20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda geniş qeyd olundu

 

Dünən Səbail rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirildi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatınınŞəhidlər Xiyabanı”nda yerləşən tədbir ərəfəsində rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq, təşkilatın istifadəsinə verilən qərərgahında rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu Mərkəzinin, Ağsaqqallar Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə iştirak edən tədbir iştirakçıları   torpaqlarımızın azadlığı ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunubdur. Keçmiş sovet imperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq, canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Ümummilli Liderimiz Heydər Əliyev  hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət qayğı ilə əhatə olunubdur. Natiq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı müstəqilliyi uğrunda şəhid olmuş sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman  diqqət mərkəzində olduğu, onlara verilən təqaüd müavinətlərin artırıldığı bu artımın gələcəkdə davam olunacağı qeyd edildi. Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri 20 Yanvar əlillərinin məişət qayğıları problemləri ilə maraqlandı. 

Şəhid ailələri əlillər adından çıxış edənlər onlara olan diqqət qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda şəhid ailələri əlillərə maddi yardım göstərildi   ərzaq bağlamaları  paylanıldı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 19 yanvar.- S. 13.