Klassik musiqi həvəskarları klubunun
növbəti görüşü
Xalq artisti Teymur Göyçayev sənət yolundan
söz açdı
Niyazinin Ev-Muzeyində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti
Muzeyi nəzdindəki
klassik musiqi həvəskarları klubunun
növbəti tədbiri
keçirildi. Növbəti
tədbirdə respublikanın
xalq artisti, Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev iştirak edirdi.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti
Muzeyinin direktoru, sənətşünaslıq namizədi,
əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq, artıq ənənə halını almış bu tədbirlərdə respublikanın tanımış
mədəniyyət işçiləri
ilə görüşlər keçirdiyini bildirdi. O, qeyd etdi ki, dirijor,
pedaqoq, aranjimançı
Teymur Göyçayev
təkcə Azərbaycanda
deyil, ölkəmizin hüdudlarından kənarda
da tanınır. O, on ildən artıqdır
ki, Qara Qarayev adına Kamera Orkestrinə rəhbərlik edir. Onun pedaqoq kimi
fəaliyyəti yüksək
dəyərləndirilir. Teymur
Göyçayev altı
yaşlı uşaqlardan
gələcəyin musiqiçilərini
yetişdirir. Həmin
uşaqlar yaxşı
təhsil alaraq böyüyür və müxtəlif orkestrlərdə
fəaliyyət göstərmələrinə
baxmayaraq, Teymur Göyçayev yaratdığı
orkestrin sıraları
möhkəm və istedadlı musiqiçilərdən
ibarətdir.
Görüşdə çıxış
edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin direktoru Nazilə Yaqubova Teymur Göyçayevin yaradıcılıq irsinin
orijinallığından söz
açdılar.
Teymur Göyçayev isə görüş iştirakçılarına
onu narahat edən məsələlərdən
danışaraq, ölkəmizdə
skripka, violonçel, faqot sinifləri üzrə müəllimlərin
azlığını vurğuladı.
Ustad dərsləri üçün mütləq
pedaqoqlar dəvət edilməlidir. Teymur Göyçayev qastrol səfərlərində musiqimizin
hamını necə heyran etdiyini xatırladaraq, bildirdi ki, Dövlət Gənclər Simfonik Orkestrinin yaradılması
həyatımın ən
xoş anlarındandır.
Uşaqlarla işləmək,
yaradıcılıq ünsiyyətində
olmaq insan ruhuna qida verən
amillərdəndir. Teymur
Göyçayev belə
bir orkestrin yaradılmasında Mstislav
Rostropoviçin ölkəmizdə
uşaq simfonik orkestri yaradılması barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevaya müraciətindən
sonra başlandığını
bildirdi. Müxtəlif
məktəblərdə baxışa
150 uşaq dəvət
olundu, onlardan 50-si seçildi və indi 20 uşaq işləyir.
Orkestr bir çox
ölkələrdə çıxış
etmiş və hər yerdə yüksək dərəcədə
qiymətləndirilmişdir. Teymur Göyçayev hesab edir ki,
gələcək onlarındır,
çünki onlar istedadlıdırlar və
əməksevərdirlər.
“Əgər musiqiçi olmasaydınız, hansı
sənəti seçərdiniz”
sualına maestro fikirləşmədən cavab
vermişdir ki, heç birini. Bəlkə də uşaq bağçasında
dayə işləyərdim.
Çünki orada uşaqlar vardır.
Görüşdən sonra
Dövlət Gənclər
Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə klassiklərinin
əsərləri səsləndirildi.
Zümrüd
Səs.- 2010.- 15 yanvar.- S. 12.