“İki sahil” qəzetinin xüsusi buraxılışı
Azərbaycan neftinin canlı əfsanəsi, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri
doktoru, neft sənayesinin korifeylərindən
biri görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin
80 illik yubileyi münasibətilə
“İki sahil” qəzetinin xüsusi buraxılışı nəşr edilmişdir.
Rəngli, illüstrativ materiallardan geniş istifadə olunan 40 səhifəlik xüsusi buraxılış akademik Xoşbəxt Yusifzadənin
“Hələ ki yaşayır, çalışır,
düşünür, sözümü
deyirəm və hərdən bu barədə fikirləşəndə
yadıma dünyagörmüş
kişilərin sözü
düşür: Biz
əlimizdən gələni,
bacardığımızı etdik. Qoy bizdən
sonra gələnlər
onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”
fikiri ilə başlayır.
İkinci səhifədə bu gün Azərbaycana böyük uğurlar qazandıran neft stretgiyasının banisi ulu öndər Heydər Əliyevin 12 iyul 1999-cu il tarixdə “Şahdəniz”
yatağında əldə
edilmiş nəticələrin
təqdimat mərasimindəki
nitqində söylədiyi
“ Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt
Yusifzadə burada xatırlatdı. 1969-cu ildə
mən Azərbaycana başçılıq etdiyim
zamandan-70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün
çox böyük işlər görmüş
və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz
deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan
neft və qaz yataqlarından istifadə edilməsi üçün
lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri
aparmasaydıq, şübəhəsiz
ki, indiki nailiyyətləri əldə
edə bilməzdik.
... Bu gün “Şahdəniz”
konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq
700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, deyir
ki, orada bir trilyon kubmetrə
qədər qaz olacaqdır” fikir qeyd olunur.
Sonrakı səhifələrdə
Xoşbəxt Yusifzadənin neft sənayesində keçdiyi böyük həyat yolu, sevimli neftçi peşəsi, həmkarları,
doğmaları, dostları haqqında fikirlər öz əksini tapıb. Ayrı-ayrı
illərdə rastlaşdığı
təsadüflərin Xoşbəxt
Yusifzadəyə qazandırdığı
uğurlar xüsusi buraxılışda
diqqətə çatdırılır. Təsadüflər
müxtəlif illəri
əhatə etdiyi kimi, onların istiqamətləri də fərqli olur. Xoşbəxt Yusifzadənin
həyatında bu məqamlar istənilən
qədərdir. Ən
başlıcası, neft
mühəndisi ixtisasını
seçməsində rastlaşdığı
təsadüf xüsusi qeyd edilir. Orta məktəbi
bitirdikdən sonra xeyli tərəddüdlərdən
sonra həkim olmaq istəyir. Lakin Tanrının taleyinə yazdığı
qismət onu bu qərarından daşındırır. Qarşılaşdığı
növbəti təsadüf onun gələcək fəaliyyəti,
adlı-sanlı neftçi
olması üçün
təməl olur.
Xüsusi buraxılışın
diqqətçəkən yazılarından
biri də “Mənalı ömrün yaddaqalan səhifələri...”dir. Sevib-seçərək
ailə qurduğu Fəridə xanımın
onun həyatında, sonrakı illərdə qazandığı nailiyyətlərdə
oynadığı böyük
rol maraqlı məqamlarla qeyd edilir. Oğlu Bağı və qızı Eltac valideynlərinin yolunu davam etdirirlər.
Görkəmli neftçi
alim Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətindən bəhs edən xüsusi nəşrdə Xoşbəxt Yusifzadənin rəhbərliyi
altında
Xəzər dənizində aparılan geoloji-kəşfiyyat
işlərinin
parlaq nəticələr
verməsi
konkret
faktlarla
diqqətə çatdırılır.
“Neft Daşları sınaq meydanıdır” yazısında
möcüzələr adasının
onun həyatında oynadığı rol ətraflı şərh olunur.
Xoşbəxt Yusifzadənin
neftçi-alim və peşəkar mütəxəssis
kimi topladığı
böyük təcrübə
Azərbaycan Dövlət
Neft Şirkətinin vitse-prezidenti vəzifəsində
göstərdiyi səylər
nəticəsində daha
da zənginləşmişdir.
Xoşbəxt Yusifzadə
1994-cü ildən Dövlət
Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən
birinci vitse-prezidentidir. Müstəqil Azərbaycanın neft strategiyasının uğurla
həyata keçirilməsində,
dünyanın tanınmış
neft şirkətləri
ilə bağlanmış
müqavilələrin gerçəkləşməsində
böyük əzmkarlıq
göstərir.
Müstəqil Azərbaycanın
ali mükafatları-
“İstiqlal”, “Şərəf”
və “Şöhrət”
ordenləri ilə təltif olunması, 80 illik yubileyinin keçirilməsi
haqqında Prezident İlham Əliyevin sərəncamı
da xüsusi buraxılışın səhifələrində önəmli yer tutur. Dövlət başçısının qeyd olunan sərancamında
da bildirilir ki, ölkəmizdə zəngin
neft-qaz yataqlarının
kəşf edilməsi
və işlənməsində,
neft sənayesi və elminin inkişafında, Xəzər
dənizindəki genişmiqyaslı
axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt
Yusifzadənin
böyük xidmətləri
vardır. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi
və bilavasitə
iştirakı ilə
20 neft və qaz kondensat yatağı-
“Bahar”, “Günəşli”,
“Azəri”, “Çıraq”,
“Kəpəz” və digər yataqlar kəşf olunub.
Xüsusi buraxılışın “Unudulmaz
anlar, görüşlər”
yazısında ulu öndərin respublikaya rəhbərlik etdiyi 30 ildən çox bir tarixi zaman kəsiyində
Xoşbəxt Yusifzadənin Heydər Əliyevlə görüşləri, dahi
şəxsiyyətin onun haqqındakı xoş sözləri qeyd edilir.
“İllər
onu tanınmış
alim, neftçi kimi məşhurlaşdırdı...”
yazısında bir daha vurğuanır ki, Xoşbəxt Yusifzadə respublikanın neft və qaz sənayesinin
aktual problemlərinin həllinə yönəlmiş
elmi yaradıcılıqla
məşğul olur.
1961-ci ildə namizədlik,
1987-ci ildə
isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 170-dək elmi məqalənin, 17 monoqrafiyanın,
6 ixtiranın müəllifidir.
Xüsusi buraxılışa “Yeni iş günü başlanır...” sözləri
ilə yekun vurulur. Xoşbəxt Yusifzadə bu gün də yorulmadan çalışır,
elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir.
Səs.- 2010.- 15 yanvar.- S. 7.