20 Yanvar qəhrəmanlıq səlnaməmiz
YAP Suraxanı rayon təşkilatında bu mövzuda
tədbir keçirildi
Dünən Yeni Azərbaycan Partiyasının
Suraxanı rayon təşkilatının qərargahında
20 Yanvar faciəsinin
20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Suraxanı rayon
təşkilatının sədri
Vüqar Seyidov, “Səs” qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Əhməd Vəliyev və Suraxanı rayon icra hakimiyyəti
başçısının müavini Əhməd Talıbov iştirak edirdi. Tədbir iştirakçıları, ilk
öncə, müstəqilliyimiz
və ərazi bütövlüyümüz uğrunda
canlarını qurban vermiş bütün şəhidlərimizin ruhunu
bir dəqiqəlik sükutla yad etdilər.
1990-cı ilin 20 yanvarından 20 il vaxt keçməsinə
baxmayaraq, bu hadisənin xalqımızın
milli-azadlıq tarixində
böyük önəm
daşıdığını bildirən YAP Suraxanı rayon təşkilatının
sədri Vüqar Seyidov bu gün
müstəqil dövlətçiliymizin
ulu öndər Heydər Əliyevin ideyaları əsasında
Prezident İlham Əliyev tərəfindən böyük
əzmlə inkişaf
etdirilərək, tökülmüş
olan şəhid qanlarının yerdə qalmayacağını bildirdi.
Qeyd etdi ki, 1990-cı ildə baş verənlər Azərbaycan xalqının
mübarizə əzmini
və azadlıq istəyini sındıra bilmədi. “Torpaq uğrunda axıdılan şəhid qanları heç zaman yerdə qalmır. Xalqımızın igid oğlanları
hər zaman öz vətəninə və torpağına olan sonsuz sevgisindən
ona qarşı olan istənilən təcavüzə də öz qanları bahasına cavab veriblər. Çünki azadlığa gedən yol heç zaman hamar olmur.
1990-cı ilin 20 yanvarında
da Azərbaycan xalqı özünün
bütün milli dəyərlərini beynəlxalq
ictimaiyyətə açıq
şəkildə nümayiş
etdirdi. O vaxt
hakimiyyətdə olan
SSRİ-nin bütün
silahları xalqımıza
qarşı tuşlanmasına
baxmayaraq, Azərbaycançılıq
ideyası qalib gəldi. Çünki heç bir ideya silahın qurbanı olmayıb” deyən V.Seyidov 20 Yanvar şəhidlərinin
əziz ruhunun hər an xalqımızın
qəlbində yaşadığını
bildirdi. Qeyd etdi ki, bu
hadisənin 20 illiyinə
həsr olunmuş tədbirlər planının
bütün ölkə
üzrə keçirilməsi
məqsədilə Prezident
Administrasiyası tərəfindən
təsdiqlənməsi də
bu faciəyə verilən qiymətin bariz nümunəsidir.
20 Yanvar
şəhidlərinin ailələri
adından çıxış
edən Şövkət
Xanməmmədova 1990-cı ilin 20 yanvarını müstəqillik tariximizin
başlanğıcı kimi
qiymətləndirərək, o dövrlərdə xalqımızın və
millətimizin başına
gətirilən müsibətlərdən
bəhs etdi. Kövrək
notlar üzərində
fikrini qurmuş Ş.Xanməmmədova həmin
vaxtlar xalqımızın
və millətimizin tarixi sınaq qarşısında qaldığını
da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Bu gün şəhid ailələrinin
ən böyük təsəllisinin məhz müstəqillik uğrunda canlarını
qurban vermiş övladlarımızın ruhunun
müstəqil dövlətimizin
daha da çiçəklənməsi
sayəsində şad
olduğunu bildirən
Ş.Xanməmmədova şəhid
ailələrinə və
şəhidlərə dövlətimiz
tərəfindən lazımi
səviyyədə diqqət
və qayğının
göstərildiyini
də qeyd etdi.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında,
o dövrün şahidi olmuş bir şəxs kimi, 20 yanvarda xalqımızın ölümün
gözünə dik baxaraq, qəhrəmanlıq
nümayiş etdirdiyini
bildirdi. Qeyd etdi ki, o dövrlərə matəm günü kimi deyil, qəhrəmanlıq
tarixi kimi yanaşılmalıdır. “1990-cı ilin 19-dan 20-nə keçən
gecə baş vermiş faciədə o zamanlar xalq
hərəkatının önündə
gedən adamların və sovet hakimiyyətinin
başında dayananların
günahının olması
hər kəsə məlumdur. Amma bütün bunlara baxmayaraq, xalqımız öz müstəqillik mübarizəsini heç
nəyə qurban vermədi. Həmin hadisənin səhərisi
gün xalqımızın
ulu öndəri Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə ailəsi
ilə birlikdə gələrək, Bakıda
baş vermiş qanlı olaya qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi” deyən B.Quliyev bu gün
şəhidlərimizin ruhuna
ən böyük hörmət məhz müstəqil dövlətimizin
yaşamasının və
çiçəklənməsinin olduğunu bildirdi.
Millət vəkili Ə.Vəliyev də çıxışında
tədbirdə səslənən
fikirlərə qoşulduğunu
və bu cür olayların tariximizdə çoxlu sayda olduğunu bildirdi. Tədbirdə “20 Yanvar” faciəsi xalqımızın qəhrəmanlıq
nümanəsidir” məktəblilərin
yazı müsabiqəsinin
qalibləri mükafanlandırıldı
və məktəblilərin
ifasında bədii kompozisiya nümayiş etdirildi.
Tapdıq QURBANLI
Səs.- 2010.- 19 yanvar.- S. 7.