Azərbaycan Heydər Əliyevin zəngin
irsindən bəhrələnir
Heydər Əliyev Fondu beynəlxalq aləmdə
nüfuz və hörmətə malik olan qurumdur
Azərbaycanın
tərəqqisi və xalqımızın rifahı naminə
ümumilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnən
Heydər Əliyev Fondu genişmiqyaslı proqram və layihələrın
həyata keçməsinə kömək edərək,
müxtəlif sahələrdə olan uğurların
reallaşmasına nail olmuşdur. Elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ekoloji sahələrə aid proqram və layihələr
Azərbaycan ictimai-mədəni həyatında
dönüş yaratmışdır.
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə görülən işlər, işlənib hazırlanan layihələr Azərbaycanın təbliğinə və bu ideyaların həyata keçirilməsinə səbəb olur. Təbii ki, fondun dəstəyi ilə həyata keçirilən beynəlxalq məzmunda olan layihələr respublikanın xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığını genişləndirməyə, onlarla birgə iş qurulmasına gətirib çıxarır. Bunun müqabilində Heydər Əliyev Fondunun beynəlxalq arenada nüfuzu artır və güclənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlər, eləcə də, ölkənin beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olur. Bu sırada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq daha məqsədyönlü və əhəmiyyətlidir. Fondun dəstəyi ilə respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq genişlənməkdədir.
Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına müsbət təsir göstərir.
Uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək də fondun qarşıya qoyduğu vəzifələri sırasındadır. Heydər Əliyev Fondunun bu qəbildən olan layihələri sırasında ABŞ-ın “Uşaqların Xilası” təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumun imzalanması qurumun beynəlxalq miqyasda atdığı addımlar sırasındadır. “Uşaqların Xilası” dünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır. Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma Memorandumu uşaqların fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyəti nəzərdə tutur.
Bir-birinin ardınca həyata keçirilən layihələr Heydər Əliyev Fondu ilə dünya ölkələrin birgə əməkdaşlığını qısa bir zamanda sürətləndirdi. BMT-nin Əhali Fondu və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəyə dair sənədlərin imzalanma mərasimi də, məhz beynəlxalq əlaqələrin inkişafı nəticəsində reallaşdı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolu və əməyi nəticəsində gerçəkləşən bu layihələr Azərbaycanın həyatına daxil olaraq, əsaslı dönüşlərlə yadda qaldı. Heydər Əliyev Fondu qısa bir zamanda ölkəmizdə böyük hörmətə malik olan təşkilata çevrildi. Təbii ki, bu münasibət Heydər Əliyev Fondunun fəaliyyəti ilə qazanıldı. Heydər Əliyev Fondu beynəlxalq fəaliyyətini də səmərəli layihələr üzərində davam etdirir. Hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq yüksək səviyyədədir.
Mədəniyyət sahəsində YUNESKO və İSESKO ilə əməkdaşlıq nəticəsində BMT-nin İnkişaf Proqramı ilə “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” adlı layihə çərçivəsində Bakıda yeni bir mərkəz inşa olunub, audiokitabxana hazırlanıb və ən müasir kompyuter avadanlığı ilə təmin edilib. Azərbaycanın yüksək sürətlə həm iqtisadi, həm sosial inkişafı hər bir ailənin bütün ehtiyacları təmin olunması və hüquqlarının qorunmasına imkan verir. Bir çox dövlət qurumları - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi bu istiqamətdə proqramlar hazırlayıb həyata keçirirlər.Ailədə qadına qarşı zorakılıq faktı həm qanunlara zidd, həm də etik normalardan kənar bir hərəkətdir. Bu faktları araşdırmaq və problemi aradan qaldırmaq üçün artıq Heydər Əliyev Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu arasında çox vacib bir layihə imzalanır. Bir çox istiqamətlərdə həyata keçirdiyi humanitar proqramlarla ölkəmizin tərəqqisinə xidmət edən Heydər Əliyev Fondunun layihənin əsas tərəfdaşlarından biri kimi çıxış etməsi zorakılığın bütün formalarının qarşısının alınması sahəsində dövlət tərəfindən görülən işlərə güclü təkan verməkdədir və bu sahədə fəaliyyət göstərən bütün təşkilatların məsuliyyətini daha da artırır. Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir. Layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən, layihəyə beynəlxalq ekspertlərin cəlb edilməsi, əhali arasında insan hüquqları və gender bərabərliyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyasının, orta məktəblərdə insan alverinə və erkən nikahlara dair maarifləndirmə tədbirlərinin təşkili, gender əsaslı zorakılıq qurbanları üçün xidmətlər üzrə strategiyanın işlənməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə xidmət göstərən mütəxəssislər üçün tədris proqramlarının hazırlanması və təlimlərin keçirilməsi, onların sosial və psixoloji reabilitasiyasını təmin edən mərkəzlərin şəbəkəsinin yaradılması və s. nəzərdə tutulmuşdur.Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqlar üçün reablitasiya mərkəzini inşası layihəni də beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq nəticəsində həyata keçirdi. Belə ki, maliyyə dəstəyini öz üzərinə götürən Rusiyanın “Uralsib” maliyyə korporasiyasının nümayəndələri ilə əməkdaşlıq əlaqələri yaradılmışdı. Bu layihə çərçivəsində ilk addım xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşası, təchiz edilməsi və saxlanılması olmuşdur.
Çox keçmir ki, Heydər Əliyev Fondunda BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanır. Fondun təhsil sahəsinə xüsusi əhəmiyyət verməsi hər kəsə yaxşı bəllidir. Bu istiqamətdə bir sıra layihələr həyata keçirilmiş və öz bəhrəsini vermişdir. YUNESKO ilə birlikdə təşkil olunan “Təhsil hamı üçün” konfransına Azərbaycan ev sahibliyi etdi. Beynəlxalq miqyaslı layihələrin davamı olaraq, Heydər Əliyev Fondu ilə “Or-Avner” Fondu arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalandı.Heydər Əliyev Fondunda Rusiyanın “Puşkin kitabxanası” Fondundan kitabların hədiyyə edilməsi mərasimi də yaddaqalandır. “Puşkinskaya biblioteka” Fondunun Heydər Əliyev Fonduna kitablar hədiyyə etməsi Azərbaycanda Rusiya ilinin açılışının başlanğıcına start verdi.
Başqa bir proqram - mütaliənin dəstəklənməsinə və genişləndirilməsinə yönəldilmiş “Mütaliə edən Rusiya” proqramı oldu. Təbii ki, kitabsız savadlı nəsil tərbiyə etmək olmaz. Ölkələrin rifahı naminə, başlıcası isə, uşaqların həqiqətən savadlı, mədəni böyüməsi naminə əməkdaşlığın möhkəm bünövrəsi qoyuldu.
“Puşkin kitabxanası” Fondunun hədiyyə etdiyi gözəl bir kolleksiyanın yaranmasına səbəb olmuşdur. Azərbaycanı və Rusiyanı iki yüzillik birgə tarix, bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, elm və təhsildə ən sıx dostluq əlaqələri birləşdirir. Ümumi mənəvi dəyərlərin formalaşmasına Puşkin, Dostoyevski, Tolstoy, Qoqol ilə yanaşı, Nizami, Nəsimi, Füzuli, Mirzə Fətəli Axundov da çox böyük təsir göstərmişlər. Bu ənənələr indi də davam etdirilir, Bu kitabların fonda təqdimatı buna misaldır.
BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında yeni bir saziş imzalanır. İki qurum arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədinə imza atılır. Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında imzalanan saziş ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihəni həyata keçirilməyə başlayır. Əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan strategiyaya yardım göstərdi. İmzalanan saziş BMT-nin “Minilliyin Bəyannaməsi”ndə dövlət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə, informasiya-kommunikasiya texnologiyalarının hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə həyata keçirilir. Səkkiz ay müddətində həyata keçirilən layihənin ümumi dəyəri 418 min ABŞ dollar idi.
Azərbaycanda 320 min əlil insan yaşayır. Onlardan 40 mini
kor və görmə qabiliyyəti zəif olan şəxslərdir.
Layihə bu insanların informasiya kommunikasiyaları vasitələri
ilə bilik və məlumat əldə etmək
imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun
artırılmasına, ümumən, bu insanların
yaşayış tərzini yaxşılaşdırmağa
xidmət edəcək. Bu saziş Heydər Əliyev Fondu ilə
BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın
ilk təməli idi.Bu gün Heydər Əliyev Fondu beynəlxalq
aləmə çıxır. Dünyanın ən mötəbər,
ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər
Təşkilatı ilə birgə fəaliyyətini qurur. Bu
layihələr çox böyük uğurla nəticələnir
və davamlı da olacaqdır. Heydər Əliyev Fondu
yaradıldığı ilk gündən cəmiyyətimizin ən
zəif təbəqələrinə böyük diqqət və
qayğı ilə yanaşır. Artıq bu gün hamıya
tanış olan fəaliyyətimiz bunu sübut edir. “Diabetli
uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat”,
“Yeniləşən Azərbaycana yeni məktəblər”,
“Uşaq evi və internat məktəblərinin
inkişafı” proqramları qısa bir zamanda həyata
keçirilmişdir və nəticədə minlərlə
insana yardım göstərilmiş, kimsəsiz uşaqlara
qayğı artırılmış, mühüm sosial problemlər
həllini tapmışdır. Məhz bu fəaliyyətinə
görə Heydər Əliyev Fondu Azərbaycanda böyük
hörmətə malik olan və ölkənin ictimai həyatında
mühüm rol oynayan bir qurumdur.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 7 yanvar.- S. 3.