Azərbaycanın iqtisadi yüksəlişi keçid mərhələsinin başa çatması yeni hədəfləri müəyyənləşdirir

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevinİctimai humanitar elmlər: zaman kontekstində baxışməqaləsi ilə bağlı dəyirmi masa keçirildi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunda Prezident Administrasiyasının  rəhbəri, akademik Ramiz Mehdiyevinİctimai humanitar elmlər: zaman kontekstində baxışməqaləsi ilə bağlı dəyirmi masa keçirildi.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın Fəlsəfə Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadə alimlərin qarşısında duran vəzifələrdən danışdı. İnstitutun direktoru bildirdi ki, akademik Ramiz Mehdiyev ötən il noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə respublikada ictimai humanitar elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilmiş, dekabrın 8-də isə Prezident Administrasiyası rəhbərinin məsələ ilə bağlıİctimai humanitar elmlər: zaman kontekstində baxışməqaləsi dövri mətbuatda nəşr olunmuşdur.

O, ötən il Azərbaycanda humanitar ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı məsələ ətrafında çıxışında ictimai elmlərin qarşısınıda böyük vəzifələr qoymuşdur. İctimai elmlərdə yaranmış vəziyyət təhsil sahəsində qarşıda duran problemlərin həlli yollarının müəyyən olunmasında addımların atılmasının zəruri bir hala çevrilmişdir. Əsas məqsəd olaraq yaxın illərdə təhsildə, elmdə ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır. Məlumdur ki, mövcud problemlərin həlli istiqamətində atılan addımlar sırasında Prezident İlham Əliyevin məlum Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Bundan əvvəl isə, dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müddəalarını təsdiq etmişdir. 

İnstitutun direktoru son 5 ildə  sosial-mədəni modernləşdirmədə  böyük fəallıq tələb olunduğunu nəzərə çatdırdı. Bu modernləşdirmənin necə qurulmasında alimlərimizin iştirakı onlardan xüsusi fəallıq tələb olunur. Azərbaycan  ideologiyası modernləşdirmə həddi, hələ ki, yaxşı qurulmamışdır. Ötən əsrin 90-cı illərin ideologiyasızlığı artıq arxada qalmışdır. Məlumdur ki, milli mədəni-mənəvi dəyərlərə etinasız münasibət xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin formalaşmasında mənfiliklərlə nəticələnir. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. İndi qarşıya qoyulan möhtəşəm məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimiz kifayət qədər potensiala malikdir.

Filosofların mövcud işin öhdəsindən lazımınca gəlmələrinə var qüvvəsi ilə çalışmalı olduqlarını deyən natiq bu məsələnin necə həll olunmasına aydınlıq gətirdi: “İdeologiyasız cəmiyyət olmur. Bu ideologiya bizim dünənlə bugünümüzü birləşdirməlidir. Prezident İlham  Əliyev cənablarının qeyd etdiyi kimi, keçid dövrü artıq başa çatmışdır. Bu günlə sabahı necə görməliyik. Bu baxımdan, fəlsəfənin üzərinə böyük məsuliyyət düşür. Fəlsəfənin proritetləri olmalıdır. Fəlsəfə bu günlə sabahı bağlamalıdır. Fəlsəfədə ümümilik özünü göstərir. Burada konkretlik yoxdur. Fəlsəfənin prioritet istiqamətində vətən, tərbiyə etikası, estetika kimi anlayışlar əsas götürülür. İnstitut bu səpgidə öz işini təşkil edə bilər. Bu prioritetlər əsasında filosoflar öz işini ortaya qoymalıdırlar.” Natiq bunun həyata keçməsi üçün hansı vasitələrdən istifadə etməyin vacibliyini diqqətə çəkdi.

İnstitutun direktoru xarici jurnallarla əməkdaşlıq məsələsinə toxundu. Qeyd etdi ki, ötən il bu jurnallarda 70-ə yaxın məqalə dərc olunub. Alimlərimiz müxtəlif məzmunda keçirilən beynəlxalq konfranslarda təmsil olunaraq, çıxış ediblər. O, Azərbaycanda beynəlxalq səviyyəli jurnalların çap olunmasının vacibliyini gündəmə gətirdi bu jurnalların redaksiya heyətinə alimlərimizlə yanaşı, beynəlxalq  səviyyəli alimlərin cəlb olunmasını vacibliyini vurğuladı. O, həmçinin, mənfi rəylərin olmasını məqsədəuyğun hesab etdi. Şöbələrdə xüsusi tələbkarlığın artırılmasının zəruri olduğunu bildirdi. O, qeyd etdi ki, ötən il institutda 40-dan çox kitab çap olunub. Bu şöbələrin işində olan yaradıcılığın göstəricisidir.

Konfransda institutun direktoru problemlərlə yanaşı, qarşıda duran vacib məqamlara da aydınlıq gətirdi.

Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev  bildirdi ki, iqtisadi inkişaf varsa, onun fəlsəfi iqtisadi yozumu da olmalıdır. İ.Alıyev akademik Ramiz Mehdiyevin çıxışına istinad edərək, bildirdi ki, Azərbaycanın iqtisadi yüksəlişi iqtisadiyyat sahəsində keçid mərhələsini başa çatdırması yeni hədəflər müəyyənləşdirmişdir. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. Təbii ki, inkişafın bugünkü səviyyəyə çatması yönümündə çətinliklər dəf olunmuşdur. Gərgin prinsipial addımlar Azərbaycanda dövlətçiliyimizin təməlinin möhkəmlənməsinə imkan vermişdir. Belə bir şəraitdə fəlsəfənin ümumiyyətlə, ictimai elmlərin mütəxəssisləri olan ziyalıların qarşısında mühüm vəzifələr dayanır.

İ.Alıyev iqtisadi əsərləri oxuyarkən, burada fəlsəfi fikirlərin meydana gəldiyini ifadə etdi. Sonra o, elmdə yaranan problemləri açıqladı: “Bu gün filosoflarımız iqtisadi əsərləri, mütəmadi olaraq, oxumalıdırlar. Elmi işçilərin sosial-iqtisadi problemlərinin yaxşılaşdırmalı, elmi işlə məşğul olan insanlara kömək etməli, onlara yol açılmalıdır. İqtisadiyyatda filosofluğun öyrənilməsində çox məqamlar var. İşlərimizi bu istiqamətdə davam etdirməliyik.” İ.Alıyev filosoflara işlərini bu istiqamətdə davam etməyi tövsiyə edərək, onlara müvəffəqiyyətlər arzuladı.

Tədbirdə çıxış edən sosial-fəlsəfə elmləri namizədi Rəfiqə Əzimova Ramiz Mehdiyevinİctimai humanitar elmlər: zaman kontekstində baxışməqaləsinin bizə qınaq olduğunu bildirdi. Ötən 20 il ərzində humanitar sahədə işləyənlər öz funksiyasını yerinə yetirə bilməyiblər. Artıq keçid dövrü başa çatıb. Bu baxımdan, hədəf sosial-mədəni problemlərə yönəldilməlidir. Hadisələrə yeni baxışla, ruhla yanaşmaq  zamanı yetişib. Bu sənədlər üzərində mühazirələr hazırlanmalı universitetlərə, eyni zamanda, orta məktəblərə tətbiq edilməlidir:”İdeologiya azərbaycançılıq ideologiyası fənnindən asılı olmayaraq, sənədlər əsasında hazırlanmalıdır. Bu böyük addım ola bilər. Kadrların hazırlanması məsələsində mühüm addımların atılması məqsədəuyğun hesab edilə bilər. Ramiz Mehdiyev milli-mənəvi dəyərlərin qorumasında qeyd edir ki, insan resursları səfərbərliyə alınmalıdır. Məktəblərdə mühazirələr kursunun keçirilməsində təhsil nazirliyinin köməyindən istifadə edilməlidir”.

 Səsqəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyini baş direktoru Bəhruz Quliyev çıxışında  R.Mehdiyevin ictimai humanitar sahədə çox ciddi dəyişikliklərin edilməsinə yönəldilən məqaləsi zaman kontekstində ciddi işlərin görülməsini tələb edir. Bu məsələdə alimlərimizin qarşısında mühüm vacib məsələlərin dayandığını bildirən B.Quliyev problemlərlə bağlı aparılmasının vacibliyin vurğuladı. O, qeyd etdi ki,  alimlər ictimai humanitar elmlərin inkişafı üçün bir konsepsiya hazırlamalı bu konsepsiya təhsil haqqında Dövlət Proqramının tərkibinə salınmalıdır:”Fikrimcə, konsepsiyada alimlərin maddi vəziyyəti, gənc alimlərin yetişdirilməsinə mane olan faktorların aradan qaldırılması yolları digər faktorlar əksini tapmalıdır. Belə ki, əsərlərin ya kitabların təqdimatında alimlər maddi çətinliklə üzləşməsinlər.

Bundan başqa, alimlərin əsərlərinin kitabların təqdimatının geniş auditoriyalarda keçirilməsi məqsədəuyğundur.”

Tədbirdə çıxış edən professor Aydın Şirinov, fəlsəfə şöbəsinin rəhbəri Rəna Mehdizadə, hüquq elmləri doktoru İsaxan Vəliyev, fəlsəfə elmləri doktoru Aydın Əlizadə başqaları müəyyən təkliflərini irəli sürüb, mövzu ətrafında mülahizə fikirlərini bildirdilər.

Sonra isə konfrans geniş diskussiya şəklində davam etdirildi.

 

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2010.- 8 yanvar.- S. 5.