20 Yanvar - xalqımızın qan yaddaşı

 

YAP Sabunçu rayon təşkilatında bu mövzuda tədbir keçirildi

 

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının Sabunçu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvarda milli azadlığımız uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə xalqımızın and yeri olan Şəhidlər Xiyabanında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyimiz uğrunda şəhid olmuş övladlarımızın məzarlarını ziyarət etdilər, əbədi məşəl kompleksinin önünə əklil qoydular. YAP Sabunçu rayon təşkilatının qərargahında davam edən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov Azərbaycan xalqının qəhrəmanlıq salnamələrindən olan 20 il öncə baş vermiş hadisənin əhəmiyyətinə toxundu. Qeyd etdi ki, 1990-cı ilin 20 yanvarında baş vermiş hadisə Azərbaycan xalqının müstəqillik azadlıq uğrunda mübarizəsini iradəsini sındıra bilmədi.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən bəhs etdi. Bildirdi ki, Azərbaycan xalqı çox qəhrəman şücaətli bir xalqdır. Onun əzmini bu ya digər formada təhdid təkidlərlə sındırmağın mümkün olmadığını bildirən M.Abasquliyeva tarixdə Azərbaycan xalqına qarşı 1905-1907, 1918-ci illərdə törədilmiş tarixi cinayətlərin siyahısında 1990-cı ilin 20 yanvarında 1992-ci ilin 26 fevralında baş verən Xocalı qırğınların da əlavə edildiyini söylədi. Xalqımız bütün bu müsibətlərə məşəqqətlərə baxmayaraq, öz inamını ideyasını qoruyub saxlaya bildi. 1990-cı ildə baş verən hadisələr seriyasına daxil olan 20 Yanvar qırğını Azərbaycan xalqının bütün dünyaya mübariz bir xalq olduğunu açıq şəkildə nümayiş etdirdi. Məhz həmin hadisələrin səhərisi günü xalqın ulu öndəri Heydər Əliyev Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək, xalqının başına gətirilən bu müsibətləri vəhşilik vandalizm adlandırmış, dünya ictimaiyyətini bu hadisəyə diqqət yetirməyə çağırmışdır. Bu gün isə xalqımızın ulu öndərinin ideyalarının müstəqil dövlətimizin günü-gündən inkişaf etdirilməsi Prezident İlham  Əliyev tərəfindən Azərbaycanın dünyada aparıcı bir dövlətə çevrilməsi şəhidlərimizin ruhuna, xalqımızın əzəmətinə olan böyük bir qiymətdirdeyən M.Abasquliyeva bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə səbr dilədi.

20 Yanvar hadisələrinin şahidləri ailə üzvləri adından çıxış edən Rövşən Abbasov Asif Muxtarov şəhidlərimizə şəhid ailələrimizə qarşı dövlət tərəfindən daim diqqət qayğının olduğunu bildirdilər. Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həllinə toxunan çıxışçılar bu problemin həllini bütün şəhidlərimizin ruhuna böyük töhfələrdən biri kimi qiymətləndirdilər. Tədbirin sonunda 1990-cu ilin 20 yanvarında şəhid olmuş şəxslərin bir qrupunun ailəsinə maddi yardım ərzaq bağlamaları təqdim edildi.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2010.- 19 yanvar.- S. 7.