20 Yanvar faciəsinin 20-ci ildönümünə
həsr olunmuş dəyirmi masa keçirilib
Gənc Vətənpərvərlər
Birliyi (GVB) 20 Yanvar faciəsinin 20-ci ildönümünə
həsr olunmuş dəyirmi masa keçirib. Tədbiri giriş sözü
ilə GVB-nin sədri Muğan Əliyev açdıqdan sonra, ulu öndər
Heydər Əliyevin və torpaqlarımızın
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş oğul
və qızlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra M.Əliyev çıxışında bildirib
ki, 20 Yanvar faciəsi hər il olduğu kimi, bu il
də dövlət səviyyəsində qeyd olunur. O, qeyd edib ki, Bakı
şəhərində, eləcə
də, respublikanın
regionlarında, Gəncədə,
Şəmkirdə, Şəkidə,
Şirvanda faciənin
20 illiyinin qeyd olunması üçün
silsilə xarakterli tədbirlər keçiriləcək.
Hətta bununla əlaqədar GVB-nin idarə heyətinin qərarı ilə təşkilat komitəsi də yaradılıb. Tədbirlər planının
təsdiq edilməsində
əsas məqsəd dünya ictimayyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltməkdən
ibarətdir.
M.Əliyev çıxışında
onu da bildirib
ki, 1990-cı il 19 yanvar tarixində saat 12-00 da başda
M.Qorbaçov olmaqla sovet imperiyası Bakıda və ətraf rayonlarda qırğınlar təşkil
etmişdir. Belə ki, SSRİ daxili işlər naziri Bakatin, müdafiə naziri Yazov və
başqalarının iştirakı
ilə Bakı şəhərində dinc
əhaliyə qarşı
silah tədbiq edilərək, yüzlərlə
insan azadlıq uğrunda qətlə yetirilmişdir. Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla
öldürülmüş, 800 nəfərdən çox
insan yaralanmışdır.
200 ev, mənzil talan edilərək, yandırılmışdır. 80 avtomobil, o cümlədən,
təcili tibbi yardım maşınları,
külli miqdarda dövlət əmlakı
məhv edilmişdir. Onun sözlərinə görə, bu hadisənin törədilməsindən
öncə də sovet imperiyası və erməni daşnakları tərəfindən
xalqımıza qarşı
bir sıra vəhşilik aktları törədilib. 1988-ci ildə
Sumqayıt hadisəsi,
bir müddət keçəndən sonra Dağlıq Qarabağın
Yerevana birləşdirilməsi
iddiasının ortaya
atılması və s. düşünülmüş
addımlar idi: “Daha sonra sovet
imperiyasının qəddarlaşmış
ordusu tərəfindən
20 Yanvar faciəsi törədilmişdir. Xalqımız
üçün unudulmaz
bir faciə olan 20 yanvar hadisəsinə əsil siyasi qiyməti məhz ümummilli liderimiz Heydər Əliyev vermişdir. Belə ki, hadisənin
səhəri günü
ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə
gələrək, imperiya
əleyhinə radikal bəyanatlarla çıxış
etmişdir. Onun bu bəyanatları Azərbaycanda gedən müstəqillik uğrunda
gərgin mübarizəyə
son dərəcə ciddi müsbət təsir göstərdi və milli-azadlıq mübarizəsi açıq
xarakter daşımağa
başladı”. QHT sədri
onu da bildirib
ki, ulu öndər
Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi, hüquqi qiyməti 21 noyabr 1990-ci ildə Naxçıvanda Ali Məclisdə verib. Milli Məclisdə
20 Yanvar cinayətkarlarının
kim olduğu araşdırılıb və
xalqa çatdırılıb.
Ulu öndərin göstərişi ilə
20 Yanvar şəhidlərinin
xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Şəhidlər
Xiyabanında Abidə
Kompleksinin ucaldıldığını
söyləyib.
O, faciənin törədilməsindən
20 il keçməsinə
baxmayaraq, onu törədənlərin məhkəmə
məsuliyyətinə cəlb
olunmadığını diqqətə
çatdırıb. Halbuki
bütün dünya bilir ki, bu hadisəni
MK katibi M.Qorbaçov
və onun komandası törətmişdir.
Tədbirdə, eyni zamanda, birliyin şöbə müdirləri
Natik Qaçayev, Arif Əliyev, Nigar Quliyeva, 20 Yanvar əlili Elçin Məmmədov, müharibə veteranı Rəhman Eyibov və QHT-nin nümayəndələri çıxış
ediblər.
Tədbirin sonunda
Şəhidlər Xiyabanı
ziyarət edilib və 20 Yanvar şəhidlərinin əziz
xatirəsi yad edildi.
Kübra ƏLİYARLI
Səs.- 2010.- 19 yanvar.- S. 11.