Azərbaycan hər bir sahədə uğurları ilə diqqətdədir
Azərbaycanın ictimai-siyasi həyatında baş verən dəyişikliklər, ölkədə keçirilən son seçkilər və onların nəticələri ilə bağlı məsələlərə aydınlıq gətirmək məqsədi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Nəbi XƏLİLOVLA əlaqə yaratdıq:
- Yola saldığımız il ölkəmizin siyasi inkişaf tarixinin yeni bir səhifəsinə çevrildi. Məlum olduğu kimi, respublikamızda üçüncü dəfə keçirilən bələdiyyə seçkiləri uğurla baş tutdu. 10 il ərzində fəaliyyətdə olan bələdiyyələrin seçilməsində bu artıq 3-cü seçki prosesi idi. Hesab edirəm ki, ölkəmizdə növbəti yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər Azərbaycanın seçki praktikasının təkmilləşməsində, seçki demokratiyasının genişlənməsində, bütövlükdə, ölkəmizin demokratik inkişafında əhəmiyyətli bir mərhələni təşkil edir. Seçki kampaniyasının gedişi Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təşkil edilmişdir. Seçkilərin ədalətli, şəffaf, demokratik şəraitdə keçirilməsi üçün seçki kampaniyasına qoşulan bütün tərəflər və ilk növbədə, müvafiq strukturlar öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.
Ölkədə keçirilən bələdiyyə seçkilərinə hazırlıq prosesində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları möhkəmlənən, bölgənin aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası xüsusi fəallığı ilə seçildi. Partiya 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində də siyasi təşkilat kimi iştirak etdi. Bu, YAP-ın bir tərəfdən seçki prosesinə kifayət qədər ciddi yanaşmasını, digər tərəfdən isə siyasi resurslarının genişliyini sübut edir.
YAP-ın əhəmiyyətli şəkildə hazırlanmış seçki konsepsiyası var. Seçki prosesində partiyanın bütün müddəaları və proqramları uğurla həyata keçirildi. YAP-ın seçki proosesində iştirakı ilə əlaqədar əsas hədəflərin müəyyənləşdirilməsi, namizədlərin irəli sürülməsi və qeydə alınması, onların uğurlu təşviqat kampaniyasının həyata keçirilməsi başlıca cəhət idi. Bütün bu istiqamət üzrə YAP Binəqədi rayon təşkilatı seçki prosesində çox səmərəli, gərgin fəaliyyət göstərdi. Bunun da nəticəsi uğurlu oldu.
Bildiyiniz kimi, seçki kampaniyasında irəli sürülən namizədlərin təşviqatının aparılması üçün çox geniş təşviqat proqramı hazırlanmışdır. Partiya uğurlu təşviqat kampaniyası aparıb, təşviqat lövhələri hazırlanmışdı. YAP bu seçki kampaniyası üçün “Xalqa xidmət naminə” şüarını seçmişdi. Odur ki, YAP qalib gəldi. Bu qələbənin əsasında partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dayanır.
- Bildiyimiz kimi builki bələdiyyə seçkilərində cəmiyyətin
aparıcı qüvvəsi
olan qadın və gənclərə xüsusi önəm verilmişdir. Sizcə, bu
seçim yerli idarəetmə
orqanlarının işinə öz təsirini
göstərəcəkmi?
- Əvvəlki seçkilərdən fərqli olaraq YAP İdarə Heyəti tərəfindən belə bir qərar qəbul olundu ki, budəfəki bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülən namizədlərin tərkibində qadın və gənclərə yer ayrılsın. Binəqədi rayon təşkilatı rayon ərazisində beş bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrə partiya tərəfindən 73 nəfərin namizədliyi irəli sürülmüşdü. Bu tərkibdə olan namizədlərdən 17-si gənclər, 16-sı isə qadın idi. Nəticə etibarilə qeyd edim ki, 73 nəfər namizəddən 44 nəfəri bələdiyyələrə üzv seçildi. Bu da ümumilikdə namizədlərin 60 faizini təşkil edirdi. Əvvəlki seçkilərdən fərqli olaraq biz bu seçkilərdə seçim etdik. Son illərdə təşkilat tərəfindən ərazidə olan qəsəbə və mikrorayonlarda YAP-ın yerli ərazi ilk partiya təşkilatlarının özəkləri yaradılmışdır. Rəsulzadə, Binəqədi, Biləcəri qəsəbəsində, 7-8-9-cu mikrorayonlarda yerli gənclər ərazi ilk partiya təşkilatları yaradılıb ki, seçkilərdə onların fəallığı özünü göstərdi. Gənclər istənilən tədbirlərdə fəal iştirak edirlər. Bunu nəzərə alaraq həmin gənclərin seçkilərdə namizədliyini irəli sürdük. Həmin o gənclər də namizədliklərinin dəstəklənməsində seçicilərlə təbliğat-təşviqat işini lazımi səviyyədə qurdular. Yerlərdə görüşlərin mütəmadi şəkildə keçirilməsinin nəticəsi olaraq, onlar artıq bələdiyyə üzvlərinin sırasına daxil olublar.
Gənclər və qadınlar cəmiyyətin fəal üzvləridir. Biz onların fəaliyyətindən daha çox uğurlar gözləyirik.
- Nəbi müəllim,
yola saldığımız
il bütövlükdə
Azərbaycan üçün
uğurlu oldu. Təşkilatın rəhbəri olaraq
ərazinizdə görülən
işlərlə bağlı
qısa da olsa məlumat verməyinizi istərdik.
- Bu il Azərbaycanın ictimai-siyasi həyatında nailiyyətlərlə yadda qaldı. Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilib. Yola saldığımız il ərzində Azərbaycan Respublikası Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı mart ayında referendumun keçirilməsi, ilin sonunda isə bələdiyyə seçkilərinin keçirilməsini YAP-ın uğurları kimi qeyd etməliyik. Bütün bunlarla yanaşı, YAP il boyu bir sıra tədbirləri də həyata keçirmişdir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının məlum Sərancamı ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Binəqədi rayon ərazisində məlum sərəncamın tələbindən irəli gələn müvafiq tədbirlər həyata keçirilmişdir. Uşaqların vəziyyəti ilə tanış olaraq, onların maraq və tələbatının ödənilməsinə çalışmışıq. Deyim ki, YAP Binəqədi rayon təşkilatının gənclər birliyi il ərzində fiziki cəhətdən əlil olan uşaqlarla görüş keçirmişdir. Onların ehtiyaclarını, təlabətını öyrənib, qismən də olsa, həmin uşaqların ehtiyaclarını ödəmişik. O cümlədən, “Azərbaycan Respublikasının Regionlarının Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Binəqədi rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsinin icrası ilə bağlı abadlıq-quruculuq işləri aparılıb. Bu işlər çərçivəsində bu günlərdə istifadəyə verilən “Azadlıq prospekti” metrosunu xüsusi ilə vurğulamaq istərdim. Ərazimizdə görülən işlərin nəticəsi olaraq Azərbaycan vətəndaşları bu gün ölkəmizin inkişafının hansı mərhələsində olduğunu görür və düzgün qiymətləndirirlər. Azərbaycan hər bir sahədə uğurları ilə diqqətdədir. Sosial-iqtisadi inkişaf, demokratik islahatlar sahəsində əldə edilən uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir.
Bildiyimiz kimi, qarşıdan parlament seçkiləri gəlir. Hesab edirəm ki,
YAP həmişə oldluğu
kimi, budəfəki seçkilərdə də
öz seçimini edəcək. Ötən
5 il müddətində
parlamentdə özlərinə
müvafiq yer tutub, seçicilərin etimadını doğruldanların
Zümrüd BAYRAMOVA
Səs.- 2010.- 9 yanvar.- S. 8.