Milli mədəniyyətin qorunması dövlət siyasətinin əsas strateji hədəflərindən biridir

 

Azərbaycan xalqı çağdaş dönəmdə müstəqil dövlətini bərpa etdikdən sonra bütün sahələrdə öz millistrateji hədəflərini müəyyən edən bir sıra konsepsiyaqanunvericilik aktları qəbul etmişdir. Bu sıradan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Elm Strategiyasının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası xalqımızın milli maraqlarının mühafizəsini və strateji hədəflərini müəyyən etmişdir. Elm strategiyası adıçəkilən konsepsiyanın həyata keçirilməsində və Azərbaycan elminin dünya elminə inteqrasiya edilməsində mühüm vəzifələr müəyyən etmişdir.

Elm strategiyası, bütün sahələrdə olduğu kimi, folklorşünaslıq sahəsində də Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən etmişdir. AMEA-nın Folklor İnstitutu bu sahədə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi kimi dünyada folklor nümunələrinin mühafizəsi və tədqiqi ilə bağlı aparılmış işlərdən kənarda qalmamışdır. O cümlədən, bu sahədə Azərbaycan elminin nailiyyətlərinin dünya elminə inteqrasiya edilməsi və elm strategiyasının reallaşdırılması üçün elmi potensialını səfərbər etməyi qarşısına məqsəd qoymuşdur. AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmlər doktoru Hüseyn İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə institutun əməkdaşları filologiya elmlər namizədi Seyfəddin Rzasoyhüquqşünas Səməd Vəkilov tərəfindən Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası işlənib hazırlanmışdır. Sözügedən sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olmuşdur. Folklor İnstitutunun məlumatına əsasən, hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək, onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoymuşdur. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq, onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.

Azərbaycan xalqının maddiqeyri-maddi mədəni irsi onun milli özünəməxsusluğunun ən vacib komponentidir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyillərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir.  Azərbaycan xalqının mədəni irsi onun milli ideologiyasının və milli təhlükəsizlik konsepsiyasının tərkibidir. Milli Təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasına ayrıca bölmə həsr edilmişdir. Adıçəkilən bölmədə elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasətinin Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxilixarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəldilməsi strateji hədəf kimi müəyyənləşdirilmişdir.

Konsepsiyada Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, Azərbaycançılıq ideyasının təşviqi, həmçinin, dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də, ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.

Beləliklə, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən etmişdir: Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi, Azərbaycançılıq ideyasının təşviqi milli özünəməxsusluğun möhkəmləndirilməsi.

Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərlə bağlı müxtəlif istiqamətlərdə bir çox məsələləri yenidən Azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırması və elmi potensialı ölkənin mədəni-mənəvi inkişafına yönəldilməsi elm strategiyasının məqsəd və əsas hədəfləri sırasına daxil edilmişdir.

Milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptualkompleks şəkildə araşdırılması və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması məsələləri elm strategiyasının vəzifələrinə daxil edilmişdir. Bundan başqa, dövlətin elmi-texnolojiinnovasiya siyasətinin əsas istiqamətləri müəyyən edilərkən, Azərbaycan mədəniyyətinin və folklorunun öyrənilməsi əsas hədəflərdən biri kimi götürülmüşdür.

Beləliklə, adıçəkilən hər iki mühüm sənəd, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən edilməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaratmışdır.

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddiqeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilmişdir. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri bu şəkildə  qruplaşdırmaq olar: şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o cümlədən, dastanlar, nağıllar və.s. mənimsənilməsi, xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın mənimsənilməsi, milli musiqi alətlərmizin, o cümlədən, balaban, kamança, saz və.s. mənimsənilməsi, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi, Azərbaycan xalçalarının mənimsənilməsi.

Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən, “Koroğlu” və “Aşıq Qərib” dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məşhur xalq mahnısı “Sarı gəlin” beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklərə və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəklini almışdır.

Qeyri-maddi mədəni irsin mühafizəsi son illər BMT-nin elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun diqqətdə saxladığı ən aktual məsələlərdən birinə çevrilmişdir. Hazırda YUNESKO-nun Reprezentativ Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan əsərlərin formatında dəyişikliklər aparılmışdır. Qərara alınmışdır ki, reprezentativ və təhlükə altında olan əsərlər də şah əsərlər sırasında yer alsın. Həmçinin, hər hansı xalqın özünüdərk xüsusiyyətlərini özündə əks etdirən və məhv olmaq təhlükəsi altında olan nümunələr YUNESKO tərəfindən qəbul edilsin.

Mütərəqqi hal kimi, onu da qeyd etmək lazımdır ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən Bəşəriyyətin ŞifahiQeyri-Maddi İrsinin Şah Əsəri elan olunmuşdur. 28 sentyabr 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun qeyri-maddi və  mədəni tərzdə qorunması üzrə komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazırda isə “Azərbaycan xalçaları” adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı aparılır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun şifahi musiqi ənənələri sahəsi üzrə xoşməramlı səfiri Mehriban xanım Əliyevanın davamlı və yorulmaz fəaliyyəti təqdirəlayiq hal kimi qeyd edilməlidir. YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə qurulması bu sahədə sistematik işin aparılmasına öz töhfələrini vermişdir. Xüsusilə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən biridir.

Bundan başqa AMEA-nın Folklor İnstitutu, Mərkəzi Budapeşt şəhərində yerləşən Avropa Folklor İnstitutu, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan xalqının iki böyük epik mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının macar dilinə tərcümə edilməsi bu sırada görülən mühüm işlərdəndir.

Həmçinin, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasına dair” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində Qeyri-Maddi Mədəniyyət Sektorunun yaradılması və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin keçirdiyi seminarlar bu sahəyə dövlətin diqqət və qayğısının təzahürüdür. Bütün bu görülən işlərin davamlılığının təmin edilməsi aparılan işlərin bir strategiya ətrafında koordinasiya edilməsi zərurətini yaradır.

YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmişQeyri-Maddi İrsin Qorunması” Haqqında Beynəlxalq Konvensiya dünya və Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən etmişdir. Konvensiya qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə bağlı özündə bu əsasları ehtiva edir: qeyri-maddi irsin təqdimatında daşıyıcı funksiyanı yerinə yetirən sözlü ənənə və söyləmələr; təsviri sənətlər; təbiət və kainatla bağlı ənənələr; ictimai adət-ənənələr, rituallar və mərasimlər; xalq sənətləri ənənələri.

Konvensiya bu sahələrdə meydana çıxan qeyri-maddi irsin araşdırılmasını, toplanmasını arxiv və sənədləşdirilmə mərkəzlərinin yaradılmasını, muzeylərin qurulmasını, təhsil müəssisələrində dərsliklə tədrisini kütləvi informasiya vasitələrində müsbət mədəniyyət dəyərləri olaraq təbliğini və nəsillər arasında yaranan rabitəsizlik (boşluqların) aradan qaldırılmasına xidmət etməli bir tərzdə dəyərləndirilməsini əsas məqsəd hesab edir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı YUNESKO-nun müddəalarını əsas tutaraq, Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılmasının həyata keçirilməsi üçün bir sıra məqsəd və vəzifələrinin həyata keçirilməsini zəruri hesab edir. Belə ki, folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi, folklor nümünələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutları arasında koordinasiya edilməsi, folklor nümunələrinin dünya dillərinə tərcümə olunması, YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması, folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı sənədli filmlərin çəklişi, beynəlxalq elmi konfrans və festivalların keçirilməsi və s.

Azərbaycan Milli Folklor ArxivininMuzeyinin yaradılması da diqqətdən kənarda qalmamışdır.

 

 

Zümrüd

 

Səs.- 2010.- 8 yanvar.- S. 12.