Sosial siyasət prioritetdir
Prezident İlham Əliyevin Sərəncamı ilə
əhalinin təbii qaza görə borclarının
silinməsi təqdirəlayiqdir
Son illər Azərbaycanda ən müxtəlif sahələrdə həyata
keçirilən islahatlar
vətəndaş maraqlarının
etibarlı təminatına,
eləcə də, sosial problemlərin aradan qaldırılması
yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib.
Hakimiyyəti ilk gündən
xalqa və dövlətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən
dövlət başçısı
İlham Əliyev sosial-liberalizm xəttinə
üstünlük verməklə
keçid dövrü
üçün xarakterik
olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirib.
Azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosialyönümlü
siyasətin məqsədi
heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi
vəziyyətindəki kəskin
fərqi aradan qaldırmaq, ifrat təbəqələşməyə yol verməmək, cəmiyyətin
bütün üzvlərini
layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin
ictimai statusunu artırmaqdır.
Bu siyasət, eyni zamanda, insan
amilini nəzərdə
tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin
cəmiyyətdə özünə
dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış
şərait, iqtisadiyyatın
liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları
ilə qətiyyən
ziddiyyətə girmir.
Əksinə,
ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli
nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir. Dövlət
başçısı İlham
Əliyevin vurğuladığı
kimi, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası
əldə olunan uğurların əsasını
təşkil edən əsas amillərdəndir.
Dövlətin sosialyönümlü
siyasəti enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi
məsələsində də
özünü qabarıq
göstərir. Bir çox
postsosialist ölkələri
kommunal xidmətlərin
qiymətini dünya səviyyəsinə yaxınlaşdırmaq
üçün hələ
bir neçə il əvvəl “şok terapiyası”na üstünlük verdikləri halda, Azərbaycan hökuməti
məhz əhalinin aztəminatlı təbəqəsinin
sosial mənafeyini nəzərə alaraq bu yolu seçməyib.
Dövlət başçısı
bildirib ki, yanacaq sektorunda qiymətlərin tənzimlənməsi
obyektiv zərurətdən
irəli gələn,
daxili bazarın qorunması məqsədinə
xidmət edən, ən əsası sosial ədalət prinsipinə tam adekvat olan bir
addımdır. Son illər bütün dövlətlərdə yanacağın,
elektrik enerjisinin və kommunal xidmətlərin qiymətləri
qalxdığı halda,
Azərbaycan bu qiymətləri mümkün
qədər sabit saxlamağa çalışıb.
İndiyə
qədər dövlət
əhaliyə göstərilən
kommunal xidmətlərin
xərclərinin müəyyən
qismini dotasiyalar formasında üzərinə
götürürdüsə, hazırda əhalinin pul gəlirlərinin əhəmiyyətli dərəcədə
artımı nəzərə
alınaraq qiymətlərin
nisbətən liberallaşdırılması
qərara alınıb.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi, enerji
daşıyıcılarının qiymət tənzimlənməsi
həm də cəmiyyətdə sosial ədalət meyarının
qorunmasına xidmət
edir. Azərbaycan Prezidenti hesab edir ki, enerji
daşıyıcılarının qiymətləri, əslində,
dövlət büdcəsinin
gəlirlərini çoxaltmaq
üçün atılmış
addım deyildir.
Qiymətlərin tənzimlənməsi
hökumətdən daha
çox sadə vətəndaşların maraqlarına
uyğundur və dövlət başçısı
bunu kifayət qədər ciddi arqumentlərlə əsaslandırır:
“Elektrik enerjisinin və bəzi növ yanacağın qiymətinin qaldırılmasından
ölkə xəzinəsinə
daxil ediləcək məbləğ təxminən
200 milyon manat, bəlkə də, ondan bir az
çox olacaqdır.
Yəni, enerjinin qiymətlərinin qaldırılması
dövlət büdcəsinə
əlavə yükdür,
əlavə xərclərdir.
Amma biz bunu edirik. Maksimum 200-300 milyon dolların
müqabilində dövlətdən
800 milyon dollar veriləcəkdir.
Ancaq kimə? Ehtiyacı olan insanlara... Bu, sosial ədalət
prinsipidir. Biz bunu tətbiq edirik”.
Bir neçə ay əvvəl,
təbii qazın qiymətlərində növbəti
tənzimləmə baş
versə də, hazırkı qiymətlər
qonşu dövlətlərlə
müqayisədə xeyli
aşağıdır. Üstəlik,
dövlət başçısı
İlham Əliyevin 29
dekabr 2009-cu il tarixli “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının
silinməsi tədbirləri
barədə” sərəncamı
göstərir ki, Azərbaycanda enerji daşıyıcılarının və kommunal xidmətlərin tənzimlənməsi
ilə bağlı vətəndaşların mənafeyinə
toxuna biləcək cüzi ziyan belə, təxirəsalınmaz
sosial müdafiə tədbirləri ilə kompensasiya edilir.
Xatırladaq ki, həmin sərəncamla istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış
327,0 milyon manat məbləğində borcları
silinib. Belə bir qərarın
qəbulu əhalinin sosial müdafiəsini gücləndirmək, habelə,
istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində
yaranmış vəziyyəti
tənzimləmək məqsədi
daşıyır.
Məsələ bundadır ki, sayğaclaşdırma başa
çatan dövrədək,
yəni 2000-2009-cu illərdə
təbii qazın istifadəsinə görə
iri miqdarda borclar yığılıb,
əhalinin bir qismi bu borcları
ödəməkdə çətinlik
çəkib.
Ölkə başçısı tərəfindən
imzalanan sərəncam
əhalinin kommunal xidmətlərə görə
ödəniş sahəsinə
yenilik gətirərək,
onun müasir standartlara uyğun tənzimlənməsini nəzərdə
tutur. Belə ki, əhali
istehlak etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında və tam həcmdə ödəyir, dövlət
isə əhalinin fasiləsiz olaraq keyfiyyətli təbii qazla təchizatı sahəsində üzərinə
düşən vəzifələri
yerinə yetirir.
Ümumiyyətlə isə,
son illər əhalinin
təbii qaza olan tələbatının
təmin edilməsi istiqamətində vacib tədbirlərin həyata
keçirilməsi, qaz
infrastrukturunun yenidən
qurulmasında xeyli irəliləyişlərin baş
verməsi, əvvəllər
təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərlərinin
çəkilməsi, əhaliyə
verilən təbii qazın dəyərinin
tam həcmdə ödənilməsini
təşkil etmək
məqsədi ilə sayğaclaşma işlərinin,
əsasən, başa
çatdırılması əhali tərəfindən
təbii qazın dəyərinin ödənilməsinə
şərait yaratmışdır.
Sərəncamda, həmçinin, göstərilir ki, Dövlət Neft Şirkəti təbii qazın dəyərinin
tam həcmdə və
vaxtında istehlakçılardan
yığılması üçün
zəruri tədbirlər
görməlidir.
Bütün bunlar göstərir ki, ölkədə təbii sərvətlərin
satışından əldə
olunan vəsaitlər bugünkü və gələcək nəsillərin
mənafeyi naminə düzgün və səmərəli istifadəyə
xidmət edir. Dövlət məhz insan amilini rəhbər tutaraq, vətəndaşların
sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi
yönümündə təsirli
tədbirlər həyata
keçirir.
Elçin Bayramlı
Səs.- 2010.- 9 yanvar.- S. 2.