Erməni xəyanəti Gürcüstankitabı təqdim olunub

 

Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasında jurnalist Nəriman Əliyevin Azərbaycan ingilis dillərində çapdan çıxmışErməni xəyanəti Gürcüstankitabının təqdimatı keçirilib.

 Kitabxananın direktoru Tahir Sadıqov, Prezident təqaüdçüsü, şair Nurəngiz Gün, “Qafqaz Mediaİctimai Birliyinin sədri Azadə Taleh, “Azyaşlıların Mədəni Maariflənməsiİctimai Birliyinin sədri Nazlı Zeynalova, Hacı Əli Xankişiyev, yazıçı-publisist Rauf İlyasoğlu jurnalist Nəriman Əliyevin gürcü dilindən tərcümə etdiyi, arxiv materialları ilə zəngin olan kitabında ermənilərin Gürcüstanda törətdikləri vəhşiliklərin, faciələrin əks olunduğunu bildiriblər.

Qeyd olunub ki, kitabda müxtəlif illərdə gürcü mətbuatında dərc olunmuş yazılarda Gürcüstanda yaşayan ermənilərin separatçılıq meyilləri, Gürcüstana qarşı mədəni tarixi ekspansiyaları, onların Abxaziyada gürcülərə qarşı döyüşmələri, günahsız gürcü sakinlərinin məhvində iştirakları s. faktlarla göstərilibdir.

Heydər Əliyev adına Marneuli Universitetinin müəllimi Əli Abbasov, uzun müddət Gürcüstan parlamentində azərbaycanlıları təmsil edən Ramiz Bəkirov erməni millətçilərinin həmişə təkcə Türkiyə Azərbaycana yox, həm Gürcüstana qarşı fitnəkar, məkrli siyasət yürütdüklərini, onların Abxaziyanı erməniləşdirmək, Samtsxe-Cavaxetiyanı Gürcüstandan qopararaq, Qara dənizə çıxış əldə etmək planlarının artıq hamıya məlum olduğunu vurğulayıblar. Gürcüstanda yaşayan azərbaycanlıların hər zaman Azərbaycana arxalandığını bildirən soydaşlarımız bu məkrli düşmənə qarşı birgə mübarizə aparmağın vacib olduğunu diqqətə çəkmiş, kitabın rus başqa dillərə tərcümə olunmasını arzulayıblar.

Kitabda, həmçinin, 1918-ci il Ermənistan-Gürcüstan müharibəsi, AbxaziyadaBaqramyanadlı batalyonun törətdiyi vəhşiliklər, gürcü abidələrinə, gürcülərin mədəni irsinə, kilsəsinə erməni təcavüzündən danışmış, tanınmış gürcü yazıçısı ictimai xadimi İlya Çavçavadzenin XVIII əsrdə Ağa Məhəmməd şah Qacara Gürcüstan qapılarını əslən erməni olan aşbazın açdığını təsdiqləyən yazısı haqqında məlumat verilibdir. Kitabın redaktoru ön sözün müəllifi biologiya elmləri namizədi, Tbilisinin fəxri vətəndaşı, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü Aslan Aslanov, elmi redaktoru tarix elmləri namizədi Kərəm Məmmədovdur.

Tədbirin sonunda müəllif kitabın nəşr olunmasına maliyyə dəstəyinə görəQafqaz Mediaİctimai Birliyinə, həmçinin, tədbir iştirakçılarına minnətdarlığını bildirib, bu mövzuda gürcü mənbələri əsasında yeni bir toplu üzərində çalışdığını demişdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 7 yanvar.- S. 12.