“Akademkitab” oxucuların ixtiyarındadır
Kitab evində
ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr edilmiş xüsusi bölmə yaradılıb
Bakının mərkəzində, İstiqlaliyyət
küçəsində Azərbaycan
Milli Elmlər Akademiyasının “Elm” redaksiya-nəşriyyat
və poliqrafiya mərkəzinin yeni “Akademkitab” kitab evi açılıb. Uzun illər
fəaliyyət göstərmiş
bu kitab evi bir müddət
bağlı qalmışdır.
Hazırda akademiyanın sərəncamına
verilmiş kitab evi Azərbaycanda kitabların təbliği
və əhali arasında yayılması,
milli dəyərlərimizin
nəsildən-nəsilə ötürülməsi istiqamətində
öz keçmiş ənənəsini yenidən
bərpa edəcəkdir.
Fəaliyyətə başlayan kitab
evi təmirə dayandırılmış “Akademkitab”
mağazasının yeni
ünvanıdır. Ümumi sahəsi
350 kvadratmetr olan bu ərazidə cari ilin fevralından
başlanan təmir işləri uğurla başa çatdırılmışdır.
Hər il
AMEA əməkdaşlarının yüzlərlə kitabı
nəşr edilir. Bu yeni kitab evi
onlara nəşrlərini
geniş oxucu kütləsinə çatdırmağa
imkan verəcəkdir.
Qeyd edək ki, bu, akademiyanın
ikinci kitab evidir. Yaxın vaxtlarda Naxçıvan və Gəncə şəhərlərində də
belə kitab evlərinin açılması
nəzərdə tutulur.
Kitab evində ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr edilmiş kitablardan ibarət ayrıca bölmə yaradılmışdır. Ümumilikdə
isə, burada 50 minə yaxın kitab vardır. Oxucular yeni açılmış
kitab evində elmin bütün sahələrinə dair nəfis şəkildə
çap edilmiş kitabları əldə edə biləcəklər.
Zümrüd
Səs.- 2010 .-7 yanvar.- S. 12.