Əldə olunan
sosial-iqtisadi nailiyyətlər bu il də uğurla
davam etdiriləcək
İlham Əliyev: “Bizim siyasətimiz Azərbaycan
xalqının mənafeyinə xidmət edir”
Artıq 2009-cu ili geridə
qoymuşuq. Keçən il əldə olunan iqtisadi
uğurlar, qazanılan naliyyətlər göz qabağındadır.
Məlumdur ki, dünyada hökm
sürən maliyyə və iqtisadi böhranın nəticələri
bəzi ölkələrdə hələ də hökm
sürməkdədir. Demək olar ki, bütün ölkələrə
bu böhran çox böyük mənfi təsir göstərib.
Azərbaycan iqtisadiyyatı isə bu müddətdə öz
inkişafını böyük bir uğurla davam etdirib. Cari
ildə ümumi daxili məhsul istehsalı 6,1 faiz artıb. Bu
onu göstərir ki, Azərbaycan iqtisadiyyatı
çoxşaxəlidir, hansısa bir sektorun inkişafından
asılı deyildir.
Müsbət cəhət
burasındadır ki, iqtisadiyyat inkişaf etdirilməklə
yanaşı, əhalinin sosial problemləri də sürətlə
aradan qaldırılır. Sevindirici haldır ki, Azərbaycanda
makroiqtisadi vəziyyət sabitdir. Ötən müddətdə
inflyasiya cəmi 2,1 faiz təşkil edib. Bu, da çox gözəl
göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri
sabitdir və belə olan halda böhranın insanların həyatına
təsiri minimum səviyyədədir.
Əhalinin pul gəlirləri isə təxminən 10 faiz artıb. Bu, onu göstərir ki, Azərbaycan
vətəndaşlarının güzəranının səviyyəsi
getdikcə yüksəlir. Əhalinin 10 faiz artan pul gəlirləri,
2 faizlik inflyasiya- deməli, real artım
tempi 8 faizdir. Böhranlı
il üçün
bu, dünya miqyasında nadir bir göstəricidir.
Əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu, ilk növbədə
onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır.
Yəni,
daha da çox
gəlirlər əldə
edilir. Digər tərəfdən, onu göstərir ki, banklara olan
inam və etibar çox yüksək səviyyədədir.
Bu da öz
növbəsində bank sektorunun
inkişafına xidmət
göstərir.
Mərkəzi Bankın səyləri nəticəsində manatın
məzənnəsinin sabit
vəziyyətdə saxlanılması
bu vəziyyəti şərtləndirib. Baxmayaraq ki, bölgədə
yerləşən bütün
ölkələrdə milli
valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu siyasət nəticəsində
əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ öz həllini tapıb.
“Bütün bu göstəricilər özlüyündə
hər şeyi açıq-aydın ortaya
qoyur ki, Azərbaycan indi böhrandan ən az əziyyət çəkən ölkələrdən
biridir. Bunun başlıca səbəbi
vaxtında aparılan
islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir.
“Biz tam əminik ki, bizim siyasətimiz
Azərbaycan xalqının
mənafeyinə xidmət
edir və bunun ən gözəl
göstəriciləri də
doqquz ayın sosial-iqtisadi yekunlarıdır”-
Prezident İlham Əliyev bildirir.
Azərbaycanın böyük təbii resursları- neft-qaz resursları var. Hökumət
neftdən gələn
gəlirləri vaxtlı-vaxtında
insan kapitalına, infrastruktur layihələrinə
yönəldir. Bu vəsaitlər
əsasən, sahibkarlığın
inkişafına, kreditlərin
verilməsinə, infrastruktura
və texnikanın alınmasına yönəldilir.
Ona görə iqtisadiyyatımız
neft amilindən asılılığını artıq böyük dərəcədə aşağı
endirə bilib.
Bu gün Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir. İlin sonuna
bu rəqəm 20 milyardı keçməlidir.
Bu da ölkə
üçün çox
böyük bir maliyyə qarantıdır.
Bütün sosial proqramlar icra edilir. Keçən ilin doqquz ayında
orta əmək haqqı 15 faiz artıb. İndi Azərbaycanda orta
əmək haqqı
370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və
hazırda 150 min ailəyə
ünvanlı sosial yardım göstərilir.
Ümummilli lider Heydər
Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində ölkədə
yaranmış siyasi sabitlik və dinamik iqtisadi yüksəliş təhsil
sahəsinə əlverişli
şərait yaradıb.
Bu sahəyə ayrılan
vəsait 2003-cü illə
müqayisədə 5 dəfədən
çox artaraq 1,3 milyard manata
çatıb, investisiya
qoyuluşları isə
5,8 milyon manatdan 220 milyon manata yüksəlib.
Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsi
balanslaşdırılmış əsasda tərtib edilib. Dünya bazarında hazırda
neftin bir barrelinin qiyməti 80 dollar
ətrafında olsa da, büdcədə 45
dollar hesablanıb. Neftin qiyməti
50-70 dollar arasında qalsa,
ölkəmiz daha bir neçə yüz milyon dollar gəlir əldə edəcək.
Ancaq hətta
45 dollar olmaqla belə,
Azərbaycanın qarşısında
duran bütün sosial, iqtisadi və infrastruktur layihələrini icra etmək üçün imkanlar var. Əgər neftin qiyməti bundan artıq olsa, əlbəttə ki, Azərbaycan bundan ancaq fayda
götürəcək, bizim
valyuta resurslarımız
daha da çoxalacaq.
Paralel olaraq Dövlət Neft Fondunda cəmləşən
vəsait, Mərkəzi
Bankın ehtiyatları
və Maliyyə Nazirliyinin resursları artır.
“Bu gün əgər bizim valyuta ehtiyatlarımız
19 milyarddırsa, gələcəkdə
bu daha da
artmalıdır. Biz bunu
50 milyarda da, ondan böyük rəqəmə də çatdırmalıyıq ki,
gələcəkdə bu
vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər
sosial məsələlərin
həllinə xidmət
göstərsin. Böyük məbləğ
yaradılmalıdır ki,
idarəolunmadan əldə
olunacaq faizdən biz dövlət büdcəsinin
yükünü daha da azaltmaq üçün
istifadə edək”- Prezident İlham Əliyev bildirir.
Yeni ildə müxtəlif sahələrdə islahatların
davam etdirilməsi gözlənilir. Bu islahatlar
həm bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni
zamanda, əhalinin sosial məsələlərinin
həllinə də xidmət göstərəcək.
Sirr deyil ki, keçid
dövrünü yaşayan
ölkələrdə, adətən,
ciddi islahatlar insanların müflisləşməsinə
gətirib çıxarır. Ancaq Azərbaycanda
ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi
də bax, bu siyasətin təzahürüdür.
Büdcə həm sosial yönümlüdür, həm
investisiya yönümlüdür,
həm də vacib infrastruktur layihələrinin icrası
nəzərdə tutulur. İnvestisiya
xərcləri, haradasa
5 milyard dollar ətrafında
olacaq, eyni zamanda, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər
nəzərdə tutulur
və o yardımların
səviyyəsi tədricən
artırılır.
Elçin Bayramlı
Səs.- 2010.- 13 yanvar.- S. 2.