Möhkəm əqidəli
və prinsipial insan
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının
üzvü, partiyanın Yasamal rayon təşkilatının
sədri, professor Fikrət İsmayılovun 75 illik yubiley
mərasimi keçirilib
Dünən Bakı Dövlət Universitetində
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,
partiyanın Yasamal rayon təşkilatının
sədri, professor Fikrət İsmayılovun
75 illik yubiley mərasimi keçirilib. Mərasimdə giriş sözü
ilə çıxış
edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov
yubilyarın həyat və fəaliyyəti haqqında danışaraq
F.İsmayılovun şərəfli
ömür yolu keçdiyini bildirib.
F.İsmayılovun tanınmış
elm xadimi olduğunu da xatırladan akademik yubileyin təhsil ocağında keçirilməsinin
təsadüfi olmadığını
deyib. O, F.İsmayılova
gələcək fəaliyyətində
uğurlar arzulayıb.
YAP Sədrinin müavini
- İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək
F.İsmayılovu 75 illik
yubiley münasibətilə
təbrik edib. Əli Əhmədov bildirib ki, F.İsmayılov bütün
siyasi fəaliyyətində
Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalıb. “Bu gün 75 illik yubileyini qeyd etdiyimiz F.İsmayılov keçməkeşli ömür
yolu keçib. Bütün fəaliyyətində
o, dövlətçiliyə
sadiq olub və xalqımıza şərəflə xidmət
göstərib. Xüsusilə
qeyd etmək istəyirəm ki, Fikrət müəllim Heydər Əliyev ideyalarına sadiq bir insandır” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki,
yubilyar Yeni Azərbaycan Partiyasının
yaradılmasında yaxından
iştirak edib. Onun sözlərinə görə, F.İsmayılovun
rəhbərlik etdiyi
YAP Yasamal rayon təşkilatı böyük
bir strukturdur. Belə ki, bu
təşkilat öz ətrafında 24 min nəfərə qədər
üzvü birləşdirir.
Bunun böyük bir qüvvə olduğunu qeyd edən Əli Əhmədov təşkilatın
siyasi proseslərdə
fəal iştirak etdiyini bildirib. YAP Sədrinin müavini
qeyd edib ki, F.İsmayılovun xidmətləri dövlət
tərəfindən qiymətləndirilib
və ölkə Prezidenti tərəfindən
o “Şöhrət” ordeni ilə təltif olunub. Əli Əhmədov yubilyara gələcək elmi və siyasi
fəaliyyətində uğurlar
arzulayıb.
Mərasimdə çıxış
edən Milli Məclis sədrinin müavini, YAP İdarə
Heyətinin üzvü
Bahar Muradova da çıxışında
yubilyar haqqında ürək sözlərini
deyib. O, bildirib ki, ilk fəaliyyətə
Yasamal rayonunda başlayıb və partiyaya da bu
rayon təşkilatında
üzv qəbul edilib. B.Muradovanın sözlərinə görə,
partiya fəaliyyəti
ilə məşğul
olduğu zaman F.İsmayılovla tanışlığı
başlayıb. Onun sözlərinə görə,
F.İsmayılov möhkəm
əqidəli və işində prinsipial şəxsdir. Məhz bu, xüsusiyyətlər yubilyara fəaliyyətində
hər zaman uğurlar gətirib.
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti Arif Həşimov F.İsmayılovun
Azərbaycan cəmiyyətində
görkəmli elm xadimi kimi tanındığını
vurğulayıb. Onun sözlərinə görə,
yubilyar öz fəaliyyəti ilə Azərbaycan elminə töhfələr verib.
Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının
sədr müavini Tağı Əhmədov çıxışında F.İsmayılovun
Yeni Azərbaycan Partiyasının fəaliyyətində
özünəməxsus rolu
olduğunu vurğulayıb.
O, qeyd edib ki, F.İsmayılov 1992-ci
ildə YAP yarandıqdan
sonra bütün ömrünü daha çox partiya işinə sərf edib.
Mərasimdə, həmçinin,
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim
Mehdiyev, Xalq şairi Nəriman Həsənzadə və digərləri çıxış
edərək yubilyar haqqında fikirlərini bildirib və ona cansağlığı,
uğurlar arzulayıblar.
75 illik yubileyini qeyd edən F.İsmayılov deyilən bütün xoş sözlərə görə
təşəkkürünü bildirib. O, bütün həyatı boyu Heydər Əliyev yoluna sadiq olduğunu
qeyd edərək bu yoldan heç
zaman dönməyəcəyini
vurğulayıb. Çünki
bu yol Azərbaycanı
xoşbəxt gələcəyə
aparan yoldur.
Səs.- 2010.- 13 yanvar.- S. 4.