Zülfüqar Hacıbəylinin xatirə
günüdür
Onun "50
yaşında cavan", "Varlı", "Evliykən
subay" musiqili komediyaları bu gün də sənət
dünyamızın bəzəyidir
XX əsrin ilk illəri Azərbaycan musiqi sənəti
üçün intibah və inkişaf dövrüdür. O
illərin zəngin sənət tarixi neçə-neçə dövrdə Bakının musiqi həyatı
qaynar olsa da ictimai-siyasi hadisələrin
gedişi müxtəlif manelərin yaşamasına gətirib
çıxarmışdır. Tarixdən bizə bəllidir
ki, həmin illərdə Azərbaycan musiqi tarixində də
inqilabi dəyişikliklər baş verirdi.
Bu dövr musiqisinin
mühüm xüsusiyyəti, xalq musiqisinin geniş təbliği
- Şərq konsertləri adlandırılan böyük
konsertlərin təşkili, Azərbaycanda milli operanın
yaranması, qrammafon vallarının yazılması ilə
tarixə həkk oldu. Azərbaycanın mütərəqqi
dünyagörüşlü ziyalıları xalqın yeni mədəni
ənənələrlə tanışlığı istiqamətində
böyük işlər
görürdü. Üzeyir Hacıbəylinin "Leyli və
Məcnun" operasının tamaşaya qoyulması Azərbaycanın
musiqi həyatına xüsusi bir yenilik gətirdi. Bu, nəinki
Azərbaycanda, bütün Yaxın Şərqdə ilk opera
idi və bu opera ilə yeni sənətin
möhtəşəm özülü qoyuldu. Üzeyir
Hacıbəyli ilə yanaşı, qardaşı
Zülfüqar Hacıbəyli də əsrimizin ilk illərindən
başlayaraq, Azərbaycan musiqili teatrının yaranması
uğrunda mübarizəyə qoşulmuş, məhz onun
müstəqil bəstəkarlıq fəaliyyətinin ilk təcrübələri
də həmin dövrlə bağlıdır. "Əlli
yaşında cavan" ,"Evliykən subay", "On bir
yaşında gəlin" və ya "Varlı"
operettaları, "Aşıq Qərib" operası, bir
sıra kütləvi mahnılar və s. əsərləri
yaradıcılığı üçün səciyyəvidir.
1911- ci ildə Üzeyir
bəy və Zülfüqar bəy Hacıbəylilərin rəhbərliyi
ilə opera-operetta artistləri truppası yarandı. O
dövrün bir sıra məşhur artistləri truppanın
tərkibinə daxil olmuş, Bakıda Qafqazın başqa
şəhərlərində tamaşalar göstərmişlər.
Truppanın qastrol səfərlərində repertuarı
Ü.Hacıbəylinin "Leyli və Məcnun",
"Əsli və Kərəm» operaları, "Ər və
arvad", "O olmasın, bu olsun" musiqili komediyaları,
Z.Hacıbəylinin "Aşıq Qərib" operası,
"Evliykən subay" musiqili komediyasından ibarət idi.
Sonralar bu truppanın yerinə Türk aktyorları
ittifaqı" yaradılmışdır.
Bəstəkarın
M.Füzuli adına Azərbaycan Əlyazmalar Fondunda
saxlanılan şəxsi arxivində əldə olunan
materiallarının zəngin irsi ilə tanışlıq
yaradır. Belə ki, "Onda elə, indi belə",
"Yarış" operettaları "Mən ağlaram, o
gülər" komediyası, "Biçarə Xavər",
"Məşədi Xudu" operettaları, "Məlikməmməd”,
"Nüşabə" operaları və s. musiqili komediya,
opera librettosu, musiqi qeydləri ilə yanaşı, bəstəkarın
bir neçə məqaləsi də saxlanılır. Bu əsərlərlə
tanışlıq Azərbaycanın mədəni-tərəqqisinin
hər zaman inkişafda olduğunu göstərən
faktdır.
Milli mədəniyyət
tariximizdə - opera sənətinin, eyni zamanda, musiqi
teatrının təşkili və inkişafında xidmətləri
olan sənət adamları sırasında göründüyü
kimi Zülfüqar Hacıbəylinin öz
imzası var. Ümumilikdə isə, sənətin
inkişafında Hacıbəylilər ailəsi pozulmaz səhifələr
yazıb. Zülfüqar Hacıbəylinin də
musiqi teatrımızın inkişafı yolunda
yazıb-yaratdıqları əsərlər əsil fədakarlıqdır.
Onun tərcümeyi-halından
oxuyuruq. Zülfüqar Hacıbəyli 1884-cü ildə
Şuşa şəhərində anadan olub.
Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində
keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində
iştirak edib, istedadlı xanəndələrin ifasında
xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin
mədəni ab-havasının ona gələcək həyat
yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc
yaşlarından musiqiyə əbədi bağlanan
Zülfüqar Hacıbəyli ilk biliyini xalq musiqisindən
alıb.
O dövrdə, yəni
XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan
musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi
əsərlərdən biri "Aşıq Qərib"
operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda
böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi
onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini
özündə əks etdirirdi. Həmin dövrdə
Zülfüqar Hacıbəyli bir sıra librettolara musiqi
yazır.
Onun "50
yaşında cavan" (1910), "Varlı" (1911),
"Evliykən subay"(1916) musiqili komediyaları bu gün də
sənət dünyamızın bəzəyidir. Zülfüqar Hacıbəyli 1935-ci ildə
"Almaz" filminə musiqi yazır. Məlumdur ki, bu film
kino tariximizdə ilk səsli filmdir. Bu ərəfədə
yazdığı "Kölə qadınların rəqsi"
adlı simfonik əsəri ona böyük şöhrət gətirir.
Onun daha iki - "Nüşabə" və "Üç
aşıq" operası isə tamamlanmamış qalır.
Yaradıcılığa
mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyli
XX əsrin 20-30-cu illərində çox məşhurlaşır.
Bəstələdiyi nəğmələri - "Kəndçi
qızı", "Çoban qız", "Əsgər
nəğməsi" və digər mahnıları dildə-ağızda
dolaşır. Onun yaradıcılığı rangarəngdir.
Milli musiqi xəzinəmizə bəxş etdiyi
töhfələr çoxdur. İstedadlı bəstəkarın
əsərlərinin hər birini ayrı-ayrılıqda sənət
məbədimizin qızıl kərpici hesab etmək olar.
Təəssüf hissi
ilə qeyd edək ki, o dövrdə - 1937-ci il
repressiyasının acı yelləri Hacıbəylilər
nəslindən də yan keçmir. Bu görkəmli nəslin
gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən
düşür. Bəziləri mühacirət edir,
ömürlərini qürbətdə başa vururlar.
Çox keçmir ki, İkinci Dünya müharibəsi
başlayır. Müharibə acı ruzigarın səmtini dəyişir.
Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə
qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin
ab-havası, yəni qorxusu tam çəkilməmişdi. Buna
baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyli
qardaşları qarşılaşdıqları ədalətsizliklərə,
ziddiyyətli münasibətlərə mətanətlə sinə
gərirlər. Böyük dözümlülük göstərərək
milli musiqimizin inkişafında əllərindən gələni
əsirgəmirlər. Həqiqətən də, onların
yazdıqları bir çox əsərlər dövrün təqiblərinə,
qadağalarına məruz qalır, illərlə arxivlərdə
saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur –
hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir.
Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafı
yolunda göstərdiyi xidmətlərə görə, 1943-ci
ildə əməkdar incəsənət
xadimi adına layiq görülür.
Musiqili Komediya
Teatrının əsasını qoyan görkəmli sənət
xadimlərindən biri kimi Zülfüqar Hacıbəyli
respublikanın ictimai-mədəni həyatında da fəallıq
göstərib. Bu sahədə olduqca çox
çalışıb. Lakin yazıb başa çatdıra
bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə
müxtəlif janrda yazdığı yarımçıq
qalmış əsərləri var. Vaxtsız əcəl
ömrünün son günlərinə kimi
yaradıcılıqla məşğul olan Zülfüqar
Hacıbəyli başladığı işləri
tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında
dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəylinin
adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik
qalır.
Zümrüd
Səs.- 2010.- 30 sentyabr.-
S. 12.