Bu qisas qiyamətə qalmaz...
20 Yanvar xalqımızın qəhrəmanlıq
səlnaməsi idi
Dünən 20 Yanvar faciəsinin 20-ci ildönümü
ilə əlaqədar
YAP Yevlax rayon təşkilatı gənclər
birliyinin tədbiri keçirildi. Tədbir iştirakçıları, ilk
öncə, 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin
əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Yevlax rayon təşkilatının
aparat rəhbəri Əli Quliyev tədbirdə çıxış
edərək, qeyd etdi ki, 20 Yanvar
Azərbaycan xalqının
tarixinə qanla yazılmış səhifələrdən
biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm
də Azərbaycan xalqının mübarizlik,
qəhrəmanlıq günü
kimi daxil oldu. Azərbaycan xalqı 20 yanvarda
hərbi, siyasi və mənəvi təcavüzə məruz
qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə
sadiq olduğunu, vətənin azadlığı
və müstəqilliyi
naminə ən ağır sınaqlara sinə gərmək hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə YAP Yevlax rayon
təşkilatı gənclər
birliyinin sədri Sevil Əliyeva, Gənclər İdman İdarəsinin baş məsləhətçisi Etibar
Məmmədov, Yevlax Torpaq və Xəritəçəkmə Komitəsinin
əməliyyatçısı Eldəniz Səttarov və başqaları çıxış edərək,
20 Yanvar faciəsinin gənclər üçün nə
qədər müqəddəs
olduğunu vurğuladılar.
Çıxış edənlər
ümummilli lider Heydər Əliyevin şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi istiqamətində gördüyü
işlərdən danışdılar,
keçmişin qaranlıq
səhifələrini tənqid
atəşinə tutdular.
Vurğuladılar ki, bugünkü gənclik keçmişlə gələcəyin
arasında bir körpüdür. Çünki
bu hadisələrin canlı şahididirlər.
Bu baxımdan, gənclər fikirləşirlər
ki, onların üzərinə düşən
yük daha böyükdür. Bu məsuliyyəti hər bir gənc dərk
etməlidir.
Tədbirin sonunda 20 yanvar faciəsinin 20-ci ildönümünə həsr
olunmuş məktəblilər
arasında keçirilən
inşa yazı müsabiqəsinin qalibi Yevlax şəhər 9 saylı orta məktəbin 9-cu sinif şagirdi Eldar Rəsulov çıxış etdi.
Qalib məktəbli E.Rəsulov YAP Yevlax rayon təşkilatı gənclər birliyi tərəfindən fəxri
fərman və hədiyyə ilə təltif edildi.
Sonda YAP Yevlax rayon təşkilatının
aparat rəhbəri Əli Quliyev tədbiri yekunlaşdıraraq
bildirdi ki, əsrlər keçəcək,
nəsillər dəyişəcək,
lakin vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz
xatirəsi unudulmayacaq,
ürəklərdə əbədi
yaşayacaqdır. Bu
xatirəni müqəddəs
tutmaq hər bir Azərbaycan gəncinin vətəndaşlıq
borcudur.
R.KAMALQIZI
Səs.- 2010.- 19 yanvar.- S. 12.