2009-cu il
ölkəmiz üçün uğurlu keçib, 2010-cu il isə qələbələr ili olacaq
Yeni Azərbaycan
Partiyası dünyanın
aparıcı siyasi təşkilatları olaraq
bu il
də ön sırada qərar tutacaq
Artıq geridə
buraxdığımız 2009-cu il ölkəmiz
üçün olduqca
uğurlu və əlamətdar hadisələrlə
zəngin bir il oldu. Bu ildə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Elə bu uğurlu siyasətin nəticəsidir
ki, ölkəmizin iqtisadi qüdrəti daha da artaraq,
siyasi arenada güclü dövlət kimi özünü təsdiq edib.
Yeni Azərbaycan
Partiyasının Zaqatala
rayon təşkilatının sədri Habil Qurbanov
“Artıq xalqımız
2010-cu ilin ilk günlərini
yaşayır. 2009-cu ili
uğurla başa vuran Azərbaycan bu ilə də
uğurlu nailiyyətlərlə
başlayacaq. Xüsusilə, bu uğurlarda böyük nailiyyətlər
əldə edən ölkənin güclü
siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası üzərinə
düşən bütün
vəzifələri çox
böyük məsuliyyət
hissi ilə yerinə yetirir”- fikrini söyləyən
YAP Zaqatala rayon təşkilatının
sədri Habil Qurbanov Azərbaycanda mövcud inkişafla bağlı qarşıya
bir çox prinsipial məqsədlərin
çıxdığını bildirdi. H.Qurbanov Azərbaycanın gələcək
uğurlarının da
birbaşa YAP-la bağlı
olduğunu söylədi:
“Güclü dövlətə
və dövlətçilik
ənənələrinə, siyasi sabitliyə, davamlı iqtisadi inkişafa, sülhsevər
xarici siyasətə malik hər bir azərbaycanlının
vətəni olan müstəqil Azərbaycan
dövlətini dünyaya
qovuşduran ulu öndərin müstəqil
dövlət quruculuğu
modeli, prinsipləri dünya siyasi təcrübəsini zənginləşdirməyə
xidmət edib. 1992-ci ildə Yeni
Azərbaycanın yaranması
ilə ölkə daxilində böhranlı
vəziyyət aradan qaldırıldı. 1992-ci
ildə ölkənin
ağır şəraitində
o zaman AXC-Müsavat hakimiyyəti Naxçıvanda
dövlət çevrilişi
etməyə cəhd göstərsə də, əhali çevriliş etməyə çalışanlara
öz sözünü
deyərək, ümummilli
liderimiz Heydər Əliyevi dəstəklədilər
və Onu qorudular. Tarixi zərurətdən yaranan
Yeni Azərbaycan Partiyası bu gün xeyli güclənərək,
ətrafında 500 mindən
çox üzvü birləşdirir. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm
qoyan partiyamız, nəinki ölkəmizdə,
ümumiyyətlə, cənubi
Qafqazda tanınan və qəbul edildən siyasi təşkilata çevrilib.
Çünki YAP xalqın partiyasıdır”.
YAP Gədəbəy rayon təşkilatının sədri
Ramazan Muradov
“Bu gün
hər bir azərbaycanlının ölkəmizin
ictimai-siyasi həyatında
baş verən müsbət dəyişikliklərdən
yararlanır” fikrini söyləyən YAP Gədəbəy
rayon təşkilatının sədri Ramazan Muradov bütün Azərbaycan xalqını
ölkəmizə qədəm
qoyan 2010-cu il
münasibəti ilə
təbrik etdi. Ölkəmizdə siyasi, iqtisadi,
mədəni və digər sahələrdə
əldə olunan nailiyyətlərdə Yeni
Azərbaycan Partiyasının
əvəzsiz xidmətləri
olub. Çünki
cəmiyyətdə YAP-a
alternativ olacaq ikinci bir siyasi
qüvvə yoxdur. 500
mindən çox üzvü və yüz minlərlə təəssübkeşləri olan
YAP-ın istənilən
ictimai-siyasi prosesə
təsir imkanlarının
böyük olduğunu
qeyd edən təşkilat sədri bu gün hər
bir yetişməkdə
olan gəncin ulu öndər Heydər Əliyev irsindən yararlanmaq istəyində olduğunu
dilə gətirdi: “Azərbaycan cəmiyyətində
demokratikləşmə və
yeniləşmə prosesləri
gedir. Ona görə də,
bugünkü cəmiyyət
1993-cü və 2003-cü ildəki
cəmiyyət deyil.
Bizim cəmiyyət artıq sərbəst formada öz seçimini edə bilir. Bunun da əsas səbəbi
ictimai şüurun ictimai varlığın təyin etməsidir.
Ölkədə gedən
proseslər, quruculuq-abadlıq
işləri və bununla yanaşı, yeni iş yerlərinin
yaradılması insanların
şüuruna təsirsiz
ötüşməyə bilməz.
Məhz ona görə də, cəmiyyət öz seçimində rahatdır. Çünki bu gün Azərbaycan cəmiyyətinin
siyasi mədəniyyəti
yüksəlib. Bununla yanaşı,
Azərbaycan hökuməti
özünün demokratik
prinsiplərini zaman-zaman
yerinə yetirib.
Buna misal olaraq hakimiyyətin bir qolu olan ali qanunverici orqan tərəfindən Seçki Məcəlləsinin
xeyli dərəcədə
mükəmməlləşməsi və təkmilləşməsidir.
Bir faktı da vurğulamaq
lazımdır ki, dövlətin demokratik prinsiplərini özündə
tam əks etdirməsi
seçkilərin tam şəffaf
keçməsini zəruriləşdirən
əsas məqamdır”
deyən R.Muradov, ilk növbədə, xalqımızın
son illər ərzində
ölkədə həyata
keçirilən inkişafın
müsbət nəticəsinin
şahidi olduğunu bildirdi.
YAP Gədəbəy
rayon təşkilatının sədri son illər
əldə olunan uğurların əsas səbəb ümummilli liderimiz Heydər Əliyevin xalqa bağlılığı və
bu siyasi kursun layiqli davamçısı ölkə
Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü
siyasətinin nəticəsində
nail olunduğunu söylədi:
“Bütün dünya
üzrə müqayisəli
təhlil aparsaq, görərik ki, Azərbaycanın 4-5 il ərzində əldə etdiyi uğurları heç bir ölkə əldə edə bilməyib. Bütün bu nailiyyətlərə ölkə
Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü
siyasətinin nəticəsində
nail olunub. Digər bir əsas məqam isə, Prezidentin xalqla həmişə təmasda
olmasıdır. Eyni
zamanda, milli-mənəvi
dəyərlərə hörmət,
tarixi kökümüzə
qayıdış və
bir çox məsələlər cənab
İlham Əliyevin
xalq tərəfindən
bu qədər dərin bir sevgi ilə əhatə olunmasına zəmin yaradıb”.
YAP Masallı rayon təşkilatının
sədri Əmanət
Əzizov
“Əvvəlki illər kimi, 2009-cu il də xalqımızın
həyatında, o cümlədən,
Yeni Azərbaycan Partiyasının 500 mindən
çox olan üzvünün həyatında
böyük nailiyyətlər
ili kimi qalacaq”. YAP Masallı rayon təşkilatının
sədri Əmanət
Əzizov onu da vurğuladı ki, 2009-cu ilin sonunda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri cənab İlham Əliyevin əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış
borclarının silinməsi
tədbirləri barədə
imzaladığı Sərəncam
Azərbaycan xalqına
layiqli bayram töhfəsi oldu: “Yeni Azərbaycan Partiyasının Sədri,
ölkə Prezidenti İlham Əliyev həmişə xalqımızın
sosial və digər problemlərinin həlli istiqamətində
böyük addımlar
atıb. Ölkə Prezidentinə dəstək
olan YAP üzvləri bu işlərin həyata keçirilməsində
həmişə öncül
sırada olublar.
Çünki YAP, nəinki
regionda, eyni zamanda, Cənubi Qafqazda ən böyük siyasi gücə malikdir. Bunun başlıca meyarı Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursla bağlı olmasıdır”.
Ə.Əzizov onu da vurğuladı ki, 1993-cü ildən bəri ölkədə ictimai-siyasi sabitlik yaradıldı və inkişaf istiqamətləri
müəyyənləşmiş oldu: “Bu gün ulu öndərin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
dünyanın ən aparıcı dövlətlərindən
birinə çevrilib.
Dövlətimizin iqtisadi potensiala
əsaslanan xarici siyasəti günü-gündən
daha da güclənir.
Artıq
Azərbaycan dünyanın
aparıcı və lider dövlətləri ilə bir sırada
addımlayır. Ölkə daxilində
mövcud sabitlik əldə olunmuş iqtisadi inkişaf bunu daha da
zəruri edir. Dövlətimiz öz daxili
gücü vasitəsi
ilə heç bir kənar yardım olmadan öz iqtisadi potensialını daha da gücləndirməyə,
eyni zamanda, xirici siyasətdə müstəqil yol tutumağa başlayıb.
Bu gün dünyanın
inkişaf etmiş və etməkdə olan bir çox
dövlətlərin tarixinə
nəzər salsaq, onların müəyyən
dövrlərdə bir
sıra kənar qüvvələrdən asılı
olaraq, inkişaf etdiyini müşahidə etmək olar. Bu isə
onların üzdə görünən inkişaf
strategiyasının heç də müstəqil
olmadığını göstərir. Azərbaycan isə,
öz müstəqilliyini bərpa etdikdən sonra, 1990-ci illərdə
bir sıra bəlalarla üzləşməsinə baxmayaraq,
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və
möhkəm şəxsiyyət nüfuzu sayəsində bu
sınaqlardan üzüağ çıxmağı
bacardı. Nəticədə daxili resurslardan istifadə etməklə,
özünün sosial siyasətini həyata keçirən
ölkəmiz, məhz ümummilli liderin uzaqgörənliyi sayəsində
sabitlik və inkişaf yoluna qədəm qoydu. Eyni zamanda,
Prezident İlham Əliyevin bilik və bacarığı,
müstəqil şəxsiyyət kimi formalaşması,
öz vətəninə və xalqına qarşı olan dərin
məhəbbəti imkan verdi ki, Azərbaycan xalqı firavan və
sülh içərisində yaşasın inkişaf etsin. Bu
siyasi-iqtisadi və sosial siyasət 1993-cü ildən
başlandığı kimi, 2009-cu ildə də uğurla
davam etdirildi. Azərbaycan özünü dünyada müstəqil
dövlət kimi artıq təsdiq edərək, güclü
iqtisadiyyata malik bir ölkə
olduğunu sübuta yetirmiş oldu. Yeni 2010-cu ilin də, Azərbaycanın
ictimai-siyasi həyatında ən əlamətdar illərdən
biri kimi olacağı danılmazdır”.
Rəfiqə Kamalqızı
Səs.- 2010.- 6 yanvar.- S. 6.