Neft Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

 

Azərbaycan Dövlət Neft Akademiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilmiş mərasim keçirilmişdir. Əvvəlcə canlarını respublikamızın azadlığı müstəqilliyi uğrunda mübarizə yolunda qurban verən ADNA-nın tələbələri Rahim Babayev, Canpolad Orucov Ağabəy Novruzbəylinin, eləcə , bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra mərasimi açıq elan edən ADNA-nın rektoru, akademik Siyavuş Qarayev bildirmişdir ki, qanlı 20 Yanvar faciəsinə gedən yol qatı millətçi ermənilərin ölkəmizə qərəzli ərazi iddiaları, imperiyanın ikili siyasəti respublikanın səriştəsiz rəhbərliyinin satqın mövqeyindən başlanmışdır.

Rektor ümummilli liderimiz Heydər Əliyevin tarixi faciəsi fikrindən sitat gətirərək dedi: “sovet ordusunun Bakı şəhərini işğal etməsi xüsusi qəddarlıq görünməmiş vəhşiliklə müşayiət edilmiş, yüzlərlə insan qətlə yetirilmişdir. XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qəddar terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı yönəldilmiş ən dəhşətli cinayətdir. İmperiyanın bu addımı müstəqillik ərazi birliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının əzmini qırmaq, başqalarına ibrət dərsi vermək məqsədi daşıyırdı. Lakin bu faciəli aksiya keçmiş ittifaqın dayaqlarını sarsıtdı, onun süqutunu yaxınlaşdırdı, 20 il bundan əvvəl baş verən qanlı 20 Yanvar faciəsi Azərbaycan tarixinə matəm günü kimi daxil olsa da, müstəqilliyimizin yolunda yeni mərhələyə çevrildi. Tarixən dəfələrlə işğala məruz qalan Azərbaycan xalqı təcavüzə baş əyməmiş, ədalətsizliklə barışmamış, azadlıq yolunda mübarizlik göstərərək, qalib gəlmişdir”.

S.Qarayev onu da bildirdi ki, 20 Yanvar faciəsi zamanı vətən yolunda canını qurban vermiş övladlarımız arasında Neft Akademiyasının da üç tələbəsi şəhidlik zirvəsinə yüksəlmişdir. Onların xatirəsi kollektivimizin qəlbində böyük məhəbbət hissi dərin hörmətlə yaşayır yaşayacaqdır.

Natiq ulu öndərimiz Heydər Əliyevin müstəqilliyimiz azadlığımız uğrunda mübarizədə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini həmişə uca tutduğunu onların ailələrinə daim qayğı göstərdiyini vurğuladı. O bildirdi ki, ulu öndərimiz Heydər Əliyev 1993-cü ildən başlayaraq hər il yanvar faciəsi ərəfəsində bu qanlı hadisənin qeyd edilməsi haqqında fərmanla imzalamış    bütün  dövlət  strukturlarına  şəhidlərin  xatirəsinin qeyd  edilməsi haqqınd göstərişlər vermişdir. Bizim bu gün keçirdiyimiz mərasim ümummilli liderimizin dövlətçilik ənənələrinin layiqli davamçısı İlham Əliyevin yanvar faciəsinin qeyd edilməsi haqqında göstərişi ilə əlaqədardırdeyən rektor onu da bildirdi ki, Neft Akademiyasının kollektivi bu gün bütün  Azərbaycan xalqı  ilə birlikdə Prezident İlham Əliyevin  şəhidlərimizə onların valideynlərinə göstərdiyi diqqət qayğıya görə ona dərin minnətdarlığını, onun daxili xarici siyasətini birmənalı dəstəklədiyini bildirir.

S.Qarayev çıxışına davam edərək, qeyd etdi ki, Azərbaycan Dövlət Neft Akademiyasının rektorluğu, professor-müəllim heyəti tələbələri şəhidlərimiz Rahimin, Canpoladın Ağabəyin xatirələrini həmişə əziz tutur onları hörmətlə xatırlayırlar. ADNA-nın əsas binasında bu şəhid tələbələrin xatirəsini əbədiləşdirmək yaşatmaq üçün onların büstləri qoyulmuş, qəhrəman övladlarımızın cəsarətlə igidliklə zəngin mübariz həyatını əks etdirən iri həcmli kitab nəşr edilmişdir.

Mərasimdə şəhid tələbə Ağabəy Novruzbəylinin atası Oqtay Novruzbəyli çıxış edərək, şəhidlərimizin xatirəsini uca tutduqlarına görə ADNA-nın rektorluğuna dərin təşəkkürünü bildirmişdir.

Energetika fakültəsinin dekanı Yusif Cəbiyev, kimya-texnologiya fakültəsinin dekanı Elxan Axundov, ADNA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxış edərək, şəhid tələbələr haqqında xatirələrini danışmış, onların xatirəsinin həmişə uca tutulduğunu diqqətə çatdırmışlar.

Sonda şəhid tələbələrin valideynlərinə maddi yardım göstərilmiş onların xatirəsinə ehsan süfrəsi açılmışdır.

 

 

Faiq Xasayoğlu

 

Səs.- 2010.- 19 yanvar.- S. 6.