Parlament seçkilərində
Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq
iqtidarında olan siyasi qüvvə yoxdur
YAP İcra katibinin müavini, Milli Məclisin
deputatı Siyavuş Novruzovun yap.org. az-a müsahibəsi
- Siyavuş müəllim, Yeni Azərbaycan
Partiyasının parlament seçkilərinə
hazırlığının hazırkı mərhələsi
ilə bağlı məlumat vermənizi istərdik. Namizədlərin
qeydə alınması üçün imzatoplama prosesi
hansı səviyyədədir?
- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası bu ilin əvvəlindən parlament seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. İndiki mərhələ isə seçki prosesinin əsas hissəsini təşkil edir. Yəni parlament seçkilərinə rəsmi start veriləndən sonra hər gün, demək olar ki, seçki prosesinin gedişi üçün vacib dövr hesab olunur. Mən bu mərhələni yüksək qiymətləndirirəm. Kifayət qədər insanlar bu proseslərə qoşulublar. YAP tərəfindən partiyanın İdarə Heyətinin qərarı ilə 114 dairədən namizədlər irəli sürülüb. Bu namizədləri irəli sürdükdən sonra isə digər prosedur qaydalarının həyata keçirilməsinə başlanıb, namizədlərin irəli sürülməsi ilə bağlı sənədlər dairə seçki komissiyalarına təqdim olunub. MSK tərəfindən YAP-ın 136 nəfər səlahiyyətli nümayəndəsi, 1 nəfər maliyyə məsələsi üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb və onlara vəsiqə verilib. Hazırda onlar hər bir namizədin fəaliyyətinin hüquqi tənzimlənməsi ilə məğul olurlar. Bundan əlavə, yerlərdə seçki qərargahları fəaliyyət göstərir, rayon-şəhər təşkilatları seçkilərə hazırlaşır. Qeyd edim ki, 114 dairədən irəli sürdüyümüz namizədlərin, demək olar ki, hamısı imzatoplama prosesini yekunlaşdıraraq müvafiq sənədləri DSK-lara təqdim ediblər. Bu gün artıq YAP-ın Seçki Məcəlləsinə uyğun olaraq 60 dairədən çoxunda namizədləri rəsmi şəkildə qeydə alınıb. Bu, onu göstərir ki, YAP, hər zaman birinci olduğu kimi, bu dəfə də digər partiya və seçki bloklarından fərqli olaraq partiya şəklində qeydiyyatdan keçərək, fəaliyyət göstərən ilk siyasi təşkilatdır. Onu da bildirim ki, sənədləşmə işlərində də heç bir problem nəzərə çarpmadı və bu proses bizim gündəlik olaraq nəzarətimizdədir. Hazırda qeydiyyat prosesi davam edir.
- Müxalifətin nəzarətində
olan mətbu orqanlarda hələ də YAP-ın namizədlər
siyahısı ilə bağlı müxtəlif fikirlər
yer alır. İddia olunur ki, guya YAP-ın siyahısı
mövcud potensialı əks etdirmir, bu siyahı daxili ziddiyyətlər
yaradıb və s. Belə iddialara münasibətiniz necədir?
- Biz YAP olaraq hələ seçkilərə rəsmi start verilmədən öncə də bəyan etmişdik ki, partiyamızın namizədlər siyahısı ciddi təhlillər və araşdırmalara əsasən müəyyənləşdiriləcək. Həmin vaxtlarda da müxalifət mətbuatı guya YAP-ın namizədlərini müəyyənləşdirə bilmədiyi haqda iddialar səsləndirirdilər. Amma faktlar göstərdi ki, bütün bunlar yalandan başqa bir şey deyil. Bir daha xatırladıram ki, YAP namizədlərini müəyyənləşdirərkən, ciddi araşdırmalara əsaslanıb. Bildiyiniz kimi, partiyamızın parlamentdə təmsil olunan 17 millət vəkilinin namizədliyini bu dəfə irəli sürmədik. Onların bir hissəsi öz istəyi ilə seçki prosesində iştirak etmək istəmədilər. Bir hissəsinin isə fəaliyyəti dövrünün təhlili nəticəsində və yaxud da həmin dairələrdə yeni namizədlərin müəyyən olunması ilə əlaqədar olaraq namizədliyi irəli sürülmədi. 114 dairədə namizəd irəli sürmüşük. 11 dairədə isə bizə müttəfiq olan partiyaların namizədləri var ki, onlara qarşı alternativ irəli sürmürük. Eyni zamanda, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin namizədliyi irəli sürülən dairələrdə onların namizədliyini dəstəkləyirik.
Bu dəfə irəli sürülən namizədlərin siyahısına diqqət yetirsək, orada qadınların və gənclərin də üstünlük təşkil etdiyini görə bilərik. Ümumiyyətlə, YAP hər dəfə öz tərkibində, istər partiyanın seçkili orqanlarında, istərsə də dövlətin ayrı-ayrı seçki qurumlarında islahatlar aparır. Bələdiyyə seçkilərində də cəmiyyət bu addımların şahidi oldu. Bu gün parlament seçkiləriöncəsi də analoji addımlar atılır. YAP özünün namizədlər siyahısında yeniliklər edib, yeni simalar, insanlar siyahıya daxil olunub. Bu, təbiidir, çünki partiyamızın sıraları günü-gündən genişlənir, yeni nəsil yetişir. Partiya sıralarına 18 yaşında qoşulanlar indi 40 yaşına gəlib çatıb və siyasi cəhətdən təkmilləşiblər. Onların da potensialından lazımi səviyyədə istifadə edirik.
- Parlament seçkiləri ilə
bağlı artıq MSK-da bir sıra seçki blokları
qeydiyyatdan keçib. YAP olaraq onları özünüzə rəqib
görürüsünüzmü?
- Mən
hesab etmirəm ki, hansısa seçki bloku YAP-ın ciddi rəqibinə
çevrilə bilsin. Birincisi,
ona görə ki, YAP-ın Sədri, Azərbaycan
Respublikasının Prezidentidir. Prezident İlham Əliyevin
xalq arasında olan nüfuzu, hörməti, xalqın rifahının
yüksəldilməsi istiqamətində gördüyü
işlər, apardığı siyasət hər zaman
partiyamızın nüfuzunun yüksəlməsində
başlıca əsaslardan biridir. Eyni zamanda, YAP Ulu Öndərimiz
Heydər Əliyev tərəfindən yaradılan bir
partiyadır. Partiyamız cəmiyyətin inkişafına
öz töhfəsini verir. Hər zaman YAP tərəqqi, vətəndaş
cəmiyyətinin daha da inkişaf etdirilməsi istiqamətində,
o cümlədən, iqtisadi inkişafın daha da sürətləndirilməsi
istiqamətində, dövlətçiliyin qorunması
yönündə fəaliyyəti ilə seçilib.
Partiyanın sıralarında Azərbaycanın
tanınmış ziyalıları, alimləri, görkəmli
şəxsləri cəmləşib. Bu insanlar partiyanın
ön sıralarındadır. Fakt olaraq deyə bilərəm
ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın partiyamızın
sıralarında olması çox böyük göstəricidir.
Mehriban xanım Əliyeva həm də YAP-ın Siyasi
Şurasının üzvü kimi parlament seçkilərində
partiyamızın namizədidir. Heydər Əliyev Fondunun həyata
keçirdiyi humanitar layihələr, xeyriyyəçilik tədbirləri,
təhsilimizin və səhiyyəmizin inkişafı istiqamətində
gördüyü işlər xalqımız tərəfindən
yüksək qiymətləndirilir. Ümumiyyətlə,
Ümummilli Lider Heydər Əliyevin adının bu
partiyanın üstündə olması YAP-ın qələbəsinin
əsas təminatçısıdır.
Digər tərəfdən,
qeyd etdiyim kimi, partiyamızın ətrafında Azərbaycanın
bütün bölgələrində tanınmış
insanlar toplaşıb. Bir məqamı qeyd etmək kifayətdir
ki, irəli sürülən namizədlərimizin arasında
6 akademik var. Bir neçə nəfər namizəd isə elmlər
doktoru, professorlardır. Ümumiyyətlə, siyahıda yer
alan insanların böyük əksəriyyəti
tanınmış ictimai xadimlərdir. Yəni, namizədlərimizin
heç biri haqqında mənfi fikir söyləmək
mümkün deyil. YAP-ın 500 mindən artıq üzvü,
84 rayon və şəhər təşkilatı var.
Partiyamız seçkilərdən seçkilərə kifayət
qədər təcrübə qazanır. Həm Qərb
texnologiyalarından yüksək səviyyədə istifadə
olunur, həm də Azərbaycanın ictimai-siyasi mühitinə
uyğun olaraq addımlar atılır. Hesab edirəm ki, bu
proseslərdə
- Siyavuş müəllim, yeri gəlmişkən, istərdik
ki, müxalifət düşərgəsində, baş verən
proseslərə münasibət bildirəsiniz. Bir neçə
ay öncə, AXCP (i) ilə Müsavatın birləşməsi
məsələsi gündəmə gətirilib. Bu günlərdə
keçirilmiş AXCP-nin qurultayında Müsavatla birləşmək
məsələsinə müsbət münasibət bildirilib.
Sizcə, bu, seçkiqabağı gedişdirmi? Daim bir-birilərinə
qarşı dayanan bu iki tərəfin məlum addımı nədən
xəbər verir?
- Bu partiyaların birləşməsinin
heç bir mənası yoxdur. Çünki hər iki
partiyanın sosial bazası artıq tükənib. İstər
birlikdə, istərsə də ayrılıqda, istərsə
hətta özlərinə başqa partiyaları da
qoşsalar, onlar YAP-ın bir rayon təşkilatının
gücünə malik deyillər, bir rayon təşkilatına
alternativ ola bilməzlər. YAP-ın Gəncə şəhər
təşkilatında 24 mindən çox partiya üzvü
birləşib. Hətta Bakının elə rayon təşkilatları
var ki, on minlərlə üzvü var. Bu təşkilatların
həmin partiyaların ümumi cəmindən çox
üzvü var. Bundan başqa, partiyamızın rayon təşkilatlarının
gördüyü işlər, fəaliyyəti də o
partiyalardan çoxdur. Hətta təşkilatlarımız cəmiyyətdə
daha çox tanınır, nəinki o partiyalar. Həmin siyasi
partiyalar, sadəcə, qəzet səhifələrində
mövcuddur. Onlar şou düzəldirlər, bu
şouların da əsasında xaricdən verilən əmrlər
dayanır. İkinci bir tərəfdən, bu şouların əsasında
xaricdən pul qoparmaq istəyi var. Bu partiyaların heç bir
imzatoplama kampaniyasını apara bilmir. Hətta namizədlərinin
sənədlərini dairələrə doğru-düzgün
təqdim edə bilmirlər. Belə demək mümkündürsə,
10 günə yaxın bir dövrdən sonra imzatoplama və
qeydiyyata
- Müxalifət partiyaları öz mətbu
orqanlarında imzatoplama prosesində YAP-ın inzibati resurslardan
istifadə etdiyini də iddia edirlər...
- Onlar şantaj, böhtan kampaniyasına başlayıblar. Demək istəyirəm ki, bu gün YAP-ın belə şeylərə heç bir ehtiyacı yoxdur. Əvvəlcədən də elan etmişdik ki, tərəfimizdən hər dairə üzrə 10 nəfər imza toplayan şəxs müəyyənləşdirilib. Onlara treninqlər keçirilib, yəni bu prosesə hazırlaşıblar. Həmin şəxslər imza vərəqələri götürüldükdən bir neçə gün sonra imzaları doğru-düzgün toplayıblar və həmin sənədlər DSK-lara təqdim edilib. Bu insanlar neçə illərdir ki, bu işlərdə böyük təcrübə qazanan partiya fəallarıdırlar. Bütün rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradılıb. Seçki qəraragahlarında minimum 15, maksimum 40 nəfərə yaxın üzvlər fəaliyyət göstərirlər. Əgər namizədin qeydə alınması üçün 450 imza lazım gəlirsə, biz bunu 500 imza ətrafında müəyyənləşdirmişik. Yəni, imza toplayan şəxslərin hər biri 1 imza vərəqəsini doldurub qərargaha təqdim edir. Bu, bizim üçün çox kiçik prosesdir. Ən kiçik rayon təşkilatımızın üzvlərinin sayı 2 min nəfərdən çoxdur. O baxımdan bizim imzatoplama kampaniyasında hansısa problemlə üzləşməyimiz mümkün deyil. Bu səbəbdən, YAP-ın hər hansı bir inzibati resursdan istifadə etməyə ehtiyacı yoxdur, digər tərəfdən qanun da bunu qadağan edir. Partiyanın rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində də bu məsələlər geniş müzakirə olunub. İmza toplayan şəxslər üçün Seçki Məcəlləsinin müvafiq maddələrindən çıxarışlar verilib. Yəni bütün işlər qanunvericiliyə uyğun həyata keçirilib.
- YAP parlament seçkilərini izləyəcək
müşahidəçiləri müəyyənləşdirilibmi?
Onlarla müşahidəçilik missiyası ilə
bağlı maarifləndirmə işləri
aparılacaqmı?
- Seçki Məcəlləsinin 21-ci maddəsinin birinci bəndi və 148-ci maddəsinə əsasən bütün seçki dairə və məntəqələrinin hər birinə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu komissiya üzvü təyin etmək hüququmuz var. Çünki ölkə üzrə 60-dan çox seçki dairəsindən namizədlərimiz qeydə alınıb. Artıq bununla bağlı partiyanın İdarə Heyətinin qərarı var. Qısa müddət ərzində MSK-ya, bütün dairə və məntəqələrə bir nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü və bir müşahidəçi təyin edəcəyik. Müşahidəçilər üçün broşürlar hazırlamışıq. Müşahidəçilərimizə özlərinin hüquq və vəzifələri izah olunacaq və həmin broşürlər onlara təqdim olunacaq. Qanunvericiliyə əsasən, səsvermə gününə 10 gün qalmışa qədər müşahidəçilər seçki komissiyalarına təqdim olunmalıdırlar. YAP-ın müşahidəçiləri müəyyənləşədirilib və onların sənədləri də hazırdır. Sadəcə olaraq, DSK-ların, hələlik, namizədlərin qeydiyyatı məsələsi ilə məşğul olduğunu nəzərə alaraq, indi bu sənədləri təqdim etmirik. Namizədlərin qeydiyyatı başa çatan kimi müşahidəçilər DSK-lara təqdim olunacaqlar.
- Fərdi qaydada namizədliyini irəli
sürən YAP üzvləri ilə hansısa iş
aparılırmı?
- Bu məsələ ilə bağlı partiyamızın Sədr müavini, İcra katibi Əli Əhmədov tərəfindən mövqeyimiz ifadə olunub. YAP-ın irəli sürdüyü namizədlərdən kənar namizədliyini irəli sürən şəxslərlə eyni partiyada fəaliyyət göstərmək mümkün deyil. Yəni, onlar haqqında konkret qərar qəbul olunacaq. Belə şəxslər çox azdır. Hətta öz namizədliyini geri götürənlər də var. Onlar başa düşür ki, partiyanın dəstəyi olmayan yerdə qələbə əldə etmək mümkün deyil. O baxımdan, həmin şəxslər də yerlərdən YAP-ın namizəd kimi irəli sürdüyü namizədlərin uğur qazanmasına dəstək göstərməlidir.
Siyavuş Novruzov
Səs.- 2010.- 29 sentyabr.- S. 6.