Xocalı faciəsi rep şəklində dünyaya tanıdılacaq
Layihənin təşəbbüskarı Leyla xanım
Əliyevadır
Dünən Trend İnformasiya Agentiliyində
“Xocalıya Ədalət” kampaniyasının
təşkilatçılığı ilə mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransının keçirilməsində məqsəd
İslam Konfransı Təşkilatının Gənclər
Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü
ilə hazırlanmaqda
olan “Xocalıya Ədalət” (Justice for Khojaly) rep
mahnısının təqdimatı
idi. Qeyd edək ki, “Xocalıya Ədalət” kampaniyası məhz Leyla xanım Əliyeva tərəfindən
elan olunmuşdur.
Mətbuat konfransını giriş sözü ilə açan İslam Konfransı Təşkilatının
Gənclər Forumunun
baş katibi Elşad İskəndərov
tədbirin keçirilmə
məqsədini açıqladı.
O bildirdi ki, “Xocalıya Ədalət” rep mahnısının keçirilməsi ötən
ilin noyabrında təşkilatın koordinatorlarının toplantısında
qərara alınmışdır.
Yaradıcı üslubla
Xocalı faciəsini çatdırmaq məqsədi
güdən bu layihə həm yerli həm də xarici musiqiçilər tərəfindən
hazırlanmışdır. E.İskəndərov bildirdi
ki, bu rep
mahnısının bu
yaxınlarda klipinin təqdimatı olacaq. Klipin çəkilişləri
barədə danışan
baş katib bu çəkilişlərin
Bakıda - Şəhidlər
Xiyabanında, qaçqın
düşərgəsində və Xocalı soyqırımı qurbanlarının
ailəsində getdiyini
bildirdi. Rep bütün dünyada populyar bir üslub olduğundan, bu üslub seçilmişdir. Bütün dünyada
sosial mövzuların
məhz rep vasitəsilə
oxunduğunu qeyd edən E.İskəndərov
Xocalı faciəsinin
də bu yolla dünyaya çatdırılmasının daha məqsədəuyğun
olduğunu hesab etdiyini bildirdi. Baş katib bu ilin 26 fevral
tarixində kampaniyanın
bir il ərzində
fəaliyyəti ilə
bərabər dünyanın
30-a yaxın paytaxt şəhərində Xocalı
qətliamının mənəvi-siyasi
tanınmasına yönəlmiş
aksiyaların keçirilməsi
nəzərdə tutulur.
Tdəbirlər zamanı
kampaniyanın təşəbbüsü
ilə hazırlanacaq “Xocalıya
Ədalət” rep
üslublu mahnının
da təqdimatı keçiriləcək.
Mətbuat konfransı zamanı mahnının müəllifi
olan ABŞ-ın sosial mövzularda yaradıcılığı ilə
tanınmış rep ifaçısı
Toni Bləkmən və
məşhur Amerika aranjimançısı Qordan
Vilyams da jurnalistlərə təqdim
edildi. Qeyd edək ki, bu insanlar layihənin
gerçəkləşməsində böyük əməyi olan insanlardır.
“Xocalıya Ədalət”
rep mahnısının aranjimançısı
tanınmış səs
rejissoru, 3 dəfə
“Qremmi” mükafatı
laureatı Qordon Vilyamsdır. Mahnının sözlərinin müəllifi
və ifaçısı
isə Toni Bləkməndir.
Onunla yanaşı, Azərbaycanın
rep qruppu “Dəyirman” da mahnını ifa edəcək. Toni
Bləkmənin bildirdiyinə
görə o, keçən
il noyabr
ayında Bakıda kampaniyanın milli koordinatorlarının görüşündə
iştirak etmiş və Azərbaycan xalqına qarşı törədilmiş bu misilsiz ədalətsizlik haqda məlumatlarla
Tədbirdə çıxış edən
Toni Bləkmən bu mahnını oxuyana qədər Xocalı barədə məlumatının
olmadığını, ona
belə bir layihə təklif olunanda isə çox maraqlı gəldiyini bildirdi. Xocalı faciəsi
haqda eşidəndə
isə, şok yaşadığını qeyd
etdi. Dünyanın bir çox
yerlərində olan ifaçı belə bir ədalətsizliyin şahidi olmadığını
bildirdi. Noyabrda Bakıda olarkən isə “Xocalıya Ədalət” kampaniyası
ilə yaxından
Aranjimançı Qordon Vilyams isə Xocalı barədə yalnız eşitdiyini, lakin bu barədə dərin biliyə malik olmadığını
boynuna aldı. 25 ilə
yaxındır replə
məşğul olan aranjimançı Xocalının
dünyaya tanıdılmasında
repin böyük əhəmiyyətə malik
olacağını qeyd
etdi. Bu işdə
öz köməyini əsirgəməyəcəyini də bildirən Qordon Vilyams bu hadisənin ona çox pis təsir etdiyini nəzərə çatdırdı.
Tədbirdə iştirak edən azərbaycanlı reper, “Dəyirman” qrupunun üzvü Miri Yusif də layihədə
iştirakdan məmnunluq
duyduğunu və belə layihələrdə
iştirak etməyin vətəndaşlıq borcu
olduğunu bildirdi.
Mahnı Xocalı qətliamı haqda həqiqətləri özündə əks etldirməklə dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə
çağırır. Mahnının mətnində məşhur
Amerika insan haqları müdafiəçisi
doktor Martin Lüter Kinqin ədalətsizliyə
qarşı mübarizə
aparmaq çağırışından
istifadə edilmişdir.
Mahnıda müasir rep ritmləri
ilə yanaşı, milli musiqimizin elementləri - muğam və balaban musiqisindən istifadə edilib.
Tədbirin sonunda “Xocalıya Ədalət” kampaniyası
çərçivəsində ABŞ prezidenti və Konqresinə ünvanlanmış
və Xocalı faciəsini insanlığa
qarşı cinayət
kimi tanınmasını
tələb edən petisiyaya xarici qonaqlar - Qordon Vilyams və Toni Bləkmən imza atdılar.
Murad İSMAYILZADƏ
Səs.- 2010.- 19 yanvar.- S. 6.