"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla icra olunur

 

Dövlət Proqramı çərçivəsində ölkənin bütün bölgələrində geniş və əhatəli layihələr həyata keçirilir

 

2009-2013-cu illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbul olunmasından cəmi ilyarım vaxt keçməsinə baxmayaraq, bu müddətdə sənədin icrası ilə bağlı çox mühüm tədbirlər həyata keçirilib. Ötən müddət ərzində regionların inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq-quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb.

Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları icra orqanları qarşıya qoyulmuş vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər edib. 2010-cu ilin ötən ayları ərzində müxtəlif regionlardakı şəhər kəndlərdə yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri genişmiqyaslı islahatlar onu göstərir ki, yeni proqramın icrasının ilk ili çox uğurlu olub.

Cari ildə geniş əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib.

Eyni zamanda, rayon kəndlərdə həll olunmamış məsələlərin, əsasən , kommunal xidmətlərin təminatı infrastrukturun yaxşılaşdırılması ilə bağlı tədbirlər planının həyata keçirilməsi bütün bölgələrin sosial-məişət qayğılarının minimuma enməsi üçün əlverişli imkanlar yaradıb. Bölgələrdə hər bir kəndin problemlərinin həll olunması üçün 200-ə yaxın tədbirlər həyata keçirilib.

Xatırladaq ki, yeni Dövlət Proqramında tədbirlərin miqyası həddindən artıq genişdir birinci proqramla müqayisədə bu konsepsiyada 300 əlavə tədbir nəzərdə tutulub. Belə ki, birinci proqramda 714 tədbir əks olunmuşdusa, hazırkı Dövlət Proqramında 1066 tədbir nəzərdə tutulub. Dünya maliyyə böhranına baxmayaraq, bölgələrdə istehsal emal müəssisələrinin yaradılması davamlı şəkildə geniş miqyas alıb.

Yeni Dövlət Proqramının icrasına başlanılmasının dünyada maliyyə böhranın dərinləşdiyi bir dövrə təsadüf etməsinə baxmayaraq, hökumətin düşünülmüş makroiqtisadi siyasəti böhrana qarşı effektiv tədbirlər görmək məharəti, respublikamızın dinamik inkişafını sürətləndirməklə yanaşı, regionlarda həyata keçirilən islahatların layihələrin dinamizminin yüksəlməsinə stimul verib.

Son illərdə bütün dövlətlərin ən mühüm iqtisadi rayonlarında böhranla bağlı real sektorun bir çox sahələri iflasa uğrayaraq, fəaliyyətini dayandırdığı halda, Azərbaycanın rayonlarında belə bir hal nəzərə çarpmayıb. Ümumiyyətlə, bölgələrin inkişafındakı pozitivlik davamlıdır iqtisadi artım tempi ilə müşayiət edilib. Bütün rayonlarda fəallığı əvvəlkitək yüksək olub, məşğulluğun səviyyəsi artıb ümumilikdə real gəlirlərin həcmində pozitivlik müşayiət olunub. Bununla yanaşı, respublikamızın bölgələrində infrastruktur, sənaye, nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatının inkişafında əhəmiyyətli dəyişikliklər baş verib, rayonlara xarici investorların axını geniş miqyas alıb.

Yerli istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb ölkə sahibkarlarının xarici bazarlara çıxışı stimullaşıb. Yol infrastrukturun yeniləşməsi sahibkarların yeni müəssisələr yaratmasında istehsal olunan məhsulun bazarlara ixracında əhəmiyyətli rol oynayıb. Rayonlarda soyuducu kameraların taxıl anbarlarının yaradılması istiqamətində işlərin sürətlənməsi isə iqtisadi inkişafa təkan verməklə yanaşı, əhalinin etibarlı şəkildə ərzaq məhsulları ilə təmin olunmasına dərin baza yaradıb. 20010-cu ilin ötən dövrü ərzində bölgələrdə onlarla istehsal emal müəssisələrinin yaradılması davamlı şəkildə geniş miqyas alıb.

2010-cu il üzrə bütün iqtisadi hədəflərin yerinə yetirilməsi nəzərdə tutulmuş plana uyğun olaraq vaxtında əhatəli şəkildə icra olunub.  Prezident İlham Əliyev regionların inkişafına xüsusi diqqət göstərdiyindən bölgələrdə həyata keçirilən yenidənqurma işlərini layihələrin icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq rayonlara səfər edib, ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman  digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub.

Bütün bunlar Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı aparılan işləri yaxından izləməsinin qayğısının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

Yeni Dövlət Proqramının əsas məqsədi spesifik xüsusiyyəti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarət olduğundan, 2010-cu ilin ötən dövründə həmin hədəflərin hər biri üzrə mühüm nəticələrin əldə edildiyini görmək olar.

2010-cu ilin ötən ayları ərzində digər bölmələrdə müşahidə olunan artım tempi makroiqtisadi mənzərə davamlı islahatların uğurlu məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Hökumət 2011-ci ildə sonrakı illərdə bölgələrdə yeni dövrün tələblərinə uyğun olaraq zəruri tədbirlər görəcək. Bu müddət ərzində inkişafın dinamikası yeni tələbləri ortaya çıxaracağından, hökumət buna uyğun addımlar atmağı planlaşdırır.

Ən qabaqcıl texnologiyalardan istifadə olunması, beynəlxalq tələblərə uyğun layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, infrastruktur obyektlərinin tikintisi müəssisələrin yaradılması zamanı yeni inkişaf erasının tələbləri nəzərə alınacaq beynəlxalq standartlara uyğun qurulması yerinə yetiriləcək.

5 il ərzində ölkədə istehsalın genişləndirilməsi, xüsusilə, qeyri-neft sektorunun inkişafı sahəsində rəqabətqabiliyyətli iqtisadiyyatın, infrastrukturun, investisiya mühitinin daha da yaxşılaşdırılması iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Ümumiyyətlə, ölkənin tarazlı davamlı inkişafında ən mühüm rolu olan dövlət proqramlarından biri "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"dır. Bu proqramın 1-ci mərhələsi ölkənin bölgələrinin xeyli inkişaf etməsinə səbəb oldu, 2-ci mərhələdə isə regionlar paytaxt arasında fərq aradan qalxacaq Azərbaycan tarazlı inkişaf edən ölkə kimi dünyada daha ön yerlərdə dayanacaq.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 28 sentyabr.- S. 8.