YAP xalqın etimadını qazanmış
partiyadır
Kərim Kərimov: “Yeni Azərbaycan Partiyası
ümumxalq partiyasıdır”
Müstəqil Azərbaycanın
qurucusu, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycan regionun inkişaf etmiş ölkəsinə çevrilib.
Həm iqtisadi, həm hərbi, həm də siyasi cəhəddən uğurlar əldə etməkdədir. Sözsüz ki, bu uğurlarda ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının
da xüsusi yeri var. Ümummilli
liderimizin dünənin,
bugünün və gələcəyin partiyası
adlandırdığı hakim
Yeni Azərbaycan Partiyası (YAP) xalqımızın
inamını qazanmış
bir partiyaya çevrilib. Məhz bütün
bunların nəticəsidir
ki, 1992 ci ilin noyabrında fəaliyyətə başlayan
YAP respublikamızda keçirilən
bütün seçkilərdə-1993,
1998, 2003 və 2008-ci ilin
Prezident, 1995, 2000, 2005-ci ilin
parlament, 1999, 2004 və
2009-cu ilin bələdiyyə
seçkilərində Yeni
Azərbaycan Partiyasının namizədləri
böyük səs çoxluğu ilə qələbə qazanıblar.
Bütün bunlar xalqımızın
ulu öndər Heydər Əliyevə və hakim Yeni
Azərbaycan Partiyasının
sədri, Prezident İlham Əliyev cənablarına inam və etimadından irəli gəlir. Ötən ilin dekabrında keçirilən
növbəti dəfə
bələdiyyə seçkiləri
də bunu bir daha təsdiqlədi. Hər dəfə olduğu kimi, bu dəfə
də respublikamızda
ədalətli, demokratik
seçkilər keçirildi.
Yerli özünüidarəetmə
orqanlarına keçirilən
seçkiləri yerli
müşahidəçilərlə yanaşı, beynəlxlaq
müşahidəçilər də izləyirdi. Aparılan müşahidələr
bir daha onu göstərdi ki, Azərbaycanda hər zaman demokratik, ədalətli seçkilər keçirilib.
Bütün bunlar isə müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu
demokratik islahatların
nəticəsidir. Bu gün də Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu istiqamətində uğurlu
işlər həyata
keçirməkdədir. Mərkəzi Seçki Komissiyasının
(MSK) dekabrın 23-də keçirilmiş
seçkilərdə bələdiyyə
üzvü seçilmiş
namizədlər haqqında
statistik məlumatında
bildirilir ki, seçkilərdə qalib
gəlmiş şəxslərin
10 min 705 nəfərinin
namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi
isə təşəbbüs
qrupları, 4809 nəfərin namizədliyi
isə özləri tərəfindən irəli
sürülüb. Bələdiyyərdə
siyasi partiyaları təmsil edən namizədlərin 10 min
290-nı YAP, 132-si “BQP”, 81-i “BAXCP”, 62-i “AVP”, 61-i “VHP”, 41-i “Ümid”, 15-i ADİSP, 14-ü “VBP”, 5-i ASRP,
4-ü Müsavat partiyasının
üzvləridir. Bitərəflərin
sayı 4157, partiya mənsubiyyətini göstərməyənlərin
sayı 157 nəfərdir.
Builki bələdiyyə
üzvlərinin 9 min
979-zu ali, 2711-i natamam ali təhsillidirlər. Bələdiyyə üzvlərinin
1157-ni kişilər, 4074-nü qadınlar təşkil edirlər. Bələdiyyə
üzvlərinin 4243-ü 21-30, 2615-i 31-40,
4781-i 41-50, 3293-ü 51-60 yaş qrupuna daxildirlər. 659 nəfərinin yaşı
60-dan yuxarıdır. Ümumilikdə
isə, 15 min 591 nəfər bələdiyyə
üzvü seçilib.
Məsələyə münasibətini
öyrəndiyimiz Yeni
Azərbaycan Partiyası
İdarə Heyətinin
üzvü Kərim Kərimov qeyd etdi ki, bütün
bunlar onun göstəricisidir ki, hakim partiya olan
YAP ümumxalq partiyasına
çevrilib. - Bildiyiniz kimi,
2009-cu ilin dekabrında
keçirilən bələdiyyə
seçkiləri ölkəmizdə
keçirilən sayca
üçüncü bələdiyyə
seçkiləri idi. Ötən bələdiyyə
seçkilərində Yeni
Azərbaycan Partiyasının
bələdiyyələrdə təmsilçiliyi təxminən
65 % təşkil edirdi.
Bu dəfə nəzərdə tutmuşduq
ki, bu göstəricini
70%-ə çatdıraq.
Ötən seçkilərə
nisbətən YAP-ın
bələdiyyə seçkilərində
təmsilçiyi 2 % artıq
oldu, yəni 67% təşkil etdi. Son bələdiyyə seçkilərində iştirak
edən seçicilərin
2\3 hissəsi Yeni Azərbaycan Partiyasının
namizədlərinə səs
veriblər. Eyni zamanda, onu da qeyd etmək
istəyirəm ki, YAP
bələdiyyə seçkiləri
ilə əlaqədar
olaraq, bütün rayon və şəhərlərdə
3 mərhələdən ibarət
seçki qanunvericiliyinə
uyğun olaraq, seçki kampaniyası apardı. Yəni həmişə olduğu
kimi, bu seçkilərdə də hakim Yeni
Azərbaycan Partiyası
digər partiyalardan fərqli olaraq, aktiv, uğurlu seçki kampaniyası həyata keçirdi. Yeni Azərbaycan Partiyası, digər seçkilərdə olduğu
kimi, 2009-cu il seçkilərində də
uğur əldə etdi. Bütün bunlar ölkə vətəndaşlarının Yeni Azərbaycan Partiyasına inamının,
ixtidara olan etimadının nəticəsidir.
Bu gün YAP-ın 500 min üzvü var və bu, onu
deməyə əsas verir ki, Yeni
Azərbaycan Partiyası
ümumxalq partiyasıdır.
Bu, 9 milyonluq əhali üçün böyük bir uğurdur. YAP-ın bölgədə analoqu yoxdur, yəni hakim Yeni Azərbaycan
Partiyası regionun ən güclü partiyasıdır. Bu da özünü nəinki bələdiyyə
seçkilərində, həmçinin,
prezident və parlament seçkilərində
də göstərir.
O da məlumdur ki, Azərbaycanda müxalifət adında real qüvvə yoxdur. Ümumiyyətlə,
onların sosial bazası yoxdur ki, seçkilərdə iştirak edə bilsin. Yəni ölkəmizdə fövqəlqüvvəyə
malik bir partiya varsa, o da Yeni
Azərbaycan Partiyasıdır.
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 15 yanvar.- S. 5.