tarixində bəstəkarın
"Ləzgi rəqsi"nin
ilk nəşrinin təqdimat
mərasimi keçiriləcəkdir.
Tədbirdə muzeyin hazırladığı
Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığına həsr
olunmuş sərgi və slayd-şou nümayiş etdiriləcəkdir.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
xalq çalğı
alətləri orkestrinin
bədii rəhbəri
Gülağa Zeynalovun
ifasında Üzeyir Hacıbəylinin "Ləzgi
rəqsi", "Koroğlu"
uvertürası, "Sevgili
canan" romansı,
"Qaragöz", "Sən
o yanda, mən bu yanda" mahnıları səslənəcək,
"Günay" Uşaq
Teatrı "Arşın
mal alan" musiqi komediyasından fraqmentlər ifa edəcəklər.
Zümrüd
Səs.- 2010.- 24 sentyabr.-
S. 12.