Tehran şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 

Xəbər verdiyimiz kimi, Tehran şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi geniş tərkibli Azarbaycan nümayənda heyəti Tehranda səfərdədir. Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət ve turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xelilov, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov, rejissor Ziya Şıxlinski digər şəxslər daxildir.

Mədəniyyət günlərində xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının çıxışları nəzərdə tutulub. Tehran Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə muğam ifaçıları -xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir Cəfərov, Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Həmid başqa sənətçilər çıxış edəcəklər. Musiqiçilərimizi əməkdar artistlər, Mircavad Cefərov (ud), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) Kamran Kərimov (nağara) müşayiət edirlər.

Mədəniyyət günləri çərçivəsində Azərbaycanın tarixi mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunacaq.

İranlı tamaşaçılar Elçin Musaoğlunun  "40-cı   qapı" bədii filmi Şamil Əliyevin "İz...Qala", Emil Mirabdullayevin "Azərbaycan muğamı", Ziya Şıxlinskinin "Azərbaycan musiqisi" sənədli filmlərinə baxa biləcəklər.

Nümayəndə heyətimizin bir qrupu İranın islam irşadı ve mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni İran prezidentinin müavini, Turizm, Mədəni İrs ve Əl Sənayesi Təşkilatının sədri Həmid Beqayl ilə görüşmüşdür.

Səmimi görüşə yüksək qonaqpərvərliyə  görə təşəkkürünü bildirən Ə.Qarayev Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iranda ilk dəfə Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini diqqətə çatdıraraq buna görə İran tərəfinə təşəkkürünü bildirmiş qarşılıqlı mədəni tədbirlərin əhəmiyyətindən danışmışdır. Mədəniyyət Günlərinin Tehran Təbriz şəhərlərində keçiriləcəyini diqqətə çatdıran na-zir əminliklə bildirmişdir ki, növbəti   belə  mərasimlərin Ərdəbil İsfahan şəhərlərində təşkil olunmasına şərait yaradılacaqdır. Ə.Qarayev vurğulamışdır ki, qarşılıqlı mədəni tədbirlər əsrlər boyu birgə yaşamış xalqlarımızın daha sürətlə bir-birinə yaxınlaşması prosesinə böyük töhfə olacaqdır.

H.Bəqayi ilə görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivlərindən bəhs edən Ə.Qarayev demişdir ki, hər il İrandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə təxminən on faiz artır. Azərbaycanda turistlərin səmərəli istirahəti üçün beynəlxalq standartlara uyğun şərait yaradılmışdır.

Ölkələrimiz arasında mədəniyyət turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan İran rəsmiləri Azərbaycanla xoş münasibətlər qurulmasına xüsusi əhəmiyyət verildiyini bu sahədə çoxşaxəli əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışlar. Azərbaycan tərəfi 2010-cu ildə İranda keçirilmiş "Fəcr" beynəlxalq kino teatr festivallarında fəal iştirak etmişdir. Novruz xalqlarımızın ortaq bayramı kimi YUNESCO tərəfindən bu təşkilatın qeyri-maddi   irs siyahısına daxil edilmişdir.

Görüşlərdə kino istehsalı, kino kadrlarının hazırlanması, kitab rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin əsərlərinin Azərbaycan fars dillərinə qarşılıqlı tərcüməsi digər məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır.

İran İslam Respublikasının Tehran şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimində İran prezidentinin müşaviri, Mədəniyyət İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi, Azərbaycanın mədəniyyət ve turizm nazir Əbülfəs Qarayev İranın İslami irşad mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni çıxış ediblər. Eləcə , Azərbaycanın işğal altında olan ərazilərində mədəni-tarixi abidələrin dağıdılması, Azərbaycanın muğam beşiyi olan Şuşanın işğalda olması təəssüflə diqqətə çatdırılıb. Rəsmi hissədən sonra baş tutan bədii-ədəbi gecədə Azərbaycan musiqiçiləri xüsusi proqramla çıxış ediblər. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Or-kestri, xalq artisti Mənsum İbrahimov, Anar Şuşalı başqalarının ifası alqışlarla qarşılanıb. Proqramda "Qarabağ şikəstəsi" ifa olunub. Açılışda, eyni zamanda, Azərbaycan fotoqraflarının 70-ə yaxın fotosunun kitabların nümayişi təşkil olunub. Azərbaycan Mədəniyyəti Günləri Təbriz şəhərində davam etdiriləcək.

 

 

Zümrüd

 

Səs.- 2010.- 29 sentyabr.- S. 12.