“Həmyaşıddan-həmyaşıda”
pilləli tədrisi layihəsi həyata keçirilir
Xəbər verildiyi kimi, ombudsman Elmira Süleymanovanın təklifi
üzrə Təhsil Nazirliyi ilə əldə olunmuş razılığa əsasən,
Bakıdakı üç
pilot məktəbində
insan hüquqlarının
tərkib hissəsi olan uşaq hüquqları sahəsində
“Həmyaşıddan-həmyaşıda”
pilləli tədrisi nəzərdə tutan layihə həyata keçirilir. Bu layihə çərçivəsində fəaliyyət tədricən
respublikamızın bütün
məktəblərini əhatə
edəcəkdir.
Layihə ilə bağlı açıqlamasında insan
hüquqları üzrə
müvəkkil Elmira Süleymanova ilk treninqin pilot məktəbi kimi seçilmiş Nəsimi rayonundakı 5, Yasamal rayonundakı 31 və Nərimanov rayonundakı
207 saylı orta ümumtəhsil məktəblərində
olmuş, müəllim
və şagird kollektivi ilə görüşmüş, adıçəkilən
layihənin məqsəd
və məramını
izah etmiş, uşaqların öz iştirakı ilə orta məktəblərdə
uşaq hüquqları
üzrə pilləli
tədrisin səmərəli
modullar əsasında
həyata keçiriləcəyini
və insan hüquqlarının öyrənilməsində
yenilik kimi qiymətləndirildiyini diqqətə çatdırıldığını
vurğuladı. Uşaq
hüquqları üzrə
pilləli tədris həmin təhsil müəssisələrində davam etdirilir. Ombudsmanın tapşırığına
əsasən, təsisatın
əməkdaşlarından ibarət yaradılmış
qrupun üzvləri 5,
31 və 207 saylı orta məktəblərdə
üç pillə
(III-IV, V-VII və VIII-X siniflər)
üzrə treninqlər
keçirilib.
Keçirilən treninqlərdə
məktəbin müəllimləri
və şagirdlər
iştirak edib. Treninq zamanı uşaqlar interaktiv müzakirələrdə fəal
iştirak etdi. Uşaq hüquqları üzrə
pilləli tədris zamanı keçirilən
treninqdə ölkəmizin
qoşulduğu və
ötən il 20 illiyi qeyd olunmuş
Uşaq Hüquqları
Konvensiyası, habelə,
“Uşaq hüquqları
haqqında” Azərbaycan
Respublikasının Qanunu
barədə ətraflı
məlumat verildi.
Tədbirdə çıxış edən ombudsmanın nümayəndələri respublikamızda
uşaqların hərtərəfli
inkişafı, intellektual
səviyyəsinin yüksəldilməsi,
vətənpərvərlik ruhunda yetişməsi, əqli və fiziki tərbiyəsi istiqamətində tədbirlər
görüldüyünü, müvəkkil təsisatının yarandığı
ilk gündən uşaq hüquqlarının
müdafiəsinə və
təbliğinə böyük
diqqət yetirdiyini söylədilər. Həmçinin, görüşdə uşaq
hüquqları sahəsində
pilləli tədrisi həyata keçirməyə
yönəlmiş layihə
çərçivəsində təşkil olunan treninqlərin uşaqlarla yanaşı, müəllimlərin
geniş də əhatə olunduğu vurğulandı. Bu layihə çərçivəsində
uşaq hüquqları
üzrə tədrisi
həyata keçirmək
məqsədilə ombudsman
təsisatında yeni metodologiyaya əsaslanmaqla
“Uşaq hüquqları
hamı üçün”
adlı kitabın və “Uşaq hüquqları üzrə
pilləli tədrislə
bağlı seçilmiş
mövzular” adlı dərs vəsaitinin nəşr olunduğu bildirildi.
Tədbirdə ölkə Prezidentinin
Sərəncamı ilə
Uşaq ili kimi elan olunmuş
və uğurla başa çatan 2009-cu ilin bu istiqamətdə
gerçəkləşdirilən mühüm işlər, o cümlədən, müvəkkilin həyata keçirdiyi silsilə tədbirlərlə yadda qaldığı vurğulandı.
Ombudsmanın uşaqların
cinsi istismar və sui-istifadədən müdafiəsinə
dair Avropa Şurası Konvensiyasının
ölkəmiz tərəfindən
ratifikasiya edilməsini,
“Uşaqların cismani
cəzadan müdafiəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
qəbul olunmasını
təklif etdiyi nəzərə çatdırıldı.
Müvəkkilin nümayəndələri qeyd etdilər ki, ölkəmizin şəhər və rayonlarında, kənd yerlərində yaşayan
uşaqların problemləri
ilə bağlı ombudsmana dərhal müraciət etmək məqsədilə təsisatda
24 saat fəaliyyət
göstərən 916 nömrəli
“qaynar xətt” yaradılmışdır.
Müvəkkil təsisatında
hazırlanmış hüquqi
nəşrlər, “Mənim
hüquqlarım”, “Uşaqları
cismani cəzadan qoruyun” adlı, habelə, 916 nömrəli
“qaynar xətlə” bağlı plakatlar məktəblərə təqdim
olundu.
Qeyd edək ki, üç
pillə üzrə seçilmiş və treninqlərdə iştirak
edən məktəblilər
Ombudsman Aparatı əməkdaşlarından uşaq
hüquqları sahəsində
öyrəndikləri bilgiləri
davamlı olaraq keçiriləcək növbəti
məşğələlər zamanı bir pillə aşağı siniflərdə trenerlər
kimi tədris edəcəklər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 yanvar.- S. 3.