Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsində

 

İlham Əliyev: “Dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ilin yekunları Azərbaycan iqtisadiyyatının davamlı inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi”

              

Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə və dövlətin maliyyə imkanları genişləndikcə əhalinin yaşayış səviyyəsi də artır. Prezident İlham Əliyevin xalqın sərvətlərindən əldə olunan gəlirlərin əhalinin sosial müdafiəsi məqsədilə sərf olunması siyasəti özünü son illər daha geniş şəkildə büruzə verir. Son 6 ildə ölkənin sürətli iqtisadi inkişafı dövlət büdcəsinin rekord məbləğə çatması, Azərbaycanın ümumdaxili məhsulunun 20-30 faiz həcmində artımı ilə dünyada liderliyi qoruması, starteji valyuta ehtiyatlarının 20 milyarda çatması bunu deməyə əsas verir. Dövlət başçısı həyata keçirdiyi düzgün iqtisadi siyasətin bəhrələrindən bütün vətəndaşların faydalanması üçün əldə olunan imkanlardan maksimum istifadə edir.

Bu, onun göstəricisidir ki, Prezidentin və hökumətin yürütdüyü maliyyə-iqtisadi siyasət doğru yolla gedir. Dünya birjalarında gedən proseslər, neftin və qızılın qiymətinin qalxması, doların avroya nisbətdə dəyərdən düşməsi kimi tendensiyalar bütün dünyada inflyasiya tempinin artmasına səbəb olub. Azərbaycanda isə hazırda deflyasiya müşahidə olunur.

Azərbaycanda il ərzində əməkhaqqı və pensiyaların artım faizi inflyasiya tempini bir neçə dəfə üstələyir. Təkcə Prezidentin son sərəncamları nəticəsində ötən il minimum pensiya və əməkhaqqı 25 faiz artırılıb.

Hazırda strateji valyuta ehtiyatlarının qeyri-neft sektoru üzrə mal və xidmətlərin idxalını maliyyələşdirmə müddəti beynəlxalq normadan 5 dəfə yüksəkdir. Bütövlükdə, bu il həm Dövlət Neft Fondunda, həm də Milli Bankda saxlanılan strateji valyuta ehtiyatlarının strateji diversifikasiyası həyata keçirilibbu zaman bir valyutadan asılılıq, müxtəlif xarici sarsıntılara həssaslığın azaldılması və bununla ehtiyatların mütləq dəyərinin saxlanmasını təmin etmək vəzifəsi yerinə yetirilib.

Prezident İlham Əliyev qarşıda duran vəzifələri belə ümumiləşdirib: “2010-cu ildə hökumətin qarşısında mövcud makroiqtisadi durum şəraitində 3 başlıca vəzifə durur: birincisi, inflyasiyanın aşağı saxlanması, ikincisi, istehsal sektorunun stimullaşdırılması, üçüncüsü, qeyri-neft sektorunun inkişafını təmin olunması”.

Ümumiyyətlə, dövlət başçısının imzaladığı kənd təsərrüfatına dəstəklə bağlı sərəncam və ərzaq təhlükəsizliyi haqda 2008-2015 illəri əhaət edən Dövlət Proqramını ekspertlər çox vacibmühüm qərarlar hesab edirlər. Çünki artıq hökumət ərzaq təhlüksizliyinin təmin edilməsi üçün əməli fəaliyyətini gücləndirib. Ölkədə taxıl fondu yaradılıb, ərzaq sektorunda məhsul bolluğu yaradılıb və bazar qiymət artımlarından sığortalanıb.

Regionların inkişaf etdirilməsi, ölkədəki miqrasiya işini də tənzimlədi. Əgər qabaqlar regionlardakı insanlar paytaxta axışaraq, burada məskunlaşmağa çalışırdısa, indi artıq bu proses əks-məcraya yönəlib və regionlarda açılan yeni yerləri paytaxta işçi qüvvəsi axınının qarşısını alıb. Artıq əyalət əhalisi ilə paytaxt əhalisi arasındakı yaşayış fərqi minumuma endirilib. Bu isə regionların inkişafında yüksək göstəricilərin əldə edilməsi deməkdir.

Son 6 ildə həmin istiqamətdə kompleks tədbirlər hazırlanaraq, uğurla həyata keçirilib. Xüsusən, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın (2004-2008-ci illər) reallaşması, bu proqramın daha böyük ictimai maraq kəsb etməsi və ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi dəyərləndirilməsi nəhəng işlərin 6 il ərzində həyata keçirilməsi deməkdir.

Proqrama əsasən, hökumət regionlarda kənd təsərrüfatının inkişafını, o cümlədən, emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin dirçəldilməsi fonunda yeni yerlərinin açılmasını təmin edib. Ümumiyyətlə, həmin proqramın ötən illər ərzində uğurla yerinə yetirilməsi Prezident İlham Əliyevin 5 il müddətində Azərbaycanda 600 min yeni yerinin açılacağı barədəki vədinin vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirildiyini göstərir. Hazırda 850 min yeni yerinin açılması bir faktdır.

Beləliklə, Azərbaycanda həyata keçirilən iqtisadi və maliyyə siyasəti əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasını təmin edib. Bütün bu qeyd olunanları nəzərə aldıqda, söyləmək olar ki, bəzi müxalifət ekspertlərinin proqnozlarının əksinə olaraq, cari ildə ölkədə qiymət artımı baş verməyəcək, əksinə, əksər əmtəələrin qiymətində azalma müşahidə olunacaq. Bunu şərtləndirən əsas amillərdən biriodur ki, ötən il ölkənin kənd təsərrüfatı sektorunda rekord məhsul əldə edilib.

Prezidentin qeyri-neft sektoruna, xüsusilə də, aqrar sektora qayğısı, fermerlərə dövlət dəstəyinin göstərilməsi, həmçinin, regionların inkişafı ilə bağlı məlum Dövlət Proqramı ölkənin əmtəə bazarında təklifin çoxalmasına gətirib çıxarıb. Bu, o deməkdir ki, tələb üstələnib və bazarlarda nəinki qiymət artımları gözklənilmir, əksinə, müşahidə olunan ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.

    Dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ilin yekunları Azərbaycan iqtisadiyyatının davamlı inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi”-deyən dövlət başçısı inkişaf kursunun düzgünlüyünü bir daha təsdiq edib. Ölkə rəhbərliyi tərəfindən dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf kursunun uğurla aparılması növbəti ildə də böyük nailiyyətlərə imza atılacağına inam yaradır.

Əminliklə demək olar ki, Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi prosesi demokratik prinsiplərə söykənməklə yanaşı, respublikada makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, real sektorun dinamik inkişafına, onun maliyyə təminatının gücləndirilməsinə xidmət edir.

Azərbaycanda həyata keçirilmiş düzgün iqtisadi siyasət Azərbaycanın 2009-cu ildə də dinamik inkişaf edəcəyinə, qarşıya qoyduğu bir sıra vəzifələri uğurla yerinə yetirəcəyinə etibarlı zəmin yaradır.

Bütün bunlar göstərir ki, Azərbaycan doğru yoldadır və bu əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yoldur. Azərbaycan xalqı bu yolda xoşbəxt gələcəyini görürbuna inanır.

Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uğurlu siyasiiqtisadi strategiya artıq öz bəhrələrini verib və gələcəkdə də verəcək. Bütün bunların nəticəsidir ki, getdikcə Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz dünyada söz sahiblərindən birinə çevrilir. Bu, artıq ulu öndər Heydər Əliyev siyasətinin tam qələbəsi deməkdir. Bu qələbənin başında Heydər Əliyev məktəbinin ən layiqli tələbəsi İlham Əliyev dayanır.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 12 yanvar.- S. 2.